Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakən rayonunda atçılıq idmanının inkişafı istiqamətində işlər davam etdirilir.

Balakən rayonunda atçılıq idmanının inkişafı istiqamətində işlər davam etdirilir.

Balakən rayonunda atçılıq idmanının inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması və rayonun turizm potensialından daha səmərəli istifadə olunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırığına əsasən, rayonda cıdır meydanının yaradılması üçün ərazi müəyyənləşdirilmiş, ərazidə hamarlama və ilkin hazırlıq işləri həyata keçirilmişdir.

Layihənin icrası çərçivəsində atçılar və idmançıların iştirakı ilə ərazidə iməcilik təşkil olunmuş, cıdır meydanının hazırlanması istiqamətində görülən işlərə dəstək göstərilmişdir.

Cıdır meydanının yaradılması gələcəkdə atçılıq idmanının inkişafına, yerli və digər bölgələrdən olan atçıların yarışlarda iştirakına imkan yaratmaqla yanaşı, Balakənin turizm potensialının artırılmasına da töhfə verəcəkdir. Eyni zamanda, atçılıq ənənələrinin yaşadılması xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görülən işlərin nəticəsində Balakəndə atçılıq idmanının inkişafı üçün əlverişli şəraitin yaradılması, gələcəkdə müxtəlif yarış və tədbirlərin keçirilməsi, eləcə də bu istiqamətin rayonun turizm imkanlarının tanıdılmasına xidmət etməsi nəzərdə tutulur.

                                         Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir