Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Balakən rayonunda Anım Günü qeyd edilib. Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, eyni zamanda, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında Vətən övladlarının əziz xatirəsini yad ediblər.
Şəhidlərimizin məzarlarına gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Saat 12:00-da şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan olunub. Hərəkət dayanıb, avtomobillərdən siqnallar verilib.
Daha sonra Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex kəndindən keçən hissəsində, eyni zamanda rayonun digər ərazilərində ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, ətrafı mühafizə olunub və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Yeni Balakən















Leave a Reply