Riyaziyyat-informatika aylığında süni intellekt mövzusunda açıq dərs

Riyaziyyat-informatika aylığında süni intellekt mövzusunda açıq dərs

13 may 2026-cı il tarixində Balakən rayon Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat-informatika aylığı çərçivəsində maraqlı və aktual mövzuda açıq dərs keçirildi. Rəqəmsal bacarıqlar fənni üzrə müəllim Sevinc Əlibəyova rus bölməsinin 9 B sinfində “Süni intellekt” mövzusunda dərs təşkil etdi.

Dərs zamanı sinif şagirdi Nurdin Abal süni intellektin səviyyələri, növləri və tətbiq sahələri barədə geniş məlumat verərək, bu texnologiyanın müasir həyatımızdakı roluna toxundu. Onun çıxışı həm sinif yoldaşları, həm də müəllimlər üçün maraqlı və düşündürücü oldu.

Açıq dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə süni intellekt haqqında ilkin biliklərin formalaşdırılması, rəqəmsal texnologiyalara marağın artırılması və müasir texnologiyaların gündəlik həyatda tətbiqi barədə məlumatlandırmanın təmin edilməsi idi.

Bu tədbir məktəbdə riyaziyyat-informatika aylığının əhəmiyyətli bir hissəsi kimi yadda qaldı. Şagirdlərin yeni texnologiyalara marağının artması, onların gələcəkdə bu sahədə daha geniş biliklər qazanmasına zəmin yaradacaq.

Yeni Balakən olaraq biz inanırıq ki, bu cür dərslər gənclərin dünyagörüşünü genişləndirir, onları müasir dövrün çağırışlarına hazırlayır və gələcəyin peşəkar mütəxəssislərinə çevrilməsinə töhfə verir.

                                           Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir