Bağırova Lalə Sahib qızı, 2015-ci il təvəllüdlü azyaşlı övladımız ağır xəstəlikdən əziyyət çəkir. Laləyə “sinə çökəkliyi” diaqnozu qoyulub. Bu xəstəlik səbəbindən onun döş qəfəsi və sinə sümükləri yaş artdıqca daha da içəriyə doğru inkişaf edir.
Hazırda vəziyyət daha da ciddiləşib. Sinə qəfəsinin deformasiyası nəticəsində ürək normal yerindən sürüşərək yana doğru sıxılıb, eyni zamanda ağciyərlər və bronxlar təzyiq altında qalıb. Həkimlərin rəyinə əsasən, Lalənin təcili əməliyyat olunması həyati əhəmiyyət daşıyır.
Valideyninin bildirdiyinə görə, əməliyyat özəl xəstəxanada həyata keçiriləcək və bunun üçün 15.000 manat vəsait tələb olunur. Təəssüf ki, ailənin bu məbləği qarşılamaq imkanı yoxdur.
Əziz xeyirxah insanlar, mərhəmətli və yardımsevər qardaş-bacılar! Sizin kiçik dəstəyiniz balaca Lalənin həyatı üçün böyük ümidə çevrilə bilər. Gəlin birlikdə bu balaca qızın sağlamlığına qovuşmasına, yenidən rahat nəfəs almasına və həyata sevinc dolu addımlarla davam etməsinə kömək edək.
Köməyinizi əsirgəməyin! Hər bir yardım dəyərlidir.
💳 BirBank kartı:
4169 7388 9275 3116
📞 Valideynin əlaqə nömrəsi:
051 387 74 68
Unutmayaq ki, bəzən bir insanın həyatını dəyişmək üçün kiçik bir dəstək kifayət edir. Balaca Lalənin səsinə səs verək, ona ümid olaq! 🙏💐















Leave a Reply