Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki nəzarət tədbirləri zamanı yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə reydlər keçirilmiş, aparılmış yoxlamalar zamanı 29.04.2026-cı il tarixdə gecə saat 01 radələrində, “Balakən çayı”nın rayonun Hənifə kəndi ərazisindən keçən hissəsindən çay qumunu daşıyaraq inzibati xəta törətmiş aşağıda adları qeyd olunan:
1. 22.03.1981-ci il təvəllüdlü Balakən rayonu Qullar kənd sakini Saramanov Aydın Nasrullah oğlu,
2. 04.01.1974-cü il təvəllüdlü Balakən rayonu Hənifə kənd sakini Babayev İlham İsrafil oğlu aşkar olunmuşdur.
Onların hər birinin barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci (yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir.
Yeni Balakən









