15 iyul 2026-cı il tarixində ETİHİ Balakən Rayon Komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Balakən Rayon üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə əlamətdar tədbir keçirildi. Çalışmanın yaş həddinə çatmış Qazbinə kənd A. Əsgərov adına tam orta məktəbin direktoru Əliyev Abdulla Zeynəddin oğlu və Roçəhməd kənd ümumi orta məktəbin direktoru Hüseynova Gülbiçə Həsən qızı üçün yubiley mərasimi təşkil olundu.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Gunay Mahmudova, tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov, ETİHİ Balakən Rayon Komitəsinin sədri Ramazan Molulov, Balakən Rayon üzrə Təhsil Sektorunun müdiri Mehparə Mirzəyeva və sektor əməkdaşları iştirak edərək yubiley sahiblərinə dərin ehtiramlarını bildirdilər.
Çıxış edən natiqlər uzun illər təhsil sahəsində fədakar fəaliyyət göstərən müəllimlərin pedaqoji xidmətlərini yüksək qiymətləndirərək onlara sağlamlıq, yeni uğurlar və xoşbəxtlik arzuladılar. Müəllimlərin məktəb rəhbərliyi, şagirdlərin vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəsi, ziyalılıq nümunəsi göstərməsi xüsusi vurğulandı.
ETİHİ Balakən Rayon Komitəsi tərəfindən hər iki müəllimə fəxri fərman təqdim olundu. Hədiyyələr isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Gunay Mahmudova tərəfindən yubiley sahiblərinə təqdim edildi.
Bu tədbir bir daha sübut etdi ki, müəllimlik peşəsi yalnız bilik ötürmək deyil, həm də cəmiyyətə dəyər qatmaq, gənc nəsli milli-mənəvi dəyərlərə bağlı yetişdirmək missiyasıdır. Balakən təhsil ictimaiyyəti öz fədakar müəllimlərini qürurla yad edir və onların yolunu davam etdirəcək yeni nəsil pedaqoqlara güvənir.
✨ Yeni Balakən qəzetinin redaksiyası adından yubiley sahiblərini ürəkdən təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq.
Yeni Balakən












Leave a Reply