Fındıq Azərbaycanın bir neçə bölgəsində yetişir,o cümlədən Balakəndə də.Balakəndə fındıq yığımı başladı.Rayonda fındıq bir çox kasıb,zəhmətkeş insanın ümid yeridir,amma fındıq qiymətləri ümidləri doğruldurmu?..
Balakənin fındıq əkib becərən sakinləri,ümumiyyətlə zəhmətlə işləyən,əkən becərən insanları nədənsə kasıb olurlar.Qarşıdan məktəb,dərs ili gəlir.Şagirdlər yay tətilindən qayıdıb dərsə başlayacaqlar.Yeni dərs ilində yeni məktəbli formasi,ayaqqabı,məktəbin verdiyi dərsliyi anlamaq,işləmək üçün kənardan hər dərsliyə 3 əlavə kitab,iş dəftəri alınmalı,yeni məktəbli çantası,dəftər,qələm və sairələr də mütləq alınmalıdır.Bununla yanaşı həmən ailənin mağazalara,ərzaq dükanlarına olan borcları,etdiyi nisyələr də fındıq pulundan,gəlirindən ödənməlidir.Ey,hay..


Şəhərdə,kənddə,küçələrdə fındıq alanlar yavaş-yavaş görünürlər.Və müxtəlif qiymətlər də səsləndirməyə başlayıblar.Texnika vasitəsilə təmizlənən biraz yuxarı,əllə təmizlənən isə kilosu 3 manat.Yəni 1 kilo fındıq üçün 3 manat qiymət təyin edilib.Əgər texnika ilə təmizləsən o yuxarı dediyim,3 manatdan yuxarısnı texnika sahibinə ödəməlisən.Fındığın yetişdirilməsi də,yığımı da çox zəhmət gərəkdirən işdir.Sadəcə yığımına nəzər salsaq görərik ki,birinci olaraq fındıq ağaclarının altı otdan,alaqdan təmizlənilir.Sonra ağaclar qol gücünə silkələnilir ki,fındıqlar yerə tökülsün.Yerə tökülən fındığı saatlarca 90 yox 130 dərəcə əyilərək,o vəziyyətdə qalaraq dənə-dənə əllə toplayırsan.Adamın az qala beli qırılır,başına qan yığılır,günlərlə özünə gələ bilmir..Və bütün bunların qarşılığında aparıb kilosunu 3 manata işbazlara,nə bilim kimlərəsə verməli olur.Belə baxanda o arada gəzinən,kəndlidən alıb xaricə satanlar zəhməti,əziyyəti çəkən,məşəqqətinə dözən,ümüdünü fındığa bağlayan kəndlidən qat-qat artıq qazanır.Bu ədalətlidirmi?-Xeyr.Əslində ən çox qazanan ən çox əziyyəti,zəhməti çəkən olmalıdır.
Bu gedişlə fındıq yetişdirənlər artıq yavaş-yavaş fındıqdan vaz keçir,minbir əziyyətlə yetişdirdikləri fındıq ağaclarını oduna doğrayaraq fındıq bağlarını ot sahəsinə çevirməyi,mal yemi hazırlayıb satmağı düşünürlər.
Kəndliyə,o zəhmətkeş insana dəstək olmaq lazımdır.Fındığın minimal qiyməti 5 manatdan başlamalıdır.Əsas alıcı birbaşa fındığı sahibindən almalıdır.Kəndli onun halal zəhmətinə,əziyyətinə görə peşman edilməməlidir,əksinə onu sevindirmək,üzünü güldürmək,cibini doldurmaq lazımdır.
Qoy yığımı başlanan fındıq hər kəsə, yetişdirənə,yığana,satana,alana bərəkətli,xeyirli olsun.
Ramazan Abal