Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakəndə 27 Sentyabr – Anım Günü ilə bağlı şahmat turniri keçirilib

Balakəndə 27 Sentyabr - Anım Günü ilə bağlı şahmat turniri keçirilib

Sentyabrın 25-də Balakən Rayon İcra Hakimiyyətinin, rayon üzrə təhsil və gənclər və idman sektorlarının birgə təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş şahmat idman növü üzrə həvəskarlar arasında rayon turniri keçirilib.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən turnirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, məşqçilər və müxtəlif yaş qruplarından olan şahmat həvəskarları iştirak edib. İştirakçılarla görüşən rayon rəhbəri Vətən uğrunda canından keçmiş əsgər və zabitlərin xatirəsinin daim uca tutulduğunu, bu münasibətlə silsilə tədbirlər keçirildiyini bildirib. 27 Sentyabr tarixinin 44 günlük Vətən müharibəsində böyük Zəfərə gedən yolun başlanğıcı kimi böyük önəm kəsb etdiyini qeyd edib.

Bu cür yarışların keçirilməsinin asudə vaxtın səmərəli təşkilinə, gənclərin intellektual inkişafına, sağlam rəqabət və dostluq münasibətlərinə töhfə olduğunu vurğulayıb.

                                Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir