Month: İyun 2026

Balakəndə kənd təsərrüfatının inkişafı dövlətin diqqət mərkəzində

Balakəndə kənd təsərrüfatının inkişafı dövlətin diqqət mərkəzində
0

Kənd təsərrüfatı ölkəmizin iqtisadiyyatında strateji sahədir və bu sahənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Balakən rayonunda da son aylarda kənd təsərrüfatının müxtəlif istiqamətlərində mühüm işlər görülür, fermerlərə dəstək göstərilir, onların fəaliyyətini genişləndirmək üçün təşviqedici tədbirlər həyata keçirilir. Rayon rəhbərliyi bu prosesləri yaxından izləyir, təsərrüfatçılarla görüşərək onların qayğı və problemləri ilə maraqlanır.

🚜 Arpa biçini – zəhmətin nəticəsi

Rayon rəhbəri Natiq Ağayev təsərrüfatçı Nüsrət Əsgərovun sahəsində arpa biçini prosesini izləyib. Təsərrüfatçı bildirib ki, havalar əlverişli keçərsə, bu il bir hektardan 5-6 ton məhsul əldə edəcəyini gözləyir. Kombaynın bunkerinin dolduğunu göstərən işığın uzaqdan görünməsi təsərrüfatçının üzündə sevinc doğurmuşdu. Bu, zəhmətin real bəhrəsi idi.

🍎 Meyvə bağlarında bolluq və iş yerləri

Növbəti dayanacaq təsərrüfatçı Zaur Əhmədiyevin ucsuz-bucaqsız meyvə bağları oldu. Burada yüzdən çox insan çalışır, gündəlik ruzi qazanaraq evlərinə aparırlar. Məhsulun yığımından çeşidlənməsinə və qablaşdırılmasına qədər olan proseslərlə tanış olan rayon rəhbəri işçilərlə görüşərək onların iş şəraiti ilə maraqlandı. Mövsümi də olsa bu qədər insana iş yeri yaratmaq təsərrüfatçının işinə məsuliyyətlə yanaşdığını göstərir.

🐟 Çeşidli fəaliyyət – davamlı iqtisadiyyat

Zaur Əhmədiyevin təsərrüfatı yalnız meyvəçiliklə məhdudlaşmır. Burada heyvandarlıq və balıqçılıq da inkişaf etdirilir. Bu isə fəaliyyətin mövsümilikdən çıxaraq il boyu davamlı olmasına imkan yaradır. Beləliklə, təsərrüfatda 12 ay iş olur, insanlar çalışır, iqtisadiyyat isə dövrilik qazanır.

  • Nüsrət Əsgərov: “Əgər hava şəraiti normal keçsə, bu il hər hektardan 5-6 ton məhsul götürəcəyəm. Bu, bizim üçün böyük nailiyyətdir.”
  • Zaur Əhmədiyev: “Məqsədim yalnız məhsul istehsalı deyil, həm də insanlara iş imkanı yaratmaqdır. İqtisadiyyatı davamlı etmək üçün təsərrüfatı müxtəlif sahələr üzrə genişləndirirəm.”

Balakən rayonunda kənd təsərrüfatının inkişafı həm məhsuldarlığın artmasına, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Fermerlərin işinə dövlət dəstəyi, rayon rəhbərliyinin diqqəti onların fəaliyyətini daha da stimullaşdırır. Bu, həm rayonun, həm də ölkənin ümumi iqtisadi inkişafına töhfə verir.

                                                      Yeni Balakən

P.S.Balakən Rayon Polis Şobəsinə,Şöbənin rəisi Çingiz Aslanova çəkilimizdə dron dəstəyinə görə məxsusi təşəkkürlər..

Milli Qurtuluş Günü Balakən rayonunda  silsilə tədbirlərlə qeyd olunub

Milli Qurtuluş Günü Balakən rayonunda silsilə tədbirlərlə qeyd olunub
0

15 İyun – Milli Qurtuluş Günü Balakəndə təntənəli şəkildə qeyd edilib. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra rayon Mədəniyyət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Balakən şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həs olunan “Milli Qurtuluş Dövlətçiliyimizin Zəfəri” adlı konsert proqramı təşkil olunub. Konsertdən əvvəl qonaqlar rayon Mədəniyyət Mərkəzinin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konsertdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətləri xatırlanıb, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkənin iqtisadi qüdrəti daha da artıb, torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz bərpa edilib, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Konsertdə şagirdlərin ifasında səslənən rəngarəng musiqi nömrələri, nümunələri, vətənpərvərlik ruhunda təqdim olunan çıxışlar və milli musiqimizin incilərindən ibarət proqram tamaşaçıların marağına səbəb olub. Eyni zamanda konsertdə Ulu Öndər Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə, ölkəmizin əldə etdiyi uğulara həsr olunan videolar nümayiş etdirilib.

Günün sonunda isə Balakən Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı təşkil olunub. Konsert proqramında rayonun tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Təşkil olunan möhtəşəm bayram konserti böyük coşqu ilə qarşılanıb.

              Yeni Balakən

🔔 Balakəndə Son Zəng Təntənəsi

🔔 Balakəndə Son Zəng Təntənəsi
0

Respublikanın hər yerində olduğu kimi bu gün Balakəndə də ümumtəhsil məktəblərində buraxılış günüdür.9-cu və 11-ci sinifləri bitirən şagirdlər məzun olur,onlar üçün son zəng çalınır.Çalınan  zəng şagird,orta məktəb həyatı üçün son olsada artıq müstəqil,yeni həyatlarının başlanğıcının cingiltisidir. İndidən sonra məzunlardan kimisi ali təhsil yolunu seçəcək, kimisi Vətən qarşısında əsgər borcunu yerinə yetirəcək, kimiləri isə həyatın müxtəlif sahələrində öz ayaqları üstündə duraraq müstəqil addımlar atacaqlar…

Balakən rayonunda 45 ümumtəhsil müəssisəsindən 1120 şagird məzun oldu.Hər müəssisədə biri birindən gözəl son zəng tədbirləri keçirildi.”Yeni Balakən” qəzeti olaraq Balakən şəhərindəki dörd məktəbdən üçündə olduq,ordakı rəngbərəng tədbirlərdən görüntülər çəkdik.Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun adını daşıyan liseydə,Nizami Gəncəvi adına şəhər 1 saylı məktəbdə,İmadəddin Nəsimi adına şəhər 2 saylı məktəbdə şagirdlər,müəllimlər tədbir üçün yaxşı hazırlaşmış,son zəngi vida mərasimdən daha çox gələcək müstəqil həyata atılan ilk addımın sevinci havasında təşkil etmişdilər.Doğrudur həyacan,ayrılıq göz yaşları üzlərdə görünürdü amma gələcək sərbəst,parlaq həyatın ümid və xəyal rüzgarları üzlərdəki o ifadəni tələsik silirdi..

Tədbirlər qonaqlarla da zəngin idi.Liseydə Balakən RİH-in müavini Turan Dibirov həm valideyin həm də nümayəndə qismində,Nizami adına şəhər 1 saylı məktəbdə RİH-dən Rasim Paçalov, təhsildən nümayəndə,Nəsimi adına məktəbdə RİH-dən Nərgiz Hacıxanova,şəhid ailələri və digər qonaqlar iştirak edirdilər.Balakən Polis Şöbəsinin əməkdaşları bütün məktəblərdə asayişin keşiyində duraraq ictimaiyyətin təhlükəsizliyini təmin etdilər.

Məndən soruşacaq olsanız-ən çox hansı tədbiri bəyəndin-deyə:Təbii ki,hamısı maraqlı,müxtəlif mövzularda,gərgin əmək və zəhmətlə ərsəyə gələn gözəl tədbirlər idi.Amma Nizami adına 1 saylı məktəbin tədbiri,yanaşması,mövzusu bir başqaydı.Orda məzunlar sanki bir məktəbi bitirib digər məktəbə addım atırdılar.Mövzu tarix,vətənpərvərlik,bayraq,dövlətçilik və ən əsası da vizionları dövlətimizin yön aldığı doğru,gerçəklər istiqamətində idi. Xüsusilə Türk Dövlətləri Birliyinə vurğu edən bayraq kompozisiyası möhtəşəmliyi ilə seçildi və tamaşaçılarda dərin təəssürat yaratdı.

Balakən məktəblərində keçirilən son zəng tədbirləri bir daha göstərdi ki, gənclərimiz yalnız biliklə deyil, həm də milli-mənəvi dəyərlərlə yetişdirilir. Bu gün məktəb həyatı ilə vidalaşan məzunlar sabahın tələbəsi, əsgəri, müstəqil vətəndaşı kimi cəmiyyətin inkişafına öz töhfələrini verəcəklər. Onların yoluna uğurlar arzulayırıq.

                                                   Yeni Balakən

🎓 Balakən Uşaq İncəsənət Məktəbində Məzun Gününün Təntənəsi

Balakən Uşaq İncəsənət Məktəbində Məzun Gününün Təntənəsi
0

2025–2026-cı tədris ilində Balakən şəhər Uşaq İncəsənət Məktəbini müxtəlif ixtisaslar üzrə 42 nəfər məzun bitirmişdir. Onların sırasında rəssamlıq şöbəsindən Uşaq İncəsənət Fondu müsabiqəsinin 1-ci və 3-cü yer qalibləri, həmçinin fortepiano, kamança və tar ixtisası üzrə Respublika və Beynəlxalq müsabiqələrin laureatı adını qazanmış şagirdlər də vardır. Bu uğurlar Balakən gənclərinin istedadının və zəhmətinin bariz nümunəsi kimi dəyərləndirilir.

Məzunlara həsr olunmuş tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu ehtiramla yad edilmişdir. Ardınca məzunların ifasında rəngarəng musiqi nömrələri və rəqs kompozisiyaları tədbir iştirakçılarına təqdim olunmuş, gənc istedadların parlaq çıxışları alqışlarla qarşılanmışdır.

Tədbirdə şəhid anaları, Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, valideynlər və şagirdlər iştirak etmişdir. Bu, həm məzunların uğurlarının paylaşılması, həm də onların gələcək həyat yoluna mənəvi dəstək verilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

✨ Son söz

Balakən Uşaq İncəsənət Məktəbinin bu ilki məzunları öz istedadları və nailiyyətləri ilə rayonun mədəni həyatına yeni bir rəng qatdılar. Onların uğurları həm ailələri, həm müəllimləri, həm də bütün Balakən ictimaiyyəti üçün qürur mənbəyidir. Bu gənclərin gələcəkdə də sənət və mədəniyyət sahəsində böyük nailiyyətlər qazanacağına inamla, onlara uğurlu yol arzulayırıq.

                                                                   Ramazan Abal

“Mən birincilik gətirdim!”

“Mən birincilik gətirdim!”
0

Bu gün böyük sevinc və qürur hissi yaşayırıq. Gəncimiz Cerçiyeva Səadət Rusiya Federasiyasının Adıgey Respublikasında keçirilən beynəlxalq “Adıgeyin Ulduzları” festival-müsabiqəsində Azərbaycanı layiqincə təmsil edərək I dərəcəli lauryatı adına layiq görülmüşdür.Bu qələbə təkcə Səadətin deyil, onun ailəsinin, müəllimlərinin, məktəbinin və bütövlükdə Azərbaycanımızın uğurudur. Səadət öz istedadı, zəhməti, əzmkarlığı və vətən sevgisi ilə göstərdi ki, Azərbaycan gəncləri dünyanın hər yerində uğur qazana və ölkəmizi layiqincə təmsil edə bilirlər.

 İki il əvvəl bu layihəyə qatılaraq “Şuşa, sən qayıtdın” şeiri ilə vətənpərvərliyini nümayiş etdirən və II yerə layiq görülən Səadət həmin gündən özünə bir məqsəd qoymuşdu: “Mən Azərbaycanıma birincilik gətirməliyəm!” Bu il o, daha böyük əzm və inamla yenidən müsabiqəyə qatıldı. “Qələbə dastanı” şeiri ilə çıxış edən Səadət I yerə layiq görülərək hamımızı sonsuz sevincə qərq etdi. Qələbə xəbərini alanda sevinc göz yaşları içində: “Mən birincilik gətirdim!” – dedi və əlavə etdi: “Söz verirəm ki, Vətənimi hər zaman, hər yerdə layiqincə təmsil edəcəyəm.”

Bu gənc qızın qəlbindəki Vətən sevgisi həqiqətən sonsuzdur. Onun bu sözləri və uğuru hər birimiz üçün böyük qürur mənbəyidir. Səadət uzaq Rusiyada Azərbaycan bayrağını yüksəklərdə dalğalandıraraq, “Biz qalib ölkəyik, qalib ölkənin qalib gəncləriyik!” sözlərini qürurla səsləndirdi və qazandığı qələbəni xalqımıza ərməğan etdi.

Əziz Səadət, sənin uğurun təkcə öz uğurun deyil, bütün Azərbaycan gənclərinin uğurudur. Yolun daim açıq, zirvələrin daha uca olsun! Vətəninə olan sevgin və əzmin səni daha böyük qələbələrə aparsın!

                                       Yeni Balakən

Balakəndə möhtəşəm konsert gecəsi

Balakəndə möhtəşəm konsert gecəsi
0

İyunun 12-də Balakən rayon Mədəniyyət Mərkəzində musiqi və rəqs bayramı yaşandı. Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı regionlarda mədəniyyətin əlçatanlığının artırılması proqramı çərçivəsində möhtəşəm qastrol konserti ilə çıxış etdi.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bu layihə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətlərinə uyğun olaraq, ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması və regionlarda mədəni həyatın zənginləşdirilməsini hədəfləyir.

Konsertdə Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri, müxtəlif idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri və ictimaiyyət iştirak edirdi. Ansamblın ifasında səslənən milli musiqi inciləri, xalq mahnıları və rəqslər tamaşaçılara unudulmaz anlar yaşatdı, zalda alqışlar uzun sürə davam etdi.

Bu qastrol konserti bir daha sübut etdi ki, Azərbaycan mədəniyyəti yalnız paytaxtda deyil, regionlarda da yüksək səviyyədə təqdim olunur. Balakənlilər üçün bu musiqi axşamı həm milli irsin təntənəsi, həm də mədəniyyətin birləşdirici gücünün parlaq nümunəsi oldu.

Yeni Balakən

Balakən rayonunda yaş barama tədarükünə start verilmişdir

Balakəndə yaş barama təhvil verilir
0


Balakən rayonunda barama istehsalı sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 600 qutu ipəkqurdu 97 kümçüyə paylanılmış, həmçinin kümçülərin “Azərİpək” MMC ilə müqavilə bağlanılması təmin olunmuşdur. Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət isə əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Nəticədə fermer təhvil verdiyi hər kiloqram yaş baramaya görə ümumilikdə 11 manat gəlir əldə edir.
Azərbaycanda, o cümlədən Balakən rayonunda yaş barama tədarükünə start verilmişdir. Rayon rəhbəri Natiq Ağayev bu gün tədarük məntəqəsində gələrək kümçülərlə görüşmüş,gətirdikləri baramaya baxıb məhsulla tanış olub.Kümçüləri dinləyərək problemləri ilə maraqlandı.Onları təbrik edərək,zəhmətlərinin bəhrəsinin bərəkətli olmasını,gələn il daha yüksək nəticə göstərərək bundan da artıq bol qazanc götürmələrini arzuladı.Təhvil prosesini yerində izləyərək,tapşırıq və tövsiyyələrini verdi.Kümçülər tərəfindən 12.06.2026-cı il tarixədək tədarük məntəqəsinə 1799,3 ton yaş barama təhvil verilmişdir. Cari ildə Balakən rayonunda 24,0 ton barama istehsalı nəzərdə tutulur.
  Elvin Səmədov                   
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzi

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər

15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər
0

“Qurtuluşdan Zəfərə” – Balakəndə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans

Balakən rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər davam edir. Dünən Balakən Uşaq İncəsənət Məktəbində keçirilən tədbirin ardınca bu gün Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının inzibati binasında “Qurtuluşdan Zəfərə” adlı konfrans təşkil olunub. Tədbir YAP Balakən rayon təşkilatı, İncəsənət məktəbi və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutub.

Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri Azad Balayev, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün Azərbaycan xalqının yaddaşına dövlətçiliyin qorunması, sabitliyin bərpası və inkişafın başlanğıcı kimi əbədi həkk olunub. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyaraq güclü dövlətə çevrilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu siyasət müasir çağırışlara uyğun şəkildə davam etdirilərək Azərbaycanı zəfərə aparıb. “Qurtuluş missiyası ilə xalqımızı məhv olmaq təhlükəsindən xilas edən Heydər Əliyevin yolunu Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə zəfərlə tamamladı,” – deyə Azad Balayev qeyd edib.

Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının üzvü Meysarat Qaysayeva, Hənifə kənd tam orta məktəbinin direktoru Cavanşir Alqayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Cavanşir İsmayılov, hərbi jurnalist Şaban Daşdəmirov və Gənclər Evi Sosial Xidmət Müəssisəsinin əməkdaşı Fuad Mikayılov Milli Qurtuluş Gününün xalqımızın taleyində oynadığı mühüm rolu, Ulu Öndərin dövlətçiliyin möhkəmlənməsindəki xidmətlərini xüsusi vurğulayıblar.

Konfrans çərçivəsində rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən partiya veteranlarına hədiyyələr təqdim olunub, yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri verilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Yeni Balakən

Bir qəza baş vermədən öncə

Bir qəza baş vermədən öncə
0

Bir qəza baş vermədən öncə

Balakən şəhəri, akademik Həsən Əliyev küçəsindəki bu işıq dirəyi vidalaşmaq istəyir elektrik şəbəkəsi ilə.Sabah bəlkə ona bir “vida” mərasimi keçirəsiniz..Nə qədər ki, o dirək kiminsə başına,evinin üstünə düşməyib,kimisə bu həyatla vidalaşdırmayıb.Dirək can üstədir,yıxılmaq istəyir sadəcə bağlandığı naqillərin hesabına ayaqda dururmuş kimi görünür.Nə qədər ki,bir hadisə baş verməyib,buna cavabdehlər Allah eləməmiş bir bədbəxt hadisənin idari məsuliyyətiylə mühakimə olunmayıblar…

                                                            Yeni Balakən

Şəhid ailələrinə diqqət və qayğı

Şəhid ailələrinə diqqət və qayğı
0

Ölkə rəhbəri İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsi daim gücləndirilir. Prezidentin imzaladığı fərman və sərəncamlar bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir…

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və ailələrinin hörmətlə yad edilməsi məqsədilə birinci Qarabağ müharibəsində şəhid olmuş Qərbi Azərbaycan kökənli Pənahov Pənah Məhəmməd oğlunun ailəsi ziyarət edilib.

Ziyarətdə Qərbi Azərbaycan İcmasının Balakən rayon nümayəndəsi Yaşar Məmmədov, Balakən şəhər nümayəndəsi, İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva, Gərəkli kənd Bələdiyyəsinin sədri Ceyran Tağıyeva və “Yeni Balakən” qəzetinin redaktoru Ramazan Abalov iştirak ediblər.

Görüş zamanı şəhidin anası Nəcibə Pənahova oğlu haqqında xatirələrini bölüşərək, onun 1993-cü ildə hərbi xidmətə çağırıldığını, xidmət dövründə göstərdiyi igidlik və qəhrəmanlıqları, 1994-cü ilin fevral ayında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində döyüş zamanı düşmən tərəfindən vurularaq şəhid olduğunu qeyd edib.

Şəhid Pənahov Pənah hörmət və ehtiramla yad olunub. Ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

                                Yeni Balakən