Sosial şəbəkələrin varlığı,ordakı “sərbəstliyin” müsbət təsirləri olduğu qədər mənfi təsirləri və tərəfləri də var.Sosial şəbəkə KİV aləti olaraq əlbəttə ki,kütləvi informasiya yayma sələhiyyəti olan,dövlət tərəfindən rəsmi sənədlə,şəhadətnamə ilə icazəsi verilmişlər tərəfindən istifadə olunduqda bu zaman Media haqqında Azərbaycan Respublikası Qanununun tələbləri çərçivəsində fəaliyyət göstərir, informasiya yayıcısı da yaydığı informasiya haqqında qanun qarşısında məsuliyyət daşıyır.
Media haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir…
Qanunun başlanğıcından da göründüyü kimi informasiya ilə işləmək hər yoldan keçənin,əlində mobil telefon olanın,140 manat verib sayt açanın işi deyil.Dövlətin verdiyi icazə,şəhadətnamə olmadan kütləvi informasiya yaymaq,yayımı ilə məşğul olmaq qadağandır.Bu qadağanı pozmaq cinayət olduğu kimi qeyri qanuni KİV-lər də bu gün qanun dilində reket “media” adlanır.Bunlara qarşı dövlətin güc strukturları, aidiyyatı qurumları mübarizə aparır.Sənədi(icazəsi) olan KİV-lər də informasiya yaydıqları zaman məlumatın,informasiyanın dəqiqliyi,qərəzsiz və tərəfsiz olması barədə məsuliyyət daşıyırlar.
Bəzi “KİV”-lər, əsasən də TikTok sosial şəkəsi üzərindən paylaşım edənlər lap şitini çıxarıb,ağını ediblər medianın.Belə ki,dünən axşam saatlarında Elgün(qadın) adlı sosial şəbəkə istifadəçisinin “imran.imo7” tiktok hesabında Balakən RMX və rəhbərliyi haqda səsləndirdiyi fikirlər,icazəsiz çəkdiyi video görüntü ilə rastlaşdım.Biraz sonra da bu istifadəçinin paylaşımından özü üçün informasiya düzəldən, ağlına gələn cürə,necə gəldi başlıq da qoyub,mənbədən də ikiqat artıq məsuliyyət daşıyan “1xeber” adlı (xəbər sözünü azərbaycanca yaza bilməyən), tiktok üzərindən informasiya yayan “media qurumu” guya nəsə “iş” tutub,informasiya paylaşıb…Soruşsan bəlkə də Balakən rayonunun harda yerləşdiyini bilməzlər,belə paylaşım edənlərin böyük əksəriyyəti nə balakənli deyillər,nə də Balakən və balakənli üçün canı yanan deyillər.Sadəcə biraz savadsız,heç nəyi araşdırmadan inanan izləyiciləri və digərləri qarşısında guya reytinqini yüksəltmək üçün bu cürə dedi-qodu,əsilsiz,astarsız,böhtançı və cinayət xarakterli paylaşımları ilə könül bulandırırlar.
“Yeni Balakən” olaraq biz məsələyə aydınlıq gətirmək üçün Balakən MRX Puplik Hüquqi Şəxs,direktor Dilbər xanım Quliyeva ilə əlaqə saxladıq.Əvvəla onu deyək ki,Dilbər xanım o böyük müəssisəni gəzərkən,palatalara baş çəkərkən və ya TƏBİB rəhbərliyindən icazəsini alıb hansısa tədbirə qatılarkən bunu Elgünlərə bildirmək məcburiyyətində deyil.Rəhbərlik üzrlü səbəblərdən işdə olmadıqda bu o demek deyil ki,orda cavabdeh yoxdur.Dilbər xanımdan birinci olaraq soruşduqda ki, -“1xeber”in onunla əlaqə saxlayaraq informasiyanı dəqiqləşdirməsi oldumu,sizin fikrinizi,açıqlamanızı soruşdumu?-cavabı:Xeyr-oldu.Bəs həmən “1xəbər” bu barədə TƏBİB-dən maraqlanıbmı?-yenə də öyrəndik ki,-xeyr.Bu o demekdir ki,qarşı tərəfin fikrini öyrənmədən,məlumatı dəqiqləşdirmədən,Elgünün şəxsi qərəzlik hərəkətinə dəstək və cinayət əməlinə ortaq olaraq Balakən MRX-na qarşı əsassız,yalan iddia qaldırmaqla müəssisənin və rəhbərliyin nüfuzuna xələl gətirmiş, məssisəyə qarşı cinayət xarakterli addım atıb.Müəssisənin və rəhbərliyin də buna adekvat olaraq mağdur,zərərçəkən qismində həm Elgünə,həm də “1xeber”e qarşı məhkəmə iddiası qaldırmağa tam haqqı,hüququ var.Müəssisə artıq bu istiqamətdə addımını atıb.O ki qaldı,Elgünün və ona istinadən “1xeber”in iddia etdiyi kimi şəkərli diabet xəstəsi olan Mustafayev İmrana xəstəxana tərəfindən pulsuz verilən dərmanla,testlərə,onların verilməməsinə,pulla satılmasına-bunlar yalandır.Xəstəxana rəhbərliyin bizə və TƏBİB-ə təqdim etdiyi sənədlərdə də açıq aydın görünür ki,Mustafayev İmran hər ay mütəmadi olaraq aidiyyatı dərmanlarla və testlərlə ödənişsiz təmin olunur.Ən son Mustafayev İmran Vəli oğlu 02/07/2026 tarixdə Metformin 1000 №30,Diabzid M №30,Test 1 qutu dövlət tərəfindən aylıq olaraq ayrılan kvotasını almışdır.Gündə 1 dəfə test olunur, sutkada 1 dəfə 1 tablet olaraq da qəbul edilən dərmanlardır.Xanımın “tələbi” əlavə olaraqdan başqalarına ayrılan paydan verilməsi idi.Bu tələb qanunsuzdur,qeyri etikdir,qeyri vicdanidir.Rəhbərlik buna getmədiyi üçün “iddiaçılar” şantaj üsuluna əl atmışlar..
Azərbaycan hüquq dövlətidir. İnformasiya yayımı yalnız qanun çərçivəsində, rəsmi icazə ilə mümkündür. Sosial şəbəkələrdə əsassız iddialar və böhtan xarakterli paylaşımlar isə məsuliyyətsizliyin, savadsızlığın və cinayət əməlinin göstəricisidir. Balakən RMX rəhbərliyi bu cür hallara qarşı hüquqi müstəvidə mübarizə aparmaqda haqlıdır. Cəmiyyətin sağlam informasiya mühitinə sahib olması üçün hər birimiz məsuliyyətli olmalı, yalnız rəsmi və etibarlı mənbələrə güvənməliyik.
Yeni Balakən













Leave a Reply