Category: Xəbərlər

Balakən Gənclər Evi

Balakən Gənclər evi
1

3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı Balakən Gənclər Evi SXM-də tədbir keçirildi.

03 dekabr 2025-ci il tarixində Balakən Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, rayon Gənclər və İdman Sektorunun, Balakən rayon Təhsil Sektorunun və “Uşaq Reabilitasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və sosial fəaliyyətlərdə iştirakını təşviq etmək olmuşdur.

Tədbir çərçivəsində əlilliyi olan gənclərin hazırladıqları əl işlərinin sərgisi, satışı təşkil olunmuşdur. Sərgi iştirakçıları tərəfindən əl işləri haqqında məlumat verilmiş,onların yaradıcılıq fəaliyyəti barədə ətraflı müzakirələr və maarifləndirici söhbətlər aparılmışdır.

 Daha sonra iştirakçı gənclər və onların valideynləri üçün “Uşaq Reabilitasiya Mərkəzi”nin loqopedi Rəna Qasayeva və psixoloqu Alvina Kazımova tərəfindən motivasiya və dəstək yönümlü konsultasiyalar təşkil edilmişdir.

Çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, inklüziv təhsil imkanlarının genişləndirilməsi, onların cəmiyyətə tam inteqrasiyası istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat vermiş, bu kateqoriyadan olan uşaqlara, gənclərə  göstərilən diqqət və qayğının daim prioritet istiqamət olduğunu vurğulamışlar.

Balakən Gənclər Evi SXM tərəfindən həyata keçirilən illik fəaliyyət planına uyğun olaraq 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü, Gənclər günü, Könüllülər günü, Beynəlxalq əlillər günü vs bu kimi tədbirlər gənclərin vətənpərvər ruhda yetişməsi, onlara milli mənəvi dəyərlərin aşılanması, bilik və bacarıqlarının artırılması istiqamətində bu kimi tədbirlər mütamadi olaraq təşkil olunur.

                                                     Tale Şahverdiyev

                                                              Direktor  

                                                    Balakən Gənclər Evi SXM

“QUBEK” otel

Qubek otel
0

🌿 Qubek Oteli – Balakənin yeni nəfəsi

Yenicə təmirdən çıxmış “Qubek” oteli indi əvvəlkindən daha gözəl, daha zəngin xidmətləri ilə qapılarını sizə açır. Sadə nömrələrdən tutmuş möhtəşəm Prezident otaqlarına qədər geniş seçim imkanı təqdim edən otel, hər bir qonağın rahatlığını düşünərək dizayn olunub.

🏛 5-ci mərtəbədə yeni restoran – 250-300 nəfərlik tutumu ilə nişan, toy və digər möhtəşəm mərasimlər üçün ideal məkandır. Restorana birbaşa açılan liftlə qalxıb endiyinizin fərqinə varmadan, rahatlığın dadını çıxaracaqsınız.

🌄 Buradan Balakənin 360 dərəcəlik panoramik mənzərəsi gözləriniz önündə açılır. Təbiətin gözəlliyini seyr edərək mənalı istirahət edə, ailəniz və dostlarınızla unudulmaz günlər keçirə bilərsiniz.

💍 Toy mərasimlərində isə bəy-gəlinə xüsusi sürpriz – lüks şəraitli VİP otaq otel tərəfindən hədiyyə olunur.

✨ “Qubek” oteli yalnız otaqları ilə deyil, həm də bina daxilindəki kafe, bar, restoran, sauna, hovuz, konfrans zalı, idman meydançası və təşkil etdiyi turlarla sizə 4 ulduz səviyyəli xidmət təqdim edir. Burada hər şey sizin mənalı istirahətiniz üçün düşünülüb və həyata keçirilir.

“Qubek” otel, Balakənin təbiətinə açılan pəncərədir…

“Olympiad USA”

“Olympiad USA”
1

Qarahacıllı məktəbin beynəlxalq uğuru

26 oktyabr 2025-ci il tarixində Bakıda keçirilən “Olympiad USA” Beynəlxalq İngilis Dili Olimpiadasında Balakənin Qarahacıllı kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Kərimova Güleyşə yüksək nəticə göstərərək Gümüş medalla təltif olunub.

Bu uğur həm məktəbimizin, həm də bütün bölgəmizin təhsil sahəsindəki nailiyyətlərinin bariz göstəricisidir. Güleyşənin fədakar zəhməti, müəllimlərinin peşəkarlığı və valideynlərinin dəstəyi sayəsində əldə olunan bu nəticə Balakən gənclərinin beynəlxalq arenada öz sözünü deməyə qadir olduğunu bir daha sübut etdi.

Məktəb rəhbərliyi və müəllim kollektivi şagirdimizi ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində daha böyük uğurlar arzulayır. Bu medal Qarahacıllı məktəbinin tarixinə uğurların davamı kimi yazılacaq və yeni nəsil şagirdlər üçün ilham mənbəyi olacaq.

Yeni Balakən redaksiyası olaraq biz də Güleyşəni təbrik edir, onun uğurunu bütün oxucularımızla bölüşməkdən qürur duyuruq.

                                                     Yeni Balakən

TENERE-Burda həyatın ən xoş anları,bir ömür unudulmayacaq ən gözəl günlər keçər…

TENERE
1

Bu günlərdə hamı “TENERE” deyir…
Nədən əcaba?
Getdik,gördük,göstəririk.Getməyə,görməyə,həzz almağa dəyər…
🌿 TENÉRÉ – Balakənin ürəyində zövq və rahatlığın ünvanı
Balakənin Mahamalar kəndi ilə şəhərin qovuşduğu o sehrli nöqtədə, dağların əzəməti və çayların zümzüməsi ilə əhatələnmiş bir məkanda TENÉRÉ restoranı sizi qarşılayır. Burada həm kəndin saf havasını, həm də şəhərin zərif ritmini bir arada hiss edəcəksiniz.
✨ TENÉRÉ – Sadəcə restoran deyil, ailəvi istirahət və turizm məkanıdır.
• 🏞️ Təbiətə açılan qapı: Dağ mənzərəsi, çayın səsi və yaşıllıqlar arasında yerləşən restoran, qonaqlarına ruhani bir dinclik bəxş edir.
• 🍽️ Zövqlə hazırlanmış interyer: Müasir və zərif dizaynı ilə TENÉRÉ həm gündəlik nahar, həm də xüsusi tədbirlər üçün ideal seçimdir.
• 👨👩👧👦 Ailəvi rahatlıq: Geniş və işıqlı zal, uşaqlar üçün təhlükəsiz sahə, mehriban xidmət – hər şey ailənizin rahatlığı üçün düşünülüb.
• 🥘 Milli və dünya mətbəxi: Peşəkar aşpazların hazırladığı ləziz təamlar, yerli məhsullardan hazırlanmış menyu ilə damaq zövqünüz zirvəyə qalxacaq.
• 📸 Fotoqrafiya üçün ideal fon: Restoranın girişindəki möhtəşəm arxitektura və içəridəki estetik dekorasiya hər kadrda göz oxşayır.
TENÉRÉ – Balakənin dilbər guşəsində, yaddaşlarda iz buraxan dadlar və duyğular məkanıdır. Gəlin, bu gözəlliyi birlikdə yaşayaq.
🎉 TENÉRÉ – Təbiətin qoynunda unudulmaz anlar üçün ideal məkan
Balakənin Mahamalar kəndi ilə şəhərin birləşdiyi o dilbər guşəsində, dağların əzəməti və çayın sakitliyi ilə əhatələnmiş TENÉRÉ restoranı sizi və sevdiklərinizi unudulmaz anlara dəvət edir.
🏞️ Təbiət və zövq bir arada
TENÉRÉ, kəndin saf havası ilə şəhərin zərif ritmini birləşdirərək, ailəvi istirahət və turizm üçün mükəmməl şərait yaradır.
🏛️ Zallar və tədbir imkanları
• 2 ədəd 20 nəfərlik rahat zal
• 1 ədəd 40 nəfərlik geniş məkan
• 1 ədəd 100 nəfərlik möhtəşəm tədbir zalı
🎂 Ad günü, 💍 nişan, 🎉 yubiley, və 🙏 kiçik yoy mərasimləri üçün ideal seçimdir. Hər zal müasir interyer, rahat oturacaq və estetik dekorasiya ilə təchiz olunub.
💸 Daimi endirimlər və kampaniyalar
TENÉRÉ restoranı müştərilərini sevindirməyi sevir! Hər ay yeni kampaniyalar, xüsusi menyular və endirimli paketlər sizi gözləyir.
🍽️ Ləziz təamlar və peşəkar xidmət
Milli və dünya mətbəxinin seçmə nümunələri, yerli məhsullardan hazırlanmış təamlar və gülərüz personal – TENÉRÉ-də hər detal sizin rahatlığınız üçün düşünülüb.

TENÉRÉ – Balakənin ürəyində, xatirələrə çevrilən dadlar və duyğular məkanı.
📞 Rezervasiya üçün (10) 535 08 08 / (60) 535 08 08 nömrələri ilə əlaqə saxlayın və tədbirinizi təbiətin qoynunda keçirin!
Burda həyatın ən xoş anları,bir ömür unudulmayacaq ən gözəl günlər keçər…

Abdullayev Məhəmməd Ramazan oğlunun anım günü

anım tədbiri
1

📰 Şəhidlər unudulmur: Məhəmməd Ramazan oğlunun anım mərasimi
Bu gün Şəhidlər xiyabanında Vətənimizin igid oğlu, şəhid Abdullayev Məhəmməd Ramazan oğlunun anım günü tədbiri keçirildi. Tədbirdə şəhidin ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri, məktəblilər və gənclər iştirak edərək onun müqəddəs xatirəsini ehtiramla yad etdilər.
Çıxış edənlər Məhəmməd Ramazan oğlunun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışaraq, onun fədakarlığının gənc nəsil üçün örnək olduğunu vurğuladılar. Şəhidimizin həyat yolu və döyüş meydanında göstərdiyi igidliklər hər kəsin qəlbində dərin iz buraxıb.
Mərasimdə şəhidin məzarı önünə gül dəstələri qoyuldu, dualar oxundu. Məktəblilər və gənclər onun xatirəsinə həsr olunmuş şeirlər səsləndirdilər, şəhidin adını daim yaşatmaq üçün bir daha söz verdilər.
Bu cür tədbirlər bir daha göstərir ki, xalqımız öz qəhrəman övladlarını heç vaxt unutmur. Abdullayev Məhəmməd Ramazan oğlu kimi igidlərin xatirəsi hər zaman uca tutulacaq, onların ruhu gələcək nəsillərə milli qürur və vətənpərvərlik hissi aşılayacaq.

Yeni Balakən

Natiq Ağayev şəhid ailələri ilə görüşdü

Balakəndə görüş
0

Balakəndə şəhid ailələri ilə səmimi görüş

Bu gün Balakən Rayon İcra Hakimiyyətində (RİH) şəhid ailələri ilə geniş tərkibdə görüş keçirildi. Görüşdə həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsinin şəhid ailələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan rayon icra başçısı Natiq Ağayev şəhid ailələrini görməkdən və tanımaqdan məmnunluq duyduğunu bildirdi. O, hər bir ailəni dinləməyə, onların problemlərinə dəstək olmağa və kömək etməyə hazır olduğunu vurğuladı.

Başçı öz həyat yolundan da söz açaraq 35 ilini hərbi xidmətə həsr etdiyini, Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu, Dövlət Təhlükəsizlik Xidmətində mühüm tapşırıqlar yerinə yetirdiyini qeyd etdi. “Müharibə mövzusu mənə yad deyil, od-alovun içindən çıxmışam,” – deyə o, şəhid ailələrinin dərdini daha dərindən anladığını ifadə etdi.

Sadəliyi və təvazökarlığı ilə seçilən Natiq müəllim işçilərinə və digərlərinə ona “cənab başçı” deyə müraciət etməyi qadağan edərək, xalqa xidmət üçün göndərildiyini, səmimiyyətini isə tədbir boyu ayaq üstə dayanaraq göstərdi. İki saata yaxın davam edən görüşdə şəhid ailələrinin problemləri dinlənildi, bir çox məsələlərin yerindəcə həllinə göstəriş verildi, digərlərinə isə qanun çərçivəsində izahlar verildi.

Başçı ailələrə tövsiyə edərək bildirdi: “Şəhidlik müqəddəs məqamdır. İcazə verməyin ki, kimlərsə bu adı şəxsi məqsədləri üçün istifadə etsin.”

Şəhid ailələrinin irəli sürdüyü təkliflərin bir çoxu artıq Balakən üçün planlaşdırılan işlər siyahısında idi. Natiq Ağayev yaxın günlərdə rayonun su-kanalizasiya sisteminin yenidən qurulacağını, su probleminin həll olunacağını müjdələdi.

Çıxış edən ailələr başçını “Balakənə xoş gəldiniz” sözləri ilə salamlayaraq ona uğurlar arzuladılar. Cavabında Natiq Ağayev vurğuladı: “Çalışdığım bütün sahələrdə birinci olmuşam, ən yüksək mükafatlara layiq görülmüşəm. Burada da üzü ağ, alnı açıq işləyəcəyəm. Fəaliyyətim həm sizlər həm də Prezident qarşısında şəffaf olacaq və bunu bütün qurumlardan da tələb edəcəyəm.”

O, Balakənə təyin olunmağından qürur duyduğunu, yeni iş yerlərinin açılacağını, rayonun nümunəvi bölgəyə çevriləcəyini bildirdi. “Əziz şəhid ailələri, mənim uğurlarımda sizin dəstəyiniz vacib və arzulanandır. Güvənimiz qarşılıqlı və dəyərlidir,” – deyə icra başçısı çıxışını tamamladı.

                                                                           Yeni Balakən

P.S.Bəziləri vardır ki,birlikdən,gücdən qorxarlar,xoflanırlar,əndişə duyarlar- halbuki bu güclə dost olmaq,bundan yaxşı məqsədlərdə istifadə etmək varkən.Bunlardan biri olan sabiq başçı İslam Rzayev,şəhid ailələrinin Balkəndə böyük güc olduğunu görərək bundan hər zaman narahat idi.Bəzilərinin xətalarından,eqosundan məhərətlə istifadə edən sabiq başçı şəhid ailələrini üç yerə bölüb birini digərinə qarşı qoyaraq,-Parçala,hökm et!-prinsipi ilə qarşısına çıxacaq tək gücü də neytrallaşdırmışdı.Qruplar arası körüklənən bixoş münasibət çox da dərinləşmədən,səbəbkar və “maşa”lar bu bədbəxtçilik üzərində qurulan “xöşbəxliyin” “həzzini” yaşarkən bir anda rayonda maskalı doktorlar peyda oldu və artıq sancı verməyə başlayan bu “kör bağırsağı” əməliyyat etdilər..

İlkin peşə etibarıyla həmən doktorlardan olan Natiq Ağayevə qalan isə əməliyyat sonrası da steril şəraiti yaratmaqla reanimasiya  prosesini uğurla tamamlamaq,xəstə idarəetməni tam sağaldaraq həyata bəxş etməkdir.

Milli Məclisdə Balakənliləri narahat edən problemlər səsləndirilib

Nəsib müəllim
0

Deputat Balakənli seçicilərin istəklərini Milli Məclisdə səsləndirdi.

Artıq iki gündür, 2026-cı ilin Dövlət büdcəsi haqqında qanun layihəsi hökumət üzvlərinin birgə iştirakı ilə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb. Hələ sabah da davam edəcək müzakirələrdə deputatlar öz fikirlərini səsləndirir, vətəndaşları narahat edən məsələlərə toxunur, təklif və rəylərini bildirirlər. Səsləndirilən fikirlər içərisində hörmətli deputatımız Nəsib Məhəməliyevin toxunduğu bir sıra ciddi narahatlıq doğuran məqamlar var ki, onu izləyicilərin diqqətinə çatdirmağı zəruri hesab edirik.

Millət vəkili hökumət üzvləri qarşısında seçiciləri narahat edən bir sıra məqamlara da toxunub,problemləri də qaldırıb:
“Bir millət vəkili olaraq fürsətdən istifdə edərək, təmsil olunduğum Balakən rayonunun seçiciləri tərəfindən qaldırılmış bəzi problemləri diqqətinizə çatdırmağı özümə borc bilirəm.
1. Regionların 2019-2023 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Balakən rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasının başa çatdırılması.
2. Rayon mərkəzindən 18 km aralıda yerləşən və 30 min əhalinin yaşadğı Qabaxçöl qəsəbə xəstəxanasının yenidən tikilməsi. Bu barədə cənab Prezidentin müvafiq göstərişi olmuşdu və aidiyyəti mərkəzi icra orqanları tərəfindən razılıq əldə olunmuşdu. Əgər, yenidən inşası mümkün olmasa, hökumətdən kapital təmir üçün vəsaitin ayrılmasını xahiş edirəm.
3. Balakən dağətəyi rayondur və eko, aqro və digər turizm sahələrinin inkişafı üçün münbit şərait mövcuddur. Bu baxımdan, Katexçay şəlaləsinin turizm marşrutuna daxil edilməsi məqsədə uyğun olardı. Hesab edirəm ki, Milli Qoruqlardan və biosferadan istifadə haqqında qanun qəbul edilməsi, dağətəyi rayonlarda turizmin inkişafına, məşğulluq səviyyəsinin yüksəlməsinə, sosial problemlərin həllinə xidmət edərdi.
4. Rayon ərazisindən axan Dağ çayları sistemində beton-bənd, sahil bərkitmə işlərinin aparılması.
5. İşsizliyin aradan qaldırılması istiqamətində, Özünü məşğulluq proqramlarının genişləndirilməsi.”

Nəsib müəllimin qaldırdığı bu məsələlərin müsbət həlli Balakənin iqtisadi,sosial həyatında önəmli ölçüdə dəyişikliklər yaradacağı aşıkardır.Balakənlinin səsi olduğunu bir daha göstərən hörmətli millət vəkilimizə uğurlar və qaldırdığı məsələlərin qısa zamanda həllini tapmasını dilyəyirik.

                                                                                                                             Yeni Balakən

Faiq İbadovun Əziz Xatirəsi Anıldı

Faiq İbadovun Əziz Xatirəsi Anıldı
1

Vətən uğrunda canını fəda edən igid: Faiq İbadovun anım günü keçirildi

Balakən rayonunun Sarıbulaq kəndində doğulmuş və Vətən uğrunda şəhid olmuş Faiq İbadovun xatirəsi bu gün doğma kəndində ehtiramla anıldı.

Faiq İbadov 1993-cü il mayın 31-də Sarıbulaq kəndində dünyaya göz açıb. 1999-2010-cu illərdə M.F.Axundov adına Sarıbulaq kənd tam orta məktəbində təhsil alaraq, gənclik illərini vətənə sevgi ilə yoğrulmuş bir mühitdə keçirmişdir. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan Faiq, 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Faiq İbadov, oktyabrın 1-də qəhrəmancasına şəhid olmuşdur. Doğma Sarıbulaq kəndində torpağa tapşırılan igid əsgər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Ailəli olan Faiq İbadovun bir oğlu — İsmixan yadigar qalmışdır.

Bu gün Sarıbulaq kəndində şəhidin anım günü münasibətilə tədbir keçirildi. Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti, Sarıbulaq kənd tam orta məktəbi, Peşə məktəbi, YAP Balakən rayon təşkilatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, rayon polis şöbəsi, din xadimləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları, kənd ictimaiyyəti və şəhid ailələri iştirak etdilər.

Məktəblilər və şəhidin oğlu İsmixan tədbirdə atasına həsr olunmuş şeirlər səsləndirdilər. Qonaqlar çıxış edərək Faiq İbadovun qəhrəmanlığından, onun Vətənə olan sevgisindən və gənclərə örnək olan həyat yolundan danışdılar. Tədbir şəhidin evində keçirilən dini mərasimlə yekunlaşdı.

                                                                                            Ramazan Abal

Vətəndaş qəbulu

“İlk qəbul günü Balakən sakinləri ümidlə RİH binasında”
0

Yeni başlanğıc: Natiq Ağayevin ilk vətəndaş qəbulu

Balakən Rayon İcra Hakimiyyətinin yeni başçısı Natiq Ağayev bu gün ilk dəfə vətəndaşlarla rəsmi görüş keçirdi. Qəbul RİH binasında baş tutdu və yerli sakinlərin müxtəlif sosial, iqtisadi və məişət məsələləri ilə bağlı müraciətləri dinlənildi.

Bilindiyi kimi, Balakən RİH-də vətəndaş qəbulları hər həftənin üçüncü günü İcra Hakimiyyətinin inzibati binasında, dördüncü günlər isə kənd və qəsəbələrdə keçirilir. Bu görüşlər rayon rəhbərliyinin vətəndaşlara daha yaxın olmaq, onların problemlərini yerindəcə dinləmək və operativ həll yolları tapmaq məqsədini daşıyır.

Natiq Ağayevdən öncə onun Göyçayda vətəndaş sevgisi ilə qazandığı ad-sanı, ünü gəlib çatmışdı Balakənə. Bəlkə bu, bəlkə də gəldiyi ilk gündən Balakəndə gördüyü işlərin sakinlərdə yaratdığı xoş təəssürat, inam hissi idi — bilmirik. Amma bir şey aydın idi: bu günki qəbulda xeyli insan vardı. Xeyli də dərd, problem gətirmişdilər. Sanki uzun illərin dərd-sərlərinə çarə, ümid işığını görürdülər Natiq Ağayevin nurlu üzündə, dodaqlarının arasından çıxacaq hər kəlməsində, sözündə… Elə olacağa da bənzəyirdi.

Başçı hər bir müraciəti diqqətlə dinləyərək, aidiyyəti üzrə tapşırıqlar verdi və problemlərin mərhələli şəkildə həll olunacağını bildirdi. Bu görüş, Balakəndə yeni bir idarəçilik ruhunun doğulduğunu göstərdi — həm ümidli, həm də insanlara yaxın.

“İnsanların dərdini dinləmək, onları eşitmək — bizim borcumuzdur.” — Natiq Ağayev

                                                                                                    Ramazan Abal

Natiq Ağayev işinə  yol açmaqla başladı.

Açılan yol
3

Yazılarımızın birində qeyd etmişdik S.Gözəlov küçəsindəki vəziyyətdən,küçə ticarətindən,səbəblərindən və sairə barədə yazacağıq,geniş müzakirə edəcəyik deyə..Anonsunu verdiyimiz hər mövzunu ətraflı ələ alacağıq gedişata nəzərən.

Bilidiyimiz kimi rayon rəhbəri dəyişdi,bu dəyişiliklə bərabər Balakənlilərin  ümidləri cücərdi, müsbətə,yaxşıya doğru olmasını istədiyi,ümid etdiyi,arzuladığı bir çox gözləntiləri də varlığını hiss etdirməyə başladı..İstəklərdən  biri S.Gözəlov küçəsində bazarın qarşısındakı 15 il davam edən əcaib,diskonfort vəziyyətin,eybəcərliyin düzəlməsi idi.Nəhayət ki,rayona yeni təyin olunan başçı Natiq Ağayevin sakinlərin gözləntilərinin,arzularının reallaşmasına doğru atdığı ilk addımlarından biri 15 illik küçə ticarətini,S.Gözəlov küçəsindəki xaotik,eybəcər vəziyyəti düzəltməsi,küçəni qaydaya salması oldu.İndi bazarın qabağı güllük,gülüstanlıqdır.Səliqə,səhman,qayda,qanun.Maşın dayanacaqları üçün xətlər çəkilib,qanunsuz nə qədər quraşdırılmış əlavələr vardısa hamısı sökülüb,avtomobil yolunun içindəki və səkilərdəki ticarət tamamilə yığışdırılıb..Bu əməli işə, mənzərəyə baxanda sanki başçının daxili aləmini,mədəniyyətini,Balakənə yanaşmasını,Balakənliyə xidmətini,işinə məsuliyyətini,dövlət başçısına verdiyi sözə,vədə sədaqətini görürsən.Hər kəsə ləzzət edir bu gözəllik,səliqə-səhman,rahatçılıq.Amma hər kəsdə bir əndişə,narahatçılıq da var ki,bu gözəlliyin ömrü nə qədərdir?..

Natiq Ağayevin daha gözəl bir addımı isə,mən bunun maddi,texniki tərəfindən daha çox mənəvi tərəfini dəyərləndirirəm.Belə ki,uzun illər az qala sovetlər dönəmindən bağlı qalan bir küçə vardı,indiki adıyla Zərifə Əliyeva küçəsi.Küçənin bağlı qalmasına bahənə kimi səbəb  o küçədə məktəb girişinin olması deyilirdi amma əsil səbəbi isə o küçədə gələn bütün başçıların qaldığı,qalması üçün nəzərdə tutulan evin olması idi.”Padişahlar” istəmirdilər maşın səsləri onları narahat etsin,Zərifə xanımın adını daşıdığı küçəni ancaq özləri üçün istifadə edirdilər.Natiq Ağayev o mifi dağıtdı, küçəni açdı,giriş-çıxışı əngəlləyən şlaqbaumu sökdürüb atdırdı.Beləliklə həm Zərifə Əliyeva adının hörmətini,həm də o küçədə hərəkət edəcək sakinlərin rahatçılığını qaytardı.Məktəbin giriş hissəsində küçəyə  sürəti məhdudlaşdırıcı fiziki əngəl quraşdırıldı,küçə bir tərəfli hərəkətə istiqamətləndirildi,yol hərəkəti nişanları taxıldı. Son 15 ildə yığılan,qalaqlanan problemlərin kiçicik hissəsi idi bunlar…

Nə deyək, gözəl başladı Natiq Ağayevin ilk işləri,ilk günü.Xalq deyir ki,davamı gəlsin.Görünən odur ki,hörmətli başçının hələ görəcəyi çox işi var. Uğurlar arzulayırıq.

                                                                                               Ramazan Abal