Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

🔌 Balakəndə Energetiklər Günü qeyd olundu

Balakəndə Energetiklər Günü qeyd olundu

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü kimi qeyd olunur. Artıq iyirmi iki ildir ki, ölkənin enerji sahəsində çalışan fədakar insanlar bu günü iftixarla bayram edirlər. Energetiklər Günü Azərbaycan elektroenergetikasının inkişaf tarixində mühüm hadisə ilə bağlıdır: 1981-ci ilin məhz bu günündə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istifadəyə verildi. Bu addım milli energetika tariximizdə yeni mərhələnin başlanğıcı oldu.

Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin günün Energetiklər Günü kimi təsis olunması isə bu sahədə çalışan insanların əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir.

⚡ Balakən Rayon Elektrik Şəbəkəsi işçiləri də bu əlamətdar günü xüsusi tədbirlə qeyd etdilər. Tədbir Ulu Öndərin dağüstü parkdakı abidəsinin ziyarəti ilə başladı. Daha sonra şəbəkənin rəisi Sabit Məmmədov çıxış edərək energetiklərin məsuliyyətli peşəsindən, vətəndaşlara fasiləsiz və keyfiyyətli elektrik enerjisi təminatının vacibliyindən danışdı. O, enerjinin rayonun sosial-iqtisadi inkişafında oynadığı mühüm rolu vurğuladı və əməkdaşlara çətin, eyni zamanda şərəfli işlərində uğurlar arzuladı.

Tədbirin ikinci hissəsi Balakən Elektrik Şəbəkəsinin inzibati binasında davam etdi.Təbrik üçün tədbirə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə qatılan rayon rəhbəri Natiq Ağayev inzibati binaya gələrək işçilər üçün yaradılmış şəraitlə,binayla tanış oldu.Daha sonra iclas zalına keçərək bir qrup işçilərlə görüşən rəhbər Balakən energetiklərinin gördüyü işlər haqda danışaraq onların fəaliyyətini qiymətləndirdi.Altı nəfər əməkdaşı isə Balakənin energetika sahəsindəki səmərəli fəaliyyətinə görə Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif etdi.Kollektivi təbrik edərək, bu məsuliyyətli,çətin peşə fəaliyyətində uğurlar dilədi.

Tədbir səmimi abu-hava ilə davam etdi, sonda isə iştirakçılar xatirə şəkli çəkdirərək bu günü yaddaşlara həkk etdilər.

Energetiklər Günü yalnız bir peşə bayramı deyil, həm də ölkənin inkişafı, insanların rahat və işıqlı həyatının təminatında mühüm rol oynayan fədakar insanların zəhmətinə göstərilən hörmətin təntənəsidir. Balakən energetiklərinin bu günkü bayramı onların gündəlik zəhmətinə verilən dəyərin, gələcək uğurlara inamın təzahürü oldu.

İşığınız bol olsun, EnergetiklÉ™r!               

Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir