Rəhbərliklə birgə iftar mərasimi

Rəhbərliklə birgə iftar mərasimi

Balakən rayonunda iftar mərasimi təşkil olunub

Müqəddəs Ramazan ayı münasibətilə mart ayının 11-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iftar mərasimi təşkil olunub. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasimin əvvəlində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub və xalqımızın, dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar olunub.

Çıxış edənlər Ramazan ayının fəzilətlərindən danışaraq, bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını vurğulayıblar. Eyni zamanda çıxışlarda ölkəmizdə dövlət-din siyasətinin ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  uğurla davam etdirildiyi bildirilib.

Daha sonra mərasim iştirakçılar birlikdə oruclarını açaraq Ramazan ayının mənəvi ab-havasını bölüşüblər.

                                                                            Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir