Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Dibirovlar küçəsində təhlükəli dirək: Sakinlər həyəcan təbili çalır ⚡

Dibirovlar küçəsində təhlükəli dirək: Sakinlər həyəcan təbili çalır ⚡

Balakənin Mahamalar kəndində(“TENERA” istiqamətində) yerləşən Dibirovlar küçəsində uzun müddətdir həllini tapmayan bir problem artıq xroniki hal alıb. Küçənin sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, yüksək gərginlik xətlərini daşıyan beton dayaq dirəklərindən biri qəza vəziyyətindədir.

Betonu bir neçə yerdən çatlayan dirək yolun içinə doğru əyilərək yıxılmaq təhlükəsi yaradır. Sakinlərin sözlərinə görə, hər külək əsəndə tellərdən qığılcımlar saçılır, yaxınlıqdakı ağacların budaqları yanaraq yerə tökülür. Bu köz halındakı parçaların evlərə, mal damlarına və ya ot tayalarına düşməsi istənilən an yanğın fəlakətinə səbəb ola bilər.

Təbii ki,belə yanğının,fəlakətin səbəbi,səbəbkarı məsələyə laqeyd yanaşan cavabdehlər olacaq.Sakinlər onu da qeyd edirlər ki,məsələni dəfələrlə aidiyyatı qurumlar qarşısında qaldırsalar da,”Gözlə gələcəyəm qurbanın olum” xalq mahnısından bir parça zümzümədən savayı heç bir iş görməmişlər..Sakinlər canlarına,mallarına,əmlakına bir zərər dəymədən qəza vəziyyətinin aradan qaldırılmasını,dirəyin dəyişdirilməsini istəyirlər. Mahamalar kəndinin sakinləri haqlı olaraq cavabdeh qurumlardan təcili tədbir gözləyirlər. Çünki hər bir laqeydlik, hər bir gecikmə bir gün böyük fəlakətə çevrilə bilər. Bu gün görülməyən iş sabah gec ola bilər.

                                                                                                                             📰 Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir