Balakən MRX-nın Təcili Tibbi Yardım Şöbəsi: Gecə-gündüz həyat mübarizəsinin ön cəbhəsində

Təcili Tibbi Yardım Şöbəsi

Balakən rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsi,Şöbə müdiri Herayeva Samirə Məhəmməd qızıdır(Bizim əfsanəvi cərrahımız,respublikada nadir mütəxəssis Doktor Herayev kimi tanıdığımız Herayev Məhəmmədin qızı).24 saat 2 növbəli işləyən şöbənin işi çox ağırdır.Gün ərzində 100-150 nəfər müraciət edir.2 həkim,4 tibb bacısı növbə ərzində çalışır,ehtiyac olduqda aidiyyatı üzrə həkimlər çağrılır.İstənilən xəstəlik üzrə ağır vəziyyətdə olanlar ilk olaraq bura gəlir.Burda onlara ilkin tibbi yardım göstərilib xəstəlik tarixçəsi açılır sonra isə aidiyyatı üzrə şöbələrə yerləşdirilirlər.Şöbənin həkimləri oxumuş,savadlı,çoxu da gənc kadrlardır.Gənc olmasına baxmayaraq təcrübəli və qabiliyyətlidirlər.

Həkimlərlə,tibb bacıları ilə söhbət edirəm.Gənc terapevt həkim Əfsanə Xəlilova iş başındadır,gələn xəstələri müayinə edir,tibb bacılarına lazımi göstərişləri verir.Şöbənin müdiri Herayeva Samirə həkim bütün şöbənin işinə nəzarət edir,otaqların birində sarğı əməliyyatı gedir ora baş çəkir,bir digər otaqda xəstə nəbz və təzyiq ölçən cihaza bağlı yatır,gedib cihazdakı göstəriciləri kontrol edir,növbəti otaqda xəstəyə sistem qoşulub,ora gedib xəstənin vəziyyətinə baxır..Bir dəqiqə olsun dayanmır.

İmkan olduqca da suallarımı cavablandırırlar.Gün ərzində gələn xəstələrin şikayətləri ən çox hansı sahələrdəndir?-ilk sualıma Samirə həkim cavab verir:-Gün ərzində gələnlərin içərisində ən çox şəkərli diabet,arterial hipertoniya,nevrotik pozuntular,ürək-damar xəstəlikləri,tənəffüs çatışmamazlığı üzrə sahələrdən şikayəti,problemi olanlardır.Əlbəttə, bu sualım səbəbsiz deyil.Bununla rayonun xəstəlik xəritəsini görmək,insanların ən çox xəstələndirən sahələri bilmək,bunların səbəblərini araşdırmaq və bu səbəbləri aradan qaldırmaq üçün aidiyyatı təşkilatları hərəkətə keçirmək,vətəndaşı isə məlumatlandıraraq diqqətli olmağa təşviq etməkdir.

 Xəstənin şikayətləri onları narahat edən şeylər,düşdüyü vəziyyətdir.Bəs həkimlərin şikayətləri varmı,hansılardır?Həkimlərdən soruşuram:-Sizin hər hansı şikayətiniz varmı?Bu sualıma həkim terapevt Əfsanə xanım cavab verir:-Xəstələr özlərini bir balaca narahat hiss edən kimi gəlib deyirlər-tezol,sistem qoy!Xəlilova bildirir ki,sistem hər deyiləndə,adamın keyfi istədiyində qoyulmur,onun öz təyinatı var.Əgər sistemə ehtiyac olarsa biz onu qoşuruq xəstəyə.Və yaxud bir balaca burnu axan kimi gəlib deyir-mənə seftraksion iynə vur!Bazarda söhbət arası eşitdiyi təyinatı,hansısa qonşusuna yazılmış təyinatdakı preparatı özünə də tədbiq olunmasını istəyir..              

– Axı həkimlik peşəsiylə biz məşğul oluruq,xəstəyə baxıb,müayinə edib təyinatı biz yazmalıyıq.Həkimin işinə qarışırlar.Sözdən anlamaq istəmirlər.Biz həkimik,7 il bu sahəni oxumuşuq.Bazardan,küçədən,qonşudan gələn təyinatı yaza,istifadə edə bilmərik.Sabah bunun məsuliyyətini yenə biz həkimlər daşıyırıq.Yoldan keçənin təyinatından xəstə ölərsə,vəziyyəti daha da pisləşərsə o zaman o yaldan keçəni axtarmayacaqlar,bizim yaxamızdan yapışacaqlar.Söz dinləməyən xəstələrlə onların xəstəliyindən daha çox problem yaşayırıq..

Bütün bunlara baxmayaraq Təcili Tibbi Yardım Şöbəsinin həkimləri ruhdan düşmür,sakinlərimizin sağlamlığının keşiyində ayıq-sayıq,əzmlə dururlar.

Balakən MRX-nın direktoru Dilbər xanım Quliyeva ilə TTY,Acil şöbəsi barədə söhbət  zamanı şöbənin təchizatının yüksək səviyyədə,yetərincə təminatının oduğunu,Lor həkimi,Lor otağı,UZİ  aparatı,oksigen paneli və sair müasir texnologiyanın quraşdırılaraq istifadə olunduğunu  bildirdi.Dilbər xanım onu da qeyd etdi ki,özü şəxsən mütəmadi olaraq hər gün şöbənin işi,ordakı vəziyyətlə yerində tanış olur,maraqlanır.Balakən MRX-nın direktoru Dilbər xanımın vətəndaşlara “Yeni Balakən” qəzeti vasitəsilə bildirir ki,əgər hər hansı bir şikayətləri olarsa qapısı onlara açıqdır,gəlsinlər ona desinlər.

Əlbəttə Dilbər xanım düz deyir,aidiyyatı olmayan yerlərə edilən şikayət nəinki həllini tapır,əksinə daha da həllindən uzaqlaşır.

Vətəndaşların münasibəti.

Təcili Tibbi Yardım Şöbəsində olduğum zaman Tülü kənd sakini Gəncəliyeva Günay xanım oğlu ilə birlikdə gəldi,şikayətini bildirdi.Həkimlər dərhal reaksiya verdilər, müayinə edərək gərəkən təyinatı tədbiq etdilər,sistem qoşdular.Şöbədə bir saata yaxın qaldığımdan Günayın təyinatının da sona çatdığını gördüm və Günaydan gəldiyində olan və indiki vəziyyətini maraqlandım.Əslində hər şeyi özüm görmüşdüm,bir də bunu ondan eşitmək istədim.Günay xanım:-Çox sağolsun həkimlərimiz.Gəldiyimdə özümü çox pis hiss edirdim,indi isə yaxşıyam.Həkimlər mənə mehriban,şəfqətlə davrandılar.Onların bu cürə xoş davranışı narahatçılığımın yarısını anındaca müalicə etdi,qalanını isə operativ təyinatları sayəsində geridə qaldı.Razıyam həkimlərimizdən,bir həftə əvvəl də burda idim,sarğıya gəlirdim,orda da mənə gülərüzlə,şəfqətlə davrandılar.O sırada Qabaxçöldən olan 1-ci Qarabağ müharibəsindən şəhid ailəsi gəlmişdi,yaşlı ana  oğlu ilə.Onlar da göstərilən xidmətdən,onlara olan münasibətdən razılıqlarını bildirdilər.

Sağlamlığın keşiyində dayanan səssiz qəhrəmanlar.

Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsi — gecə-gündüz, yorulmadan, fasiləsiz çalışan insanların ünvanıdır. Burada hər bir həkim, hər bir tibb bacısı yalnız tibbi yardım göstərmir, eyni zamanda insanlara ümid, güvən və şəfqət bəxş edir. Onların gənc olmasına baxmayaraq, peşəkarlığı, məsuliyyəti və fədakarlığı Balakənin sağlamlıq sisteminin dayaq nöqtəsidir.

Şöbənin müdiri Samirə Herayeva və onun komandası təkcə tibbi cihazlara yox, insanın halına, hissinə də nəzarət edir. Hər bir xəstəyə göstərilən diqqət, hər bir sualın cavablandırılması, hər bir sistemin qoşulması — bunlar sadəcə prosedur deyil, həyatın özüdür.

Balakən MRX-nın direktoru Dilbər xanım Quliyevanın rəhbərliyi və açıq qapı siyasəti bu sistemin daha şəffaf, daha əlçatan olmasına xidmət edir. Vətəndaşların razılığı, xoş sözləri və minnətdarlığı isə bu xidmətin ən böyük mükafatıdır.

Bu yazı vasitəsilə bir daha xatırladırıq: sağlamlıq yalnız həkimlərin deyil, hər birimizin məsuliyyətidir. Doğru məlumat, düzgün davranış və vaxtında müraciət — bunlar həm özümüzü, həm də ətrafımızdakıları qorumağın ən təsirli yoludur.

Yeni Balakən qəzetinin səhifələrindən səslənən bu sətirlər, Balakənin səssiz qəhrəmanlarına bir təşəkkürdür. Onlar var olduqca, biz bir az daha güvənli, bir az daha sağlam yaşayırıq.

                                                                                Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir