Balakəndə Dünya İncəsənət Günü qeyd olundu

Balakəndə Dünya İncəsənət Günü qeyd olundu

15 aprel – Dünya İncəsənət Günü münasibətilə Balakən rayonunda möhtəşəm bayram konserti təşkil olunub. Tədbir Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə rayon Mədəniyyət və İstirahət parkında baş tutub.

Konserti giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev iştirakçıları salamlayaraq bu əlamətdar gün münasibətilə təbrik edib, incəsənətin insan ruhunu zənginləşdirən və milli kimliyi yaşadan önəmindən danışıb.

Bayram konsertinin bədii hissəsində Balakən rayon Mədəniyyət Mərkəzinin kollektivi, “Cahan” avar xalq kollektivi, “Qönçələr” və “Qubek” rəqs qrupları səhnəyə çıxaraq rəngarəng proqram təqdim ediblər. Müğənnilərin ifasında səslənən musiqi nömrələri tamaşaçılara bayram ovqatı bəxş edib.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla izlənilib və alqışlarla qarşılanıb. Dünya İncəsənət Günündə keçirilən bu konsert Balakən ictimaiyyətinin mədəni həyatında yaddaqalan bir gün kimi yadda qalıb.

                                 Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir