Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakəndə sel-fəlakətinin ağır nəticələri

Balakəndə sel-fəlakətinin ağır nəticələri

Balakəndə sel-fəlakətinin ağır nəticələri

İntensiv yağan yağışlar ölkənin bir çox bölgəsində olduğu kimi Balakən rayonunda da ciddi fəsadlara yol açıb. Püştətala, Kortala, Beçəğar və İtitala kəndlərində sel-fəlakəti nəticəsində vətəndaşların evlərinə, şəxsi təsərrüfatlarına böyük ziyan dəyib. Mal-qara, toyuq-cücə, arı ailələri sel sularına qərq olaraq axıb gedib. Sakinlər gücləri çatdığı qədər əmlaklarını və təsərrüfatlarını xilas etməyə çalışıblar.

Rayon rəhbəri Natiq Ağayev vəziyyətlə şəxsən maraqlanaraq Püştətala, Kortala, Beçəğar və İtitala kəndlərində olub, sakinlərlə görüşərək onların problemlərini dinləyib. O, fəlakətin nəticələri ilə yerində tanış olub və zərərin aradan qaldırılması üçün aidiyyəti qurumlara tapşırıqlar verib.

Qeyd edək ki, Püştətala, Kortala və Beçəğar kəndlərində Balakən çayı, İtitala kəndində isə Katex çayı məcrasından çıxaraq kəndlərdə evlərə və şəxsi təsərrüfatlara daxil olub. Bu səbəbdən bir çox ailə maddi ziyana məruz qalıb, kənd təsərrüfatı sahələrində ciddi itkilər yaranıb.

Hazırda fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür, sakinlərə dəstək göstərilir.

                                                       Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir