“Abad məhəllə” layihəsi Azərbaycan şəhərlərində yaşayış binalarının həyətlərini yenidən qurmaq, sakinlərin rahatlığı və istirahəti üçün müasir şərait yaratmaq məqsədi daşıyan genişmiqyaslı abadlıq təşəbbüsüdür. Bu layihə çərçivəsində binaların fasadları və giriş blokları yenilənir, uşaq və idman meydançaları salınır,görülən əsas işlər belə sıralanır:
- Binaların təmiri: Yaşayış binalarının fasadları əsaslı təmir olunur, rənglənir, blok qapıları və pəncərələri dəyişdirilir.
- İstirahət zonaları: Yeni söhbətgahlar (besedkalar), oturacaqlar quraşdırılır və yaşıllıq zolaqları salınır.
- İdman və əyləncə: Uşaqlar üçün oyun meydançaları və sağlamlıq üçün açıq hava idman qurğuları quraşdırılır.
- İnfrastruktur: Məhəllədaxili yollara tamet daşları düzülür, səkilər yenilənir və müasir işıqlandırma sistemləri çəkilir.
Səliqə-sahman: Zəbt olunmuş və ya yararsız vəziyyətdə olan köhnə tikililər, çəpərlər sökülərək ərazi təmizlənir.
“Abad məhəllə” layihəsi paytaxt Bakıdan sonra regionlarda da uğurla icra olunur. Vətəndaş məmnunluğuna xidmət edən belə layihələrdən birinə bu gün Balakən şəhərində icrasına başlanılıb.Belə ki,Balakən Rayon Mənzil İstismar Müəssisəsinin təşəbbüsü ilə şəhərin M.Müşfiq küçəsindəki çoxmənzilli binaların həyətlərinin yenidən bərpası və abadlaşdırılması istiqamətində işlər həyata keçirilib.Əməkdaşlar tərəfindən ərazi tullantılardan,alaq otlardan,kollardan təmizlənib,ağaclar budanıb,cari təmir işləri həyata keçirilib,ətrafda səliqə-səhman yaradılaraq ərazi qaydaya salınıb.Xoş təsir bağışlayan gözəl ab-hava yaradan işlər görülüb. Həyata keçirilən abadlıq işləri ilk növbədə sakinlərin rahatlığına xidmət edir.Bu hələ başlanğıcdır,layihə şəhərin bütün yaşayış binalarını,onların yerləşdiyi ərazini əhatə edəcək.
Müəssisə belə təşəbbüslə,gördüyü işlərlə sakinlərə xidmət etməkdən məmnunluq hissi keçirdiyini bildirir.
Sakinlərimizə müraciətimiz:-Ətraf mühitin təmizliyinə qarşı diqqətli,çəkilən zəhmətə,əməyə duyarlı olmaları,doğma şəhərimizi təmiz saxlamalarıdır.
Yeni Balakən










Leave a Reply