Natiq Ağayev işinə  yol açmaqla başladı.

Açılan yol

Yazılarımızın birində qeyd etmişdik S.Gözəlov küçəsindəki vəziyyətdən,küçə ticarətindən,səbəblərindən və sairə barədə yazacağıq,geniş müzakirə edəcəyik deyə..Anonsunu verdiyimiz hər mövzunu ətraflı ələ alacağıq gedişata nəzərən.

Bilidiyimiz kimi rayon rəhbəri dəyişdi,bu dəyişiliklə bərabər Balakənlilərin  ümidləri cücərdi, müsbətə,yaxşıya doğru olmasını istədiyi,ümid etdiyi,arzuladığı bir çox gözləntiləri də varlığını hiss etdirməyə başladı..İstəklərdən  biri S.Gözəlov küçəsində bazarın qarşısındakı 15 il davam edən əcaib,diskonfort vəziyyətin,eybəcərliyin düzəlməsi idi.Nəhayət ki,rayona yeni təyin olunan başçı Natiq Ağayevin sakinlərin gözləntilərinin,arzularının reallaşmasına doğru atdığı ilk addımlarından biri 15 illik küçə ticarətini,S.Gözəlov küçəsindəki xaotik,eybəcər vəziyyəti düzəltməsi,küçəni qaydaya salması oldu.İndi bazarın qabağı güllük,gülüstanlıqdır.Səliqə,səhman,qayda,qanun.Maşın dayanacaqları üçün xətlər çəkilib,qanunsuz nə qədər quraşdırılmış əlavələr vardısa hamısı sökülüb,avtomobil yolunun içindəki və səkilərdəki ticarət tamamilə yığışdırılıb..Bu əməli işə, mənzərəyə baxanda sanki başçının daxili aləmini,mədəniyyətini,Balakənə yanaşmasını,Balakənliyə xidmətini,işinə məsuliyyətini,dövlət başçısına verdiyi sözə,vədə sədaqətini görürsən.Hər kəsə ləzzət edir bu gözəllik,səliqə-səhman,rahatçılıq.Amma hər kəsdə bir əndişə,narahatçılıq da var ki,bu gözəlliyin ömrü nə qədərdir?..

Natiq Ağayevin daha gözəl bir addımı isə,mən bunun maddi,texniki tərəfindən daha çox mənəvi tərəfini dəyərləndirirəm.Belə ki,uzun illər az qala sovetlər dönəmindən bağlı qalan bir küçə vardı,indiki adıyla Zərifə Əliyeva küçəsi.Küçənin bağlı qalmasına bahənə kimi səbəb  o küçədə məktəb girişinin olması deyilirdi amma əsil səbəbi isə o küçədə gələn bütün başçıların qaldığı,qalması üçün nəzərdə tutulan evin olması idi.”Padişahlar” istəmirdilər maşın səsləri onları narahat etsin,Zərifə xanımın adını daşıdığı küçəni ancaq özləri üçün istifadə edirdilər.Natiq Ağayev o mifi dağıtdı, küçəni açdı,giriş-çıxışı əngəlləyən şlaqbaumu sökdürüb atdırdı.Beləliklə həm Zərifə Əliyeva adının hörmətini,həm də o küçədə hərəkət edəcək sakinlərin rahatçılığını qaytardı.Məktəbin giriş hissəsində küçəyə  sürəti məhdudlaşdırıcı fiziki əngəl quraşdırıldı,küçə bir tərəfli hərəkətə istiqamətləndirildi,yol hərəkəti nişanları taxıldı. Son 15 ildə yığılan,qalaqlanan problemlərin kiçicik hissəsi idi bunlar…

Nə deyək, gözəl başladı Natiq Ağayevin ilk işləri,ilk günü.Xalq deyir ki,davamı gəlsin.Görünən odur ki,hörmətli başçının hələ görəcəyi çox işi var. Uğurlar arzulayırıq.

                                                                                               Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir