Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Kərimov Elmir Rəhim oğlunun əziz xatirəsi məzarı başında ehtiramla yad edilib.
Anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət qurumlarının nümayəndələri, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Mərasimdə şəhid Elmir Kərimovun ruhuna dualar oxunub, onun vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunub. Vətən qarşısında öz borcunu ləyaqətlə yerinə yetirərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla yad edildiyi vurğulanıb.Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elmir Kərimov 26 may 1998-ci ildə Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004–2015-ci illərdə Z.Əliyeva adına 3 nömrəli Balakən şəhər tam orta məktəbində təhsil alıb.Elmir Kərimov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı əvvəlcə Murovdağ istiqamətində, daha sonra isə Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elmir Kərimov Balakən rayonunun Hənifə kəndində dəfn edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Elmir Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yeni Balakən















Leave a Reply