“Müəllim bir xalqın gələcəyini yetişdirən ən böyük mənəvi sərvətdir.”
Hər il ölkəmizdə 5 Oktyabr tarixinin Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunması müəllim əməyinə verilən yüksək dəyərin, təhsil işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Gənc nəslin bilikli, vətənpərvər və layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin rolu əvəzsizdir. Bu müqəddəs peşə sahibləri öz fədakar əməyi, zəhməti və səbrli fəaliyyəti ilə cəmiyyətimizin inkişafına mühüm töhfələr verirlər.
Bu əlamətdar gün münasibətilə bütün müəllimləri, mənə dərs demiş dəyərli müəllimlərimi, övladlarımın təhsilində böyük zəhməti olan müəllimləri, eləcə də bütün təhsil işçilərini səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, tükənməz enerji, şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, ailə səadəti və xoşbəxt günlər arzulayıram. Uca və şərəfli müəllimlik peşəsinin nüfuzu daim yüksəlsin, yetişdirdiyiniz hər bir şagird Azərbaycanın gələcəyinə layiqli xidmət göstərsin.
Bayramınız mübarək, dəyərli müəllimlər!
Hörmətlə,
Ramazan Abal














Leave a Reply