Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakəndə “Bir gülüş, min sevinc” konserti – uşaqların bayramı

Balakəndə “Bir gülüş, min sevinc” konserti – uşaqların bayramı

Balakən rayon İnteqrasiya təlimli internat tipli gimnaziyada uşaqların sevinci, musiqi və rəqs ahəngi ilə birləşən möhtəşəm konsert proqramı keçirildi. “Bir gülüş, min sevinc” adlı tədbir Balakən rayon Mədəniyyət Mərkəzi, Talalar kənd Sənətkarlıq Evi və 1 saylı şəhər Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə reallaşdı.

Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Balakən rayon üzrə baş məsləhətçisi Şəfəq Hacıyeva, gimnaziyanın direktoru Fərhad Bazarov, müəllimlər, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin könüllüləri, mədəniyyət işçiləri, şagirdlər və valideynlər iştirak edirdilər.

Proqramın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ardınca uşaqların böyük həvəslə qatıldığı zəngin musiqili-ədəbi proqram təqdim olundu. Şeirlər, mahnılar və rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılandı, balaca ifaçıların səmimi çıxışları alqışlarla müşayiət olundu.

Konsertin ən yaddaqalan məqamlarından biri isə sevimli nağıl və əyləncə personajlarının səhnəyə çıxışı oldu. Kloun və Panda uşaqlarla birlikdə şən oyunlar oynadı, onların gülüş dolu anları zalda bayram ovqatı yaratdı. Bu məqamlar uşaqların yaddaşında unudulmaz xatirələr kimi qalacaq.Tədbirin əsas məqsədi uşaqlara xoş və unudulmaz anlar bəxş etmək, onların asudə vaxtını maraqlı təşkil etmək, yaradıcılıq bacarıqlarını nümayiş etdirmək və birlik, ünsiyyət mühitini gücləndirmək idi.

Sonda uşaqlara hədiyyələr təqdim olundu, onlara xoş arzular çatdırıldı. Bu konsert Balakəndə uşaqların bayramına xüsusi bir rəng qatdı, onların sevincini və gülüşünü bir daha cəmiyyətə bəxş etdi.

Belə tədbirlər təkcə əyləncə xarakteri daşımır, həm də uşaqların sosiallaşması, özünüifadə bacarıqlarının inkişafı üçün mühüm platforma yaradır. Konsertdə iştirak edən şagirdlər səhnədə çıxış etməklə öz istedadlarını nümayiş etdirdilər, tamaşaçı qarşısında özünəinam qazandılar. Bu cür mədəniyyət layihələri uşaqların yaradıcılıq potensialını üzə çıxarır, onların kollektiv fəaliyyətə alışmasına, dostluq və ünsiyyət bağlarının möhkəmlənməsinə şərait yaradır.Eyni zamanda, valideynlərin və müəllimlərin tədbirdə iştirakı uşaqların motivasiyasını artırır, onların cəmiyyətin diqqət mərkəzində olduğunu hiss etməsinə imkan verir. Bu isə gələcəkdə gənc nəslin mədəniyyətə, incəsənətə və ictimai həyata daha fəal qoşulmasına zəmin yaradır.

Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir