Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Vətən oğullarının adlarının əbədiləşdirilməsi məqsədilə bu gün Balakən Rayon İcra Hakimiyyətində şəhid adlarının küçələrə verilməsi ilə bağlı müzakirə keçirilib. Anım Günü ərəfəsində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, icra hakimiyyətinin və aidiyyəti dövlət qurumlarının məsul əməkdaşları, şəhid ailələri, rayon Ağsaqqallar Şurası və İctimai Şuranın sədrləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdə 2020-ci ilin sentyabrın 27-də başlanan və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışılıb, bu qələbənin qəhrəman hərbçilərimizin qanı, canı bahasına başa gəldiyi vurğulanıb. Bildirilib ki, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaqdır.
Daha sonra şəhid adlarının verilməsi nəzərdə tutulan küçələr barədə məlumat verilib. Şəhid ailələrinin təklifləri dinlənilib.
Yeni Balakən















Leave a Reply