Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakəndə Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələnvəzifələrə dair müşavirə keçirilib

Balakəndə Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib

Bu gün Balakəndə Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.Müşavirədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri,şəhid ailələri, qazilər, təhsil və səhiyyə işçiləri, ağsaqqallar, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev dövlətimizin başçısının Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı geniş çıxış edib. O bildirib ki, Prezident cənab İlham Əliyevin Qurultaydakı çıxışı ölkəmizin inkişafının yeni mərhələsinin strateji istiqamətlərini müəyyən edib. Qarşıdakı dövrdə əsas vəzifələrimiz əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən mühafizəsidir. Rayon rəhbəri ölkədə və rayonda sosial-iqtisadi sahədə əldə olunmuş uğurlardan, həyata keçirilən layihələrdən danışıb, mənəvi dəyərlərimizin qorunması istiqamətində görülməli tədbirlərdən söz açıb, ideoloji işin düzgün qurulmasından, bu sahədə ayrı-ayrı qurumların üzərinə düşən vəzifələrdən bəhs edib.
Qeyd olunub ki, Azərbaycan 1990-cı illərin ağır sosial-iqtisadi vəziyyətindən, məcburi köçkünlük problemlərindən, müharibə və siyasi qeyri-sabitlik şəraitindən fərqli olaraq, bu gün geniş iqtisadi imkanlara, güclü orduya və yüksək beynəlxalq nüfuza malik dövlətdir. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdəndir. Xüsusi vurğulanıb ki, bu gün xarici mərkəzlər media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə uşaq və gəncləri təsir altına salmağa çalışır. Bu məsələdə hər birimiz ayıq-sayıq olmalı, öz sözümüzü deməli və biganə qalmamalıyıq.
Müşavirədə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Alqayev, RİH-in Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Vətən Müharibəsi qazisi Hacı Muradov, şəhid anası Aynur Bayramova, Balakən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edən Pərvin İbrahimova, Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elvin Səmədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətini vurğulayaraq, müzakirə olunan məsələlər və Qurultaydan irəli gələn vəzifələrlə bağlı öz fikirlərini bildiriblər.
Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir