Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Təhsil  işçilərinin sentyabr konfransı

Təhsil işçilərinin sentyabr konfransı

Avqustun 31-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Balakən rayonunda 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

‎Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

‎Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Balakən RİH-nın İctimai-siyasi və  Humanitar məsələlər  sektorunun müdiri Fariz Nəcəfov, Azərbaycan Respublikasının Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Balakən rayon komitəsinin sədri Ramazan Molulov, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva açılış və tədbirin məqsədi,keyfiyyət fəaliyyət planı  haqqında məlumat vermiş, rayon üzrə təhsil nəticələrinin analitik təqdimatını isə sektorun aparıcı məsləhətçisi Sevinc Musayeva təqdim etmişdir.Çıxışlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələr vurğulanıb.

‎Sonda müəyyən edilmiş hədəflərin həyata keçirilməsi və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Konfransların ikinci günü panel müzakirələri ilə davam etdiriləcək.

                                                   Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir