Susuzluq ele problemdir ki,bundan insan da,heyvan da,bitki də əziyyət çəkir.Kim nə dərəcədə məsələni həll edə bilir-onu əldə etmə əzmindən,texnologiyasından anlamaq olur.Heyvanlar axtarır,suyun olduğu yerə qədər əziyyət çəkir,əzmlə gedirlər,tapırlar,istifadə edirlər.Bitkilər gündüzün istisinin,gecənin sərinliyinin konsentrasiyanın yaratdığı nəmi qəbul edib su ehtiyacını təmin edir,ən ekstrimal vəziyyətdə.Bəs insan nə edir?İnsan şüurlu varlıqdır.Fərdi olaraq bir sıra ehtiyaclarının(barınma,qorunma,var olma,yaşama və sairə) təminatında çətinlik çəkdikləri üçün insanlar toplu halda,toplum olaraq yaşarlar.Toplum olaraq yaşamda insanları ətrafında birləşdirən bir istək,amal,ideologiya olur hansı ki,təməl ehtiyaclar mərkəzlidir.Bu zaman ortaya qanunlar,qaydalar,idarəetmə,xidmət etmə,qoruma,nəzarət və digər funksiyalar çıxır.Bunların da içindən xidmət etmə funksiyasını həyata keçirən bir sıra xidməti təşkilatlar,qurumlar yaranır.İnsan da su ehtiyacını bunlardan biri vasitəsilə əldə edir.Məhz bu xidmət sayəsində insan su üçün axtarışa çıxmır,harasa getmir,hardan necə gəldi natəmiz su əldə etmir.Su onun evinə,əlinin altına,birbaşa istifadəsinə gətirilir və buna xidmət deyilir…
İçməli su problemi hər yerdə var.Bu problem adətən orda su olmadığı,tapılmadığı zaman olur.Bizdə də su problemi var amma bu suyun yoxluğundan deyil,suyun insanımıza çatdırılmasındadır.Yəni bizim problemimiz su deyil,xidmətin hardasa yoxluğu qədər yetərsizliyi,zəifliyi,kəm kəsidir.Balakənin hər zaman suyu var amma o suyu Balakənlinin əlinin altına daimi olaraq çatdıracaq xidməti yox dərəcəsindədir.Personal var,texnika yoxdur,texnika-personal olanda maliyyə yoxdu,maliyyə olanda material yoxdur,material tapılanda bürokratik əngəllər var,plan-proje olanda büdcə olmur.Konkret olaraq bir məsələ A-dan Z-yə heç zaman köklü olaraq həll olunmur.Niyə?Halbuki nəzəri olaraq da,praktik olaraq həll hər zaman vardır.
Balakən şəhəri üçün içməli suyun daimi təminatı məsələsinin kökündən həlli ilə əlaqədar bəzi işlər görülüb,indi də daha qalıcı,daimi yollar aranır.Daha əvvəl görülən işlər(içməli ana su xəttinin başında qazılmış 10 artezian quyusu) və digər görülən müvəqqəti işlər fayda vermədikcə,problem olduğu kimi qaldıqca insanı daha geniş düşünməyə,çarə axtarmağa məcbur edir. Amma bütün bunlar edilirkən nədənsə daha öncələri bu məsələ necə həll edilmişdi və yaxud problem hardan, niyə yarandı deyə keçmişə nəzər salınmır.Bəlkə də ən doğru yol daha əvvəl istifadə olunurdu..
Şəhərə gələn ana su xəttinin başlanğıcı Salban kəndinin girişindəki su anbarında başlayır.Mahamalar kəndindən keçərək şəhərə daxil olur.Sovet dövründən var olan bu ana xəttin üzərində,Mahamalar ərazisində o zaman da,bu gün də 4 ədəd növbətçi artezian quyusu var.Bu quyular 150 mm diametrli borularla yerləşdikləri müxtəlif nöqtələrdən ana xəttə (ana xəttin diametri 300 mm) qoşulu durur.O 4 növbətçi artezian quyusundan bu gün sadəcə biri,Ə.Ansuski küçəsindəki quyu işləyir.Mahamalar bələdiyyəsinin həyətindəki quyunun transformatorunun yağı,Qoşa bulaq adlanan yerdəkinin(əvvəl vardı) transformatoru yoxdu,Qoşa bulaqdan biraz yuxarıdakı artezianın isə motoru yanıb.Sovet vaxtında,sonralar da belə sel-fəlakət hallarında,güclü yağışlar nəticəsində dağ çayları bulananda,yayda çaylarda su azalanda köməyə bu 4 artezian gələrdi,ana xəttə qoşulur,şəhəri tam olaraq təmin edirdi.Bəs indi nə oldu?Demirik ki,bu tam həlli demekdir problemin amma dar ayağın saxlanğıcıdır,ehtiyatımızdır.Gəlin ehtiyacımızın ehtiyatını sağlam,işlək tutaq ki,dar zamanda belə ləlöyün qalmayaq.Hər kəs əlimizi daşın altına qoyaq.Bəlkə elliklə həll edək bu problemi.İgid oğlanlarımız Qarabağ problemini həll etdi,imkanlı oğlanlarımız da bəlkə bu su “problemini” həll etsin..?
Yeni Balakən
P.S.İki gündür su xətləri dağda qırılıb və su mənbəyi dağ çaylarımız çox bulanıqdır.Xətlər 3 günə bərpa olunsa da,çaylar Allah bilir nə zaman durulacaq.Su idarəsi bu günlərdə digər o “on” artezian quyusundan gələn azacıq suyu ana xəttə qoşublar.Suyu səhər,günorta saatlarında körpüdən o tərəfə,xəstəxana istiqamətinə,günün ikinci yarısından sonra isə bu tərəfə,mərkəz istiqamətinə verirlər.Xahiş edirik sudan qənaətlə istifadə edəsiniz.Əsasən də mərkəzdən aşağıya cənub və qərb istiqamətindəki vətəndaşlardan xahiş olunur su qablarını,çənini,hovuzunu doldurduqdan sonra suyu bağlasınlar ki,su xətdə toplanaraq mərkəzə,yuxarıya doğru qalxa bilsin və şəhərdə yaşayanlar da o sudan istifadə edə bilsinlər.












Leave a Reply