Qələbəni Reystaqda qarşılayan həmvətinimiz.

Tərəqqipərvər bəşəriyyət Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbənin 80 illiyini qeyd edir. Bu tarixi qələbənin qazanılmasına 416-cı Taqanrok Diviziyası sıralarında mərdliklə vuruşan Azərbaycan oğullarının da öz payı vardır. Belə oğullardan biri də qələbəni, Berlinin Brandenburq Darvazasında-Reyxstaqın girişində qarşılayan həmyerlimiz Umaxan Xəlilovdur.
Xəlilov Umaxan Abaas oglu 14 aprel 1924-cü ildə Qabaqcöl kəndində anadan olub.Qabaqçöl orta məktəbində oxuyub.O dövrdə məktəb Azərbaycan-avar məktəbi adlanırdı.O təhsilini dəvam etdirməklə yanaşı atasının sədr olduğu “Yeni Həyat” kolxozunda da çalışırdı. Uşaqlıqdan xirurq olma arzusu ilə yaşayırdı.
1942-ci ildə,doğum günündə,hələ məktəbi bitirməyə 2 ay qalmış orduya cağrılır. Hərbi xidmətini Orcenekidze şəhərində,90-cı atıcı divizyasında başlayır.1943-cü ilin fevralında 416-cı Taqanrok divizyasına köcürülür və tibbi təlimatcı kimi çalışır.Cəbhədə yaralıları xilas etmək ücün göstərdiiyi misilsiz şücaətinə görə komandanlıq ona xüsusi rəğbət bəsləyirdi. Umaxan Sovet Ittifaqı Marşalı Zukovla üç dəfə görüşmüşdü. Marşal ilk dəfə gələndə yaralıları yoluxur, Umaxandan adını, milliyətini soruşur. Sonra “avarets-avarets” deyə təkrar edərək əlavə edir:”Qocaq, mərd insanlardır.Şamil nəsli, güdrətli nəsildir. Şeyx Şamil özü tarixin ən böyük və istedadlı sərkərdəsi idi”. Marşal Zukov ayağının yarasını Umaxana baglatdırar, ona “Malenkiy doktor” deyərdi.
Mozdokdan, Melitopdan Berlinə qədər uzun döyüş yolu keçən Umaxan Xəlilov Ukraynanın, Avstriyanın, Polşanın azad edilməsində iştirak edir. Qələbəni mayın 2-də Berlinin Brandenburg Darvazasında, Reyxstaqın girişində qarşılayır. 1945-47 ci illərdə Berlinin bərpasında iştirak edir.Döyüşlərdə dəfələrlə yaralanmış, bədənində qəlpələr qalmışdı.İkinci dərəcəli müharibə əlili idi.
U.Xəlilov böyük Vətən müharibəsində qöstərdiyi iqidliyə qörə 1-ci dərəcəli “Vətən müharibəsi, ”Qızıl Ulduz “ ordenləri və çoxsay medallarla təltif olunmuşdur.O, 9 may qələbənin ildönümü qeyd etmək üçün dəfələrlə Berlinə dəvət alırdı.Haqqında ”Oqonyok”, Leninskiy luç” jurnallarında, ”Bakı” “Kommunist” “Şən həyat” qəzetlərində geniş yazılar dərc olunmuşdur.
Qeyd edək ki, U.Xəlilov hərbi xidmətdən qayıdandan sonra yarımçıq qalan 10-cu sinifi bitirərək ADTU-nin cərrahiyə fakültəsinə daxil olur.İnstitutda ona “starik” deyirdilər.İnstitutu bitirdikdən sonraq Bakıda işə başlayır.Tələbə ikən dahi Üzeyir bəy Hacıbəyovla görüşürdü,qohumluq əlaqəsi vardı.
Umaxan həkim 1954-cü ildən doğma Qabaxçöl xəstəxanasında cərrah kimi çalışır.1959-67-ci illərdə həmin xəstəxananın baş həkimi,sonra cərrahiyə şöbəsinin müdiri işləyir.O,bacarıqlı cərrah olmaqla bərabər,müharibə veteranı və bir ziyalı kimi yaşadığı bölgənin ictimai-siyasi həyatında fəal iştirak edirdi.Xəstəxananın yeni binasının tikintisində təşəbbüs qaldırmış,tikintiyə şəxsən rəhbərlik etmişdi.
Umaxan həkim dörd övlad atası və gözəl ailə başçısı idi.Övladlarının hamısı:Tamara,Şələbiyə,Nərgiz və Nüşabə həkimdir.
Mənalı ömrünü Vətənin və Xalqın xidmətinə həsr etmiş Umaxan Abbas oğlu Xəlilov 1993-cü il dekabrın 2-də vəfat etmişdir.Ruhu şad olsun.
Xutra Ramazan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir