Balakəndə vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Balakən şəhərində Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların hər bir müraciəti diqqətlə araşdırılıb, qaldırılan məsələlər üzrə müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.
Günün ikinci yarısında isə sahibkarlar,iş adamları ilə geniş tərkibdə görüş keçirilib.Görüşdə nazirliyin əməkdaşının slayd təqdimatında sahibkarlar üçün yaradılan yeni imkanlar,layihələr,güzəştlər barədə geniş məlumat verilib.Mövzu ətrafında geniş diskussiya keçirilərək sahibkarların təklifləri dinlənilmiş,onları maraqlandıran suallara İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və görüşə on-layn qoşulan nazirliyin aidiyyatı şöbələrinin rəhbərləri tərəfindən ətraflı,dolğun cavablar verilib.Görüşdə iştirak edən rayon rəhbəri Natiq Ağayev sonda söz alaraq qonaqlara Balakənə,sahibkarlarımıza olan diqqətinə,rayonumuzun iqtisadi cəhətdən inkişaf etdirilməsi istiqamətində mühüm addımların atılması üçün sahibkarlara verdikləri dəstək üçün təşəkkürünü bildirərək,bu cürə görüşlərin gələcəkdə də davam etməsini,belə gözəl tədbirlərin mütəmadi olmasını arzuladığını bildirdi.
Yeni Balakən.











































Leave a Reply