Respublikanın hÉ™r yerindÉ™ olduÄźu kimi bu gĂĽn BalakÉ™ndÉ™ dÉ™ ĂĽmumtÉ™hsil mÉ™ktÉ™blÉ™rindÉ™ buraxılış gĂĽnĂĽdĂĽr.9-cu vÉ™ 11-ci siniflÉ™ri bitirÉ™n ĹźagirdlÉ™r mÉ™zun olur,onlar üçün son zÉ™ng çalınır.Çalınan zÉ™ng Ĺźagird,orta mÉ™ktÉ™b hÉ™yatı üçün son olsada artıq mĂĽstÉ™qil,yeni hÉ™yatlarının baĹźlanğıcının cingiltisidir. İndidÉ™n sonra mÉ™zunlardan kimisi ali tÉ™hsil yolunu seçəcÉ™k, kimisi VÉ™tÉ™n qarşısında É™sgÉ™r borcunu yerinÉ™ yetirÉ™cÉ™k, kimilÉ™ri isÉ™ hÉ™yatın mĂĽxtÉ™lif sahÉ™lÉ™rindÉ™ öz ayaqları ĂĽstĂĽndÉ™ duraraq mĂĽstÉ™qil addımlar atacaqlar…
Balakən rayonunda 45 ümumtəhsil müəssisəsindən 1120 şagird məzun oldu.Hər müəssisədə biri birindən gözəl son zəng tədbirləri keçirildi.”Yeni Balakən” qəzeti olaraq Balakən şəhərindəki dörd məktəbdən üçündə olduq,ordakı rəngbərəng tədbirlərdən görüntülər çəkdik.Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzovun adını daşıyan liseydə,Nizami Gəncəvi adına şəhər 1 saylı məktəbdə,İmadəddin Nəsimi adına şəhər 2 saylı məktəbdə şagirdlər,müəllimlər tədbir üçün yaxşı hazırlaşmış,son zəngi vida mərasimdən daha çox gələcək müstəqil həyata atılan ilk addımın sevinci havasında təşkil etmişdilər.Doğrudur həyacan,ayrılıq göz yaşları üzlərdə görünürdü amma gələcək sərbəst,parlaq həyatın ümid və xəyal rüzgarları üzlərdəki o ifadəni tələsik silirdi..
Tədbirlər qonaqlarla da zəngin idi.Liseydə Balakən RİH-in müavini Turan Dibirov həm valideyin həm də nümayəndə qismində,Nizami adına şəhər 1 saylı məktəbdə RİH-dən Rasim Paçalov, təhsildən nümayəndə,Nəsimi adına məktəbdə RİH-dən Nərgiz Hacıxanova,şəhid ailələri və digər qonaqlar iştirak edirdilər.Balakən Polis Şöbəsinin əməkdaşları bütün məktəblərdə asayişin keşiyində duraraq ictimaiyyətin təhlükəsizliyini təmin etdilər.
Məndən soruşacaq olsanız-ən çox hansı tədbiri bəyəndin-deyə:Təbii ki,hamısı maraqlı,müxtəlif mövzularda,gərgin əmək və zəhmətlə ərsəyə gələn gözəl tədbirlər idi.Amma Nizami adına 1 saylı məktəbin tədbiri,yanaşması,mövzusu bir başqaydı.Orda məzunlar sanki bir məktəbi bitirib digər məktəbə addım atırdılar.Mövzu tarix,vətənpərvərlik,bayraq,dövlətçilik və ən əsası da vizionları dövlətimizin yön aldığı doğru,gerçəklər istiqamətində idi. Xüsusilə Türk Dövlətləri Birliyinə vurğu edən bayraq kompozisiyası möhtəşəmliyi ilə seçildi və tamaşaçılarda dərin təəssürat yaratdı.
Balakən məktəblərində keçirilən son zəng tədbirləri bir daha göstərdi ki, gənclərimiz yalnız biliklə deyil, həm də milli-mənəvi dəyərlərlə yetişdirilir. Bu gün məktəb həyatı ilə vidalaşan məzunlar sabahın tələbəsi, əsgəri, müstəqil vətəndaşı kimi cəmiyyətin inkişafına öz töhfələrini verəcəklər. Onların yoluna uğurlar arzulayırıq.
Yeni Balakən









