Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Milli Mətbuat Günündə Balakəndə Səmimi Görüş

Milli Mətbuat Günündə Səmimi Görüş

Balakən Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirildi. Rayon rəhbəri Natiq Ağayevin təşəbbüsü ilə təşkil olunan tədbir çay süfrəsi arxasında səmimi diskussiya şəklində baş tutdu.

İştirakçıları salamlayan Natiq Ağayev mətbuat sahəsində görülən işlərdən məmnunluğunu ifadə etdi. O, yazılı, görsəl, səsli və internet üzərindən fəaliyyət göstərən media nümayəndələrinin rayonla bağlı xəbərləri obyektiv və operativ şəkildə işıqlandırdıqlarını vurğuladı. Rəhbər həmçinin jurnalistlərin fəaliyyətində qarşılaşdıqları çətinlikləri dinləməyə və imkan daxilində dəstək göstərməyə hazır olduğunu bildirdi.

Diskussiya və əməkdaşlıq ruhu

Saat yarımdan çox davam edən görüşdə müxtəlif media sahələrinin nümayəndələri onları maraqlandıran sualları səsləndirdilər. Tədbir boyunca rayonun inkişafına mətbuatın necə dəstək ola biləcəyi mövzusu da müzakirə olundu. Media nümayəndələri gələcəkdə daha sıx əməkdaşlığa maraqlı olduqlarını qeyd etdilər.

Rayon rəhbəri mətbuatın Balakənlə bağlı xəbərləri doğru və obyektiv şəkildə çatdırdığına görə təşəkkürünü bildirdi. Tədbirin sonunda isə xatirə şəkli çəkildi, bu görüşün yaddaşlarda xoş bir iz buraxacağına işarə edildi.

Son söz

Mətbuat cəmiyyətin güzgüsüdür. Rayonun inkişafında  rolu əvəzsizdir. Mətbuat yalnız informasiya ötürücüsü deyil, həm də ictimai rəyin formalaşmasında mühüm vasitədir. Rayon rəhbərliyi ilə media nümayəndələrinin səmimi dialoqu bölgənin ictimai həyatında yeni əməkdaşlıq imkanlarının açılmasına zəmin yaradır.

“Biz,mətbuat olaraq bölgənin gündəlik həyatını işıqlandırmaqla yanaşı, rayonun problemlərinin həllinə də töhfə vermək istəyirik.”-“Yeni Balakən” qəzeti.

P.S.Tədbirdə müəyyən səbəblərdən iştirak edə bilməyən qocaman jurnalistlərimiz,dəyərli media nümayəndələri İlqar Həsənova və Zeynəddin Həsənliyə Milli Mətbuat Günü münasibətilə rayon rəhbərinin və ictimaiyyətin təbrikini çatdırırıq.

                                                                     Ramazan Abal

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir