Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Vətən müharibəsi şəhidi Ömər Qurdayevin əziz xatirəsi ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Ömər Qurdayevin əziz xatirəsi ehtiramla yad edilib

Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan  Qurdayev Ömər Şəhmir oğlunun əziz xatirəsi məzarı başında yad edilib. 

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və  rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi mərasimdə şəhid  Ömər Qurdayevin ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və şücaətindən danışılıb. Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.

Qeyd edək ki, Ömər Qurdayev 13 iyul 2002-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olub. 2008-2019-cu illərdə M.Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb.

  O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən  döyüşlərdə iştirak edib. Ömər Qurdayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamları ilə Ömər Qurdayev “Füzulinin azad olunmasına  görə”,”Xocavəndin azad olunmasına görə”,  “Cəsur döyüşçü” medalları və “Vətənə xidmətə görə” ordeni   ilə təltif edilib.

Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.

                                          Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir