Seçilmiş postlar

Şəhidlərimizin Ruhuna Ehtiram, Ailələrinə Dövlətin Qayğısı

Balakəndə Şəhid Ailələrinə Ziyarət
0

Balakəndə Şəhid Ailələrinə Ziyarət

Vətən müharibəsi yalnız torpaqlarımızın azadlığı deyil, həm də xalqımızın ruhunun ucalığı idi. Bu müharibədə şəhid olan igidlərimiz öz qanları ilə qəhrəmanlıq səlnaməsi yazdılar. Onların igidliyi dost üçün fəxarət, düşmən üçün qorxu və titrətmədir. Şəhidlərimizin ruhu daim uca tutulur, ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunur.

Balakən rayonunun icra başçısı Natiq Ağayev təyin olunduğu gündən şəhid ailələrinin yanında olmağı özünün ən müqəddəs borcu sayır. Onun hər bir ziyarəti dövlətin böyüklüyünü, xalqın minnətdarlığını ifadə edir. Şəhid ailələrinin evlərinə qədəm basan icra başçısı onların dərdini dinləyir, problemlərinə çarə tapır, qayğılarını bölüşür. Bu görüşlərdə onu adətən DİN Balakən Polis Şöbəsinin və DTX Balakən rayon şöbəsinin rəhbərləri müşayiət edirlər.

Şəhid ailələri bu diqqət və qayğıdan qürur duyur, ölkə rəhbəri Cənab İlham Əliyevə yerdə onun nümayəndəsi Natiq Ağayev vasitəsilə minnətdarlıqlarını bildirirlər. Natiq müəllim səmimiyyəti, insana sayğısı və diqqətcilliyi ilə dövlətin ideal simasını təcəssüm etdirir – arxa-dayaq, haqq-ədalət və son ümid.

İcra başçısının ilk ziyarəti Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun ailəsinə oldu. Ardınca əfsanəvi kəşfiyyatçı “Türk Harun” ləqəbli Harun Alqayevin ailəsi, daha sonra iki ayın əsgəri olaraq şəhid olmuş Murtuzov Məhəmmədin Xalatala kəndindəki ailəsi ziyarət edildi. Bu günün görüşü isə “Vur komandir, vur” kəlamı ilə bütün türk dünyasında tanınan qəhrəman tank komandiri Vahid Əlisoltanovun ailəsində baş tutdu.

Bu evlərdə şəhidlərin otaqları bir növ muzeyə çevrilib. Hər bir şəkil, hər bir əşya onların döyüş yolunun canlı şahididir. İcra başçısı bu otaqlarda şəhidlərin ruhu ilə söhbət edir, onların keçdiyi şərəfli yolu yüksək qiymətləndirir, valideynlərinə həm maddi, həm də mənəvi dəstək olur.

Balakənin bütün şəhid ailələrinin öz doğma adamı,ailə üzvi kimi bildikləri Balakən polis şöbəsinin rəisi Çingiz Aslanov da hər görüşdə şəhid ailələrinə sevinc bəxş edir. Onun gətirdiyi hədiyyələr sadəcə bir əşya deyil, bir sevinc, bir ümid, bir diqqət nişanəsidir. Bu qayğı ilə ailələr özlərini tək hiss etmir, dövlətin nəfəsini yanlarında duyurlar.

Balakəndə şəhid ailələrinin ziyarəti yeni başlayıb və mütəmadi olaraq davam edəcək. Bu görüşlər bir daha onu göstərir ki, şəhidlərimizin ruhu daim uca tutulur, onların ailələri isə dövlətin və xalqın diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərimizin qəhrəmanlıq dastanı gələcək nəsillərə örnək olacaq, onların igidlik səlnaməsi heç vaxt unudulmayacaq.

                                                     Yeni Balakən

Balakəndə Dünya İncəsənət Günü qeyd olundu

Balakəndə Dünya İncəsənət Günü qeyd olundu
0

15 aprel – Dünya İncəsənət Günü münasibətilə Balakən rayonunda möhtəşəm bayram konserti təşkil olunub. Tədbir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rayon Mədəniyyət və İstirahət parkında baş tutub.

Konserti giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev iştirakçıları salamlayaraq bu əlamətdar gün münasibətilə təbrik edib, incəsənətin insan ruhunu zənginləşdirən və milli kimliyi yaşadan önəmindən danışıb.

Bayram konsertinin bədii hissəsində Balakən rayon Mədəniyyət Mərkəzinin kollektivi, “Cahan” avar xalq kollektivi, “Qönçələr” və “Qubek” rəqs qrupları səhnəyə çıxaraq rəngarəng proqram təqdim ediblər. Müğənnilərin ifasında səslənən musiqi nömrələri tamaşaçılara bayram ovqatı bəxş edib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla izlənilib və alqışlarla qarşılanıb. Dünya İncəsənət Günündə keçirilən bu konsert Balakən ictimaiyyətinin mədəni həyatında yaddaqalan bir gün kimi yadda qalıb.

                                 Yeni Balakən

Azərbaycanda mediasiyanın inkişafı: regional uğurlar və institusional yanaşma

Balakəndə mediasiya mədəniyyətinin formalaşmasına mühüm töhfə
0

Balakəndə mediasiya mədəniyyətinin formalaşmasına mühüm töhfə

Son illərdə Azərbaycanda hüquqi mübahisələrin alternativ həlli mexanizmlərinə maraq əhəmiyyətli dərəcədə artmışdır. Bu istiqamətdə mediasiya institutu müasir hüquqi sistemin vacib elementlərindən biri kimi çıxış edir. Mediasiya tərəflər arasında yaranan mübahisələrin məhkəməyə müraciət edilmədən, qarşılıqlı razılıq və anlaşma əsasında həllinə imkan yaradır.

Ölkəmizdə mediasiyanın tətbiqi və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahənin formalaşması və inkişafı İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar və qəbul edilən normativ-hüquqi aktlar nəticəsində mümkün olmuşdur. Bu addımlar mediasiyanın hüquqi əsaslarını möhkəmləndirmiş və onun geniş tətbiqinə şərait yaratmışdır.

Mediasiya sahəsində fəaliyyətin koordinasiyası və inkişafında Azərbaycan Respublikasının Mediasiya Şurası xüsusi rol oynayır. Şuranın İdarə Heyətinin sədri Nadir Adılov bu sahədə sistemli islahatların həyata keçirilməsi, mediatorların peşəkarlıq səviyyəsinin artırılması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində mühüm fəaliyyət göstərir.

Regionlarda fəaliyyət göstərən mediasiya qurumları bu siyasətin real nəticələrini nümayiş etdirir. Bu baxımdan Balakən 1 saylı Mediasiya Təşkilatı xüsusi qeyd olunmalıdır. Təşkilat yerli əhali üçün mediasiya xidmətlərinin əlçatanlığını təmin edir, hüquqi maarifləndirmə tədbirləri həyata keçirir və mübahisələrin sülh yolu ilə həllinə töhfə verir.

Təşkilatda çalışan mediatorlar hər bir müraciətə fərdi yanaşaraq tərəflər arasında dialoqun qurulmasına və qarşılıqlı etimadın bərpasına nail olurlar. Xüsusilə ailə, əmək və kommersiya mübahisələrinin mediasiya yolu ilə həlli həm vaxt, həm də maliyyə baxımından daha səmərəli nəticələr verir.

Qeyd edilməlidir ki, Balakən 1 saylı Mediasiya Təşkilatının direktoru və mediatoru Nizamə İsmayılova rəhbərlik etdiyi kollektivlə birlikdə regionda mediasiya mədəniyyətinin inkişafına dair bir çox işlər görür,mühüm addımlar atır. Onun təşəbbüskarlığı və peşəkarlığı nəticəsində təşkilatın fəaliyyəti daha da genişlənməkdədir.

Nəticə etibarilə, mediasiya Azərbaycanda hüquqi sistemin ayrılmaz hissəsinə çevrilməkdədir. Dövlət dəstəyi, institusional inkişaf və peşəkar mediatorların fəaliyyəti bu sahənin gələcəkdə daha da genişlənəcəyini və cəmiyyət üçün effektiv alternativ həll mexanizmi kimi mövqeyini möhkəmləndirəcəyini göstərir.

                                                                            Yeni Balakən

P.S. Vətəndaşların nəzərinə:Bir sıra məsələlərdə məhkəməyə baş vurunca əvvəl Balakən 1 saylı Mediasiya Təşkilatı ilə görüşün.Bəlkə uzun-uzadı məhkəmə proseslərinə,çəkişmələrə ehtiyacınız olmayacaq,təşkilatın köməyi sayəsində məsələ qısa yoldan,tez zamanda həllini tapa bilər.Təşkilatın iş həyatı bu cürə müsbət nəticələnən işlərlə zəngindir.İki ay sonra təşkilatın yaranmasının ildönümüdür.İldönümü ilə əlaqədar geniş yazımızda təşkilatın fəaliyyəti,gördüyü işlər barədə geniş məlumat verəcəyik.

Balakən Rayon İcra Hakimiyyətində Vətəndaş Qəbulu

Balakən Rayon İcra Hakimiyyətində Vətəndaş Qəbulu
0

15 aprel 2026-cı il tarixində Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu təşkil olunub. Qəbulda rayon icra hakimiyyətinin başçısı, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. Rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan problemlərin həlli üçün yerində tapşırıqlar verilib. Digər mövzularla bağlı isə aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinə tövsiyələr çatdırılıb.

Qəbulda şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilərək onların müraciətlərinə xüsusi diqqət göstərilib. Bu, dövlətin müharibə iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirilib.

Belə görüşlər vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, onların operativ həllinə şərait yaradılması və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

                                                                Yeni Balakən

“Şəhərsalma və Memarlıq” ili – Balakənlilərin diqqətinə!

Balakən – gözəl memarlığın və düzgün şəhərsalmanın nümunəsi olsun.
0

Balakəndə şəhid Cavanşir Həsənovun 40 mərasimi keçirildi

Balakəndə şəhid Cavanşir Həsənovun 40 mərasimi keçirildi
0

30 mart 2026-cı il tarixində Balakən Rayon Şəhidlər Xiyabanında itkin şəhidimiz Həsənov Cavanşir İsrafil oğlunun 40 mərasimi keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, şəhidimizin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Cavanşir Həsənov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş, onun nəşi uzun illərdən sonra – 19 fevral 2026-cı ildə Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə tapılaraq ailəsinə təhvil verilib və doğulduğu Balakən rayonunda Şəhidlər Xiyabanında dəfn olunub.

Mərasimdə şəhidin döyüş yolundan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsi və Anti-terror əməliyyatı zamanı qazanılmış qələbələrdən, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin nəşlərinin tapılaraq ailələrinə təhvil verilməsindən və dövlətimizin bugünkü uğurlarından söz açılıb.

Şəhidin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

                                                             Yeni Balakən

Balakənin Fəxirləri və İctimai Həyatda Rolu

Bir ölkənin ən böyük sərvəti onun insanıdır. Bu sərvətin formalaşmasında bölgələrimizin rolu danılmazdır. Balakən və balakənlilər bu baxımdan xüsusi yer tutur. Tarix boyu dövlətə sədaqəti ilə tanınan, dövlətçiliyimizi yaşadan oğullarımız və qızlarımız olmuşdur, bu gün də var, gələcəkdə də olacaq. Ən önəmlisi isə bu insanlara sağlığında dəyər vermək, diqqət göstərməkdir.
Balakənin Qəhrəmanları
• Mehdiyev İlham İsmayıl oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Qebedov Elnur Ceerov oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Hudulov Ramazan İzzət oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Əliyev Fərid Vaqif oğlu – Vətən Müharibəsi Qəhrəmanı
• Novruzov Amin Tacəddin oğlu – (ölümündən sonra)Vətən Müharibəsi Qəhrəmanı

Bu qəhrəmanlarımız dövlətimizin müstəqilliyi və təhlükəsizliyi uğrunda böyük fədakarlıqlar göstərmişlər.
Balakənin Tanınmış Şəxsiyyətləri
Balakən rayonundan çıxmış, ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən, yüksək vəzifələr tutan, bayrağımızı ucaldan, ad-san qazanmış insanlar çoxdur:
• Nəsib Məhəməliyev – Millət vəkili
• Qoşqar Səlimov – Prezident Administrasiyasında
• Əhmədov Emil Yaşar oğlu-Taylandda Azərbaycan səfirliyi,konsul
• Məmmədov Nazim Şahruddin oğlu-BMT-nin regional ofisində BMT İnkişaf Proqramının Asiya və Sakit okean regionu üzrə enerji məsələlərində rəhbər (Bangkok,Tailand)
• Zamir Dibirov – İqtisadiyyat Nazirliyində,nazir müavini
• Aydın İsayev – Maliyyə Nazirliyində
• General-mayor Canpolad Daanov – Polis Akademiyasının rəisi
• General-mayor Nurullah Məmmədxanlı – DİN Baş Mühafizə İdarəsinin rəisi
• General-mayor Bilal Çompuzov – Azərbaycan Ordusunun korpus komandiri
• Muradov Səməd Əli oğlu-Müdafiə Nazirliyində
• Rəsul Çunayev – Dünya çempionu
• Laləzar Mustafayeva-Azərbaycan Respublikasının xalq artisti
• Füzuli İsmət oğlu Hüseynov-Azərbaycan Respublikasının əməkdar artisti.
• Nailə İslamzadə – Azərbaycan Respublikasının əməkdar artisti.
• Kamran Yunis-teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası
• Leyla Atayeva-Pantomima Teatrının istedadlı gənc aktrisası
• Osman Gündüz – Azərbaycan İnternet Fondunun Prezidenti
• Rəvan Əliyev – BDU-nun doktorantı
• Məmmədli Akif Əlavəddin oğlu-Tarix üzrə fəlsəfə doktoru
• Ruslan Herayev – ARB televiziyasının informasiya şöbəsinin müdiri
• Elnur Şibliyev – ARB 24-ün icraçı direktoru
• Nuranə İbrahimli – Aparıcı
• Əfsanə Rəcəb- gənc xanım jurnalistimiz
• Zeynal Əmrəliyev-Politoloq
• Rasim Əmrəliyev – “LUKOİL” şirkətinin Azərbaycan və Gürcüstan nümayəndəliyinin rəhbəri
• Qasımova Samirə-Dünya Bankı, Amerika
• Puçaxov Nurlan-London Maliyyə Bankı-İngiltərə
• Zaur Fazil oğlu Yaqubov-Suraxanı Maşın Zavodunun direktoru
• Nəsibov Şaban -Çikaqo,Amerika
• Abdullayev Nürəddin-Texas,Amerika
• Ərbəşiyev Elnur-Kanada
• Gallacov Nurlan-İrlandiya
• Xoçberov Natiq -Birləşmiş Ərəb Əmirlikləri
• Qurbanov Rəsul-Latviya
• Qurbanov Şamil -həkim,Almaniya
• Abbasov Nihat – həkim,Moskva Rusiya
Bu şəxslər tanınmış şəxslərimizin çox az hissəsidir,onlar öz sahələrində uğur qazanaraq həm rayonumuzun, həm də ölkəmizin adını ucaldırlar.
İctimai Həyatda İştirakın Əhəmiyyəti
Belə tanınmış insanların rayonumuzda təşkil olunan kütləvi tədbirlərə, bayram şənliklərinə, toplantılara dəvət olunması çox önəmlidir. Bayram günləri qeyri-iş günləri olduğundan onların böyük əksəriyyəti evdə olur, bəziləri isə doğma Balakəndə bayramı keçirirlər. Böyük məmnuniyyətlə bu tədbirlərdə iştirak edər, rayonumuza şərəf verərlər.
Strateji Baxış
İdarəetmənin strateji planlamasında “çevrədən faydalanma, fürsətləri dəyərləndirmə” anlayışı mövcuddur. Respublika miqyasında fayda verən bu hörmətli insanların rayonumuzun ictimai, siyasi və mədəni həyatında iştirakı Balakənə böyük xeyir gətirər. Onların təcrübəsi, nüfuzu və dəstəyi ilə biz birlikdə daha güclü ola bilərik.
____________________________________________________________________
Balakənin fəxrləri bizim üçün yalnız qürur mənbəyi deyil, həm də gələcək inkişafımızın təminatıdır. Onlara dəyər vermək, rayon həyatına cəlb etmək hər birimizin borcudur.
==========================================
P.S.Adlarını siyahıda qürurla,fəxrlə qeyd etdiyim dəyərli Balakənlilərim,sizlərdən kiçicik bir xahişim var-Balakənə gəldiyiniz zaman “Yeni Balakən” qəzetinin redaksiyasında(Balakən İcra Hakimiyyəti binasının birinci mərtəbəsində) mən redaktor Ramazan Abalov, Balakən Rayon İcra Hakimiyyətinin Başçısı Natiq Ağayev,Balakən RİH-in başçısının birinci müavini Turan Dibirov sizləri məkanımızda qarşılamaqdan, sizlərlə görüşməkdən məmnunluq duyarıq.Qapımız üzünüzə açıqdır.Balakənə gəldiyinizdə mütləq görüşək,sizləri görmək xoşdur.

                                                                                                                        Ramazan Abal

31 Mart hadisələri–azərbaycanlıların məhvinə yönəlmiş soyqırım

31 Mart hadisələri–azərbaycanlıların məhvinə yönəlmiş soyqırım
0

1917-ci ildə baş vermiş Oktyabr inqilabı nəticəsində imperiyanın tərkibində olan ərazilərdə yaranmış qeyri-müəyyən durum və idarəetmədə meydana çıxan boşluqlar ermənilərin Qafqazı, xüsusilə də Azərbaycanı nəzarətə götürmək istəklərini yenidən alovlandırdı. Regionda yaranmış vəziyyətdən istifadə edən erməni daşnakları bolşeviklərin köməkliyi ilə azərbaycanlılara qarşı XX əsrin ən qanlı soyqırımlarından birini həyata keçirməyə başladılar. “Böyük Ermənistan” ideyasının reallaşması istiqamətində həyata keçirilən bu soyqırım, əslində, Azərbaycan xalqını tamamilə məhv etməyə hesablanmışdı. Soyqırımın təkcə Bakı şəhərini deyil, eləcə də Azərbaycanın bölgələrini əhatə etməsi bu qətliamın planlı şəkildə, azərbaycanlıların məhvinə hesablandığını demək üçün əsas verirdi.

1918-ci ilin mart-aprel aylarını əhatə edən bu soyqırım nəticəsində Bakı şəhərində, həmçinin Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi. İnsanlara xüsusi amansızlıqla işgəncələr verildi. Tarixi faktlara əsasən, 1918-ci ilin 30 mart–3 aprel tarixlərini əhatə edən günlərdə Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə həyata keçirilən soyqırım nəticəsində 30 mindən çox azərbaycanlı qətlə yetirilib. Erməni daşnakları təkcə insanlara qarşı vəhşilik edərək onları qətlə yetirmir, eyni zamanda azərbaycanlılara məxsus tarixi-mədəni abidələri dağıdır, onları məhv edirdilər.

Erməni daşnaklarının bir nömrəli hədəfi isə, heç şübhəsiz ki, Bakı şəhəri idi və Bakını ələ keçirmək ermənilər üçün böyük uduş olardı. Çünki Bakı, bu gün olduğu kimi, XX əsrin əvvəllərində də dünyanın ən mühüm neft mərkəzlərindən biri idi. Şəhərə nəzarət etmək ermənilər üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük üstünlük olardı. Bu səbəbdən Bakı uğrunda mübarizə xüsusi qəddarlıqla aparılırdı.

Mart soyqırımının ən dəhşətli günlərindən biri də Qubada yaşanıb. Quba qırğınları zamanı şəhərdə təxminən 3 minə yaxın, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərdən artıq şəxs erməni daşnaklarının qurbanına çevrilib. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev yandırılıb.

Zaman keçdikcə imperiyanın məkrli planı və tarixi saxtalaşdırmağa yönəlik siyasəti ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü xalqın yaddaşından unutdurulmağa çalışılsa da, Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın tarixinin yenidən öyrənilməsi, başımıza gətirilən müsibətlərin və soyqırımların gələcək nəsillərə çatdırılması tarixi həqiqətlərin üzə çıxmasına şərait yaratdı. Bütün istiqamətlərdə olduğu kimi, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününün də dərindən öyrənilməsi, ona hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımın beynəlxalq ictimaiyyətə çatdırılması Ulu Öndər Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. 1998-ci il 26 mart tarixində Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında Fərman”ı bunun bariz sübutudur.

Həmin fərmana əsasən, 31 mart tarixi rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bu da öz növbəsində 1918-ci il hadisələrinə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi idi. Sözügedən fərman, eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş qırğınların araşdırılmasının dövlət siyasətinin bir hissəsinə çevrilməsi demək idi. Ulu Öndər bu məsələnin yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanıdılmasına xüsusi önəm verirdi. Xarici ölkələrdə müxtəlif tədbirlərin və konfransların keçirilməsi, diplomatik nümayəndəliklər vasitəsilə məlumatlandırma işlərinin aparılması məhz bu məqsədə xidmət edirdi.

Heydər Əliyevin müəyyən etdiyi bu siyasət sonrakı illərdə də davam etdirildi. Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin mühüm rolu nəticəsində bu günün beynəlxalq səviyyədə tanıdılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində ötən illər ərzində məqsədyönlü addımlar atılıb. Öz növbəsində Prezident İlham Əliyev də müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər qurumlarda çıxışları zamanı 1918-ci il hadisələri barədə məlumat verərək bu faciənin dünya ictimaiyyətinə çatdırılmasına çalışıb. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tariximizin saxtalaşdırılmasının qarşısını almaq üçün ardıcıl siyasət həyata keçirir. Xarici ölkələrdə konfranslar, sərgilər və təqdimatların təşkil olunması, soyqırımı ilə bağlı materialların müxtəlif dillərdə nəşr edilməsi, Azərbaycan diplomatiyası vasitəsilə müxtəlif ölkələrin parlamentlərində və beynəlxalq təşkilatlarda bu mövzunun gündəmə gətirilməsi İlham Əliyevin xarici siyasət kursunun tərkib hissəsidir.

Nəsib Məhəməliyev

Milli Məclisin deputatı

Balakəndə Bahar Konserti: Ali Osmanov və “Cahan” Kollektivi

Balakəndə Bahar Konserti: Ali Osmanov və “Cahan” Kollektivi
1

Ali Osmanov və “Cahan” avar xalq kollektivinin möhtəşəm konserti

Balakən rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkı bu gün baharın gəlişini musiqi və rəqs ahəngi ilə qarşıladı. Tanınmış sənətkar Ali Osmanovun ifası və “Cahan” avar xalq kollektivinin rəngarəng çıxışları tamaşaçılara unudulmaz anlar yaşatdı.

Parkda qurulan səhnə bahar bayramının ruhunu əks etdirən bəzəklərlə işıqlandırılmış, ətrafı isə yüzlərlə insanın sevinc dolu alqışları ilə canlanmışdı. Uşaqların şən oyunları, gənclərin coşqusu və böyüklərin maraqlı izləyici dəstəyi tədbirə xüsusi rəng qatdı.

Konsert boyu milli musiqi alətlərinin sədası, avar xalq rəqslərinin ritmik hərəkətləri və Ali Osmanovun ürəklərə toxunan ifası Balakənlilərin qəlbində baharın təzə nəfəsini oyatdı. “Cahan” kollektivinin milli geyimlərdə səhnəyə çıxışı isə həm estetik gözəlliyi, həm də mədəni irsin zənginliyini nümayiş etdirdi.

Bu tədbir bir daha sübut etdi ki, Balakən mədəniyyətin, dostluğun və bahar sevincinin mərkəzidir. İştirakçılar konsertdən ruh yüksəkliyi ilə ayrıldılar, baharın gəlişini musiqi və rəqs vasitəsilə qarşılamağın fərəhini yaşadılar.

                               Yeni Balakən

Şəffaflıq və dövlət vəsaitinin daha düzgün istifadə edilməsinə yönəlmiş addım

N.Məhəməliyev
0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həftə ərzində əməkhaqqı sisteminin təkmilləşdirilməsi haqqında imzalamış olduğu müvafiq fərman və sərəncamlara yanaşmalar, bu mühüm sənədlərin qiymətləndirilməsi və onların analizi müxtəlif olsa da, dəyişməyən bir reallıq ondan ibarətdir ki, atılan addımlar və qəbul edilən qərarlar ilk növbədə şəffaflığa, dövlət vəsaitlərinin düzgün istiqamətə sərf edilməsinə xidmət edir.

Təsadüfi deyil ki, əksəriyyətin mövqeyi də ondan ibarətdir ki, əməkhaqqı sistemində edilən dəyişikliklər şəffaflığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyətlidir. Heç kimə sirr deyil ki, bəzi hallarda dövlət qulluqçularının maddi təminatının, əməkhaqqının az olması istər-istəməz onlarda qeyri-rəsmi yollarla gəlir əldə etməyə maraq formalaşdırırdı. Bu da öz növbəsində ölkədə korrupsiya və rüşvətxorluq hallarına imkan yaradırdı. Eyni zamanda, dövlət qulluğunda çalışanların hansı formada gəlir əldə etdikləri barədə cəmiyyətdə şəffaf bilgi yox idi. Yeni tətbiq edilən qaydalar və yanaşmalar əsasında artıq bu məlumatsızlıq aradan qalxacaq, şəffaflıq təmin olunacaq.

Ən əsası, yüksək səviyyədə maddi təminatla əhatə olunan dövlət qulluqçusu qeyri-rəsmi gəlir mənbələrinin axtarışına maraq göstərməyəcək ki, bu da nəticə etibarilə korrupsiya və rüşvətxorluq risklərinin minimuma enməsinə gətirib çıxaracaq. Digər tərəfdən, bu həm də dövlət strukturlarında dürüstlük mühitinin formalaşmasına şərait yaradacaq. Məhz bu amil də öz növbəsində vətəndaşların dövlətə olan etimadının artırılması və ictimai münasibətlərdə sağlam mühitin formalaşmasını şərtləndirən başlıca amillərdəndir.

İkinci mühüm məqam ondan ibarətdir ki, əməkhaqqı sisteminin təkmilləşdirilməsi ölkədə kadr bazasının formalaşdırılması və onların ölkədən axınının qarşısının alınmasına xidmət edəcək. Heç kimə sirr deyil ki, yeni tətbiq edilən qaydalar peşəkar kadrların dövlət qulluğuna cəlb olunmasına imkan yaradacaq. Artıq bilikli və bacarıqlı kadrlar maddi təminat üçün özəl sektor deyil, dövlət orqanlarında çalışmağa üstünlük verəcəklər. Çünki əməkhaqqı sistemində tətbiq edilən yeni qaydalar dövlət sektorunu özəl sektorla müqayisədə daha cəlbedici edəcək. Nəticədə, yüksək ixtisaslı mütəxəssislər dövlət qulluğuna maraq göstərəcək ki, bu da daha savadlı kadrlar arasında sağlam rəqabətin yaranmasına yol açacaq. Eyni zamanda, qeyd etdiyimiz kimi, bu, ölkədən kadr axınının qarşısını alacaq. Artıq bacarıqlı və savadlı kadrlar yüksək əməkhaqqı və xoş gələcək üçün Avropaya üz tutmayacaq. Həmin yüksək maddi təminatı dövlət qurumunda çalışmaqla da əldə edə biləcəklər.

Nəhayət, yeni qaydalar həm də dövlət qurumlarında optimallaşma prosesləri ilə sıx bağlıdır. Bir-birini təkrarlayan vəzifələrin ixtisarı dövlət aparatının yükünü azaldacaq. Beləliklə, daha az sayda, lakin daha peşəkar və maddi cəhətdən yaxşı təmin olunmuş kadrlarla daha yüksək nəticələr əldə etmək mümkün olacaq.

Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı