15 aprel 2026-cı il tarixində Balakən Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu təşkil olunub. Qəbulda rayon icra hakimiyyətinin başçısı, Aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub. Rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olan problemlərin həlli üçün yerində tapşırıqlar verilib. Digər mövzularla bağlı isə aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinə tövsiyələr çatdırılıb.
Qəbulda şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilərək onların müraciətlərinə xüsusi diqqət göstərilib. Bu, dövlətin müharibə iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndirilib.
Belə görüşlər vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, onların operativ həllinə şərait yaradılması və dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Yeni Balakən








