Xocalı – qan yaddaşımız Balakəndə anıldı

Xocalı – qan yaddaşımız Balakəndə anıldı

Xocalı – qan yaddaşımız Balakəndə anıldı
Balakən rayonunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – qan yaddaşımız” adlı anım tədbiri keçirildi. Tədbir Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə sektoru, Balakən rayon Heydər Əliyev Mərkəzi, Balakən Gənclər Evi və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə Balakən Gənclər Evində baş tutdu.
İlk olaraq Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi Xocalı soyqırımının bəşəriyyətə qarşı ağır cinayət olduğunu vurğuladılar. Onlar yüzlərlə günahsız insanın qətlə yetirildiyini, ailələrin məhv edildiyini, uşaqların valideynsiz qaldığını diqqətə çatdıraraq, faciənin yalnız Azərbaycan xalqının qan yaddaşı deyil, həm də insanlıq əleyhinə törədilmiş cinayət kimi dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd etdilər.
Natiqlər gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının, tariximizin həqiqətlərinin düzgün öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğuladılar. Bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik hissini gücləndirdiyi, tarixi yaddaşı qoruduğu və milli həmrəyliyi möhkəmləndirdiyi bildirildi.
Tədbirin bədii hissəsində gənclər Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş şeir kompozisiyası ilə çıxış etdilər, həmçinin “Xocalı nişanəsi” adlı qısametrajlı film nümayiş etdirildi.
Bu anım tədbiri bir daha göstərdi ki, Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və bu yaddaş gələcək nəsillərə ötürülərək, milli birliyimizin və vətənpərvərlik ruhumuzun möhkəmlənməsinə xidmət edir.
Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir