Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Sənin də “mygov”-un olsun

Sənin də “mygov”-un olsun

Azərbaycanda rəqəmsal və elektron hökumət dövlət xidmətlərinin müasir texnologiyalar vasitəsilə vətəndaşlara daha sürətli, şəffaf və təhlükəsiz şəkildə çatdırılmasını təmin edən idarəetmə sistemidir.

mygov: Vətəndaşların rəqəmsal portfeli rolunu oynayan, şəxsi məlumatların vahid mərkəzdən əldə olunmasına, sənədlərin yüklənməsinə və elektron xidmətlərdən istifadəyə imkan verən əsas platformadır.

“Rəqəmsal hökumət”in əsas fəaliyyət prinsipləri və əhəmiyyəti

  • Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Rəqəmsal hökumət”in (ingilis dilində Digital Government) formalaşdırılması hesab edilir.
  • “Rəqəmsal hökumət” – müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.

 “Rəqəmsal hökumət”in əsas fəaliyyət prinsipləri:

  • Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə riayət edilməsi;
  • İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
  • İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
  • Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.

 “Rəqəmsal hökumət”in əhəmiyyəti:

  • Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsi;
  • Dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi;
  • İstifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsi;
  • Elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsi;
  • İstifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması;
  • İstifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadənin mümkünlüyü.
  • “Rəqəmsal hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

 “Rəqəmsal hökumət”in əsas üstünlükləri

1. Hökumət üçün:

  • Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması;
  • Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması;
  • Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması;
  • Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması.

 2. Vətəndaşlar üçün:

  • Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi;
  • Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi;
  • İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq;
  • Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi.

 3. Biznes sektoru üçün:

  • Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqələrin qurulması, xərclərin azaldılması;
  • İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması.

Yuxarıdakı qısa təqdimatdan göründüyü kimi,elektron hökümətdə iki faktor var –vətəndaş və hökümət,xidmət alan və xidmət göstərən.Burda qarşılıqlı münasibət çərçivəsində dövlət “elektron hökümət”, vətəndaş isə  “mygov” olaraq təmsil olunur.Yəni dövlət xidmətini elektron xidmət portalından təqdim edir,vətəndaş isə mygov platformasından müraciət edərək qəbul edir.

Azərbaycan dövləti əsas problemi olan Qarabağ məsələsini xalq adına böyük zəfərlə həll etdi.Və artıq suverenliyini də bərpa etdiyinə görə bütün bölgələrdə üst səviyyədə inkişafa,rifaha nail olmaq üçün müxtəlif siyasi,iqtisadi,idari addımlar atır.Bu idari addımlardan biri də rəqəmsal hökümətdir.Dövlət vətəndaşlarını rəqəmsal hökümətin xidmətlərindən istifadə edərək həm müasir texnologiyaya yiyələnmiş həm də operativ xidmət alan olaraq görmək istəyir.Bu  məqsədlə “mygov” platformasının öncə izahı,üstünlükləri,sonra isə istifadə qaydası və təbliği,təşviqi vacibdir.Belə ki,”mygov” platforması hər bir vətəndaşın elektron hökümətdəki ünvanı,o ünvanda yerləşən şəxsi kabinetidir.Hökümətlə olan bütün əlaqələrini o kabinetdən idarə edir,həyata keçirir.Elektron hökümət portalı hal hazırda 22 səhifə,hər səhifə 10 qurum olmaqla 220 qurum,hər qurum bir sıra xidmətlər göstərməklə məşğuldur.Qurumların,xidmətlərin sayı da durmadan,günbəgün artır.Hansı ki,fiziki olaraq bu xidmətləri almaq üçün o qurumların qapısında saatlarca növbədə durmalı olursan.Amma “mygov” platforması sayəsində heç hara getmədən,oturduğun yerdəcə, anında o xidmətə müraciət edərək almış olursan.Bu gün hər kəsin mobil telefonu və interneti var.”Mygov” platforması ayrıca bir tədbiq olaraq da Play Marketdə mövcuddur.Ordan tədbiqi telefonunuza yükləyərək qeydiyyatdan keçə bilərsiz.Necə yükləmək və qeydiyyatdan keçmək barədə isə Google-də bir çox tanıtım videolarına baxaraq öyrənmək mümkündür.Qeydiyyat olduqdan sonra 6 cürə giriş açarından istifadə edə bilərsiz.Sadə vətəndaşlar üçün uyğun,pulsuz olanı “Sima İmza” və İdentifikasiya nömrəsi “Asan Login” ilə giriş açarlarıdır.

Az qala “nə istəsən var” deyə biləcəyimiz qədər dolu xidmətlərin olduğu portalın bircə addımlığındasan-“mygov” yüklə.

Bu gün bu məsələ ilə əlaqədar Balakən RİH-də də müşavirə keçirildi.Müşavirədə rayon rəhbəri Natiq Ağayev mövzunun əhəmiyyəti,vacibliyi barədə çıxış etdi, gərəkli tövsiyyələrini verdi. Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatında Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Nərgiz Hacıxanova isə texniki məsələlər barədə iştirakçıları ətraflı məlumatlandırdı.İştirakçıları maraqlandıran sualları əsaslı cavablandırdı.Onu da qeyd edək ki,yeni qeydiyyatdan keçənlərin qeydiyyat zamanı sonuncu addımdakı dəvət bölməsinə eyni burda yazıldığı kimi BLAKENRH kodunun yazması Balakən üçün önəmlidir.

Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir