Milli Qurtuluş Günü Balakən rayonunda  silsilə tədbirlərlə qeyd olunub

Milli Qurtuluş Günü Balakən rayonunda silsilə tədbirlərlə qeyd olunub

15 İyun – Milli Qurtuluş Günü Balakəndə təntənəli şəkildə qeyd edilib. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra rayon Mədəniyyət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin və Balakən şəhər Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həs olunan “Milli Qurtuluş Dövlətçiliyimizin Zəfəri” adlı konsert proqramı təşkil olunub. Konsertdən əvvəl qonaqlar rayon Mədəniyyət Mərkəzinin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Konsertdən əvvəl Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətləri xatırlanıb, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkənin iqtisadi qüdrəti daha da artıb, torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz bərpa edilib, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Konsertdə şagirdlərin ifasında səslənən rəngarəng musiqi nömrələri, nümunələri, vətənpərvərlik ruhunda təqdim olunan çıxışlar və milli musiqimizin incilərindən ibarət proqram tamaşaçıların marağına səbəb olub. Eyni zamanda konsertdə Ulu Öndər Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə, ölkəmizin əldə etdiyi uğulara həsr olunan videolar nümayiş etdirilib.

Günün sonunda isə Balakən Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı təşkil olunub. Konsert proqramında rayonun tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Təşkil olunan möhtəşəm bayram konserti böyük coşqu ilə qarşılanıb.

              Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir