İdman

SSRİ idman ustası,görkəmli idmançı və məşqçi Əhməd Xalavasovun əziz xatirəsinə.

Bu gün Balakən Olimpiya İdman Kompleksində SSRİ idman ustası,görkəmli idmançı və məşqçi Əhməd Xalavasovun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq Balakən rayon turniri keçirildi.Respublika səviyyəli turnirdə ölkəmizin bir çox şəhər və rayonlarından,25 komandada 400-ə yaxın idmançı sərbəst güləş növündə güclərini sınadı,yarışdı.Yarışı beynəlxalq dərəcəli hakimlər idarə edirdi.Xatirə turniri tədbirində Balakən RİH Başçısının birinci müavini Turan Dibirov,olimpiya çempionu İqbal Hacızadə,Gənclər İdman İdarəsinin rəisi Rasim Paçalov,Balakən İdman Məktəbinin direktoru Vasif Qomurov,Əhməd Xalavasovun övladları Həmzət bəy, Umuksu xanım,Əhməd müəllimin yetirmələri və digər qonaqlar iştirak etdilər.İştirakçılar çıxışlarında Əhməd müəllimin xidmətlərindən,onun yetirmələrindən,onunla olan xatirələrindən danışdılar.Ə.Xalavasovun qızı Umuksu xanım çıxışında atası ilə qürur duyduğunu,atası haqda danışanda onun güləşə olan bağlılığını,güləşi nə qədər sevdiyini-güləş onun həyatı idi-cümləsiylə bu hisslərə ən dəqiq tərcüman,şahid və doğma biri olaraq bildirirdi..

Qaliblər Fəxri Fərman,medal və qiymətli hədiyyələrlə təltif olundu.Təşəbbüskar Əhməd Xalavasovun övladları,təşkilatçı isə Namiq Həşimovun rəhbərliyində “Təknə” idman klubu idi.Turnirin,belə böyük və mötəbər idman tədbirinin keçilməsində məqsəd rayonda idmanın inkişafı,gənclərdə idmana marağın yaradılması,Əhməd Xalavasovun yolunu davam etdirərək sərbəst güləş növündə daha çox nailiyyətlər,müxtəlif yaş qruplarında yüksək nəticələr əldə etməkdir.Ən əsası da Balakənin idman sahəsində sözünü demiş,adı,titulu,müxtəlif dərəcələrdə istər məşqçi,istər hakim,istərsə də idmançı kimi yetirmələri olan,SSRİ idman ustası,hər kəsin sevimlisi olmuş,Balakənin fəxri,xatirəsi hər daim əziz olan Əhməd Xalavasovun adını yaşatmaq,xatirəsini tarixdə əbədiləşdirməkdir.

Yeni Balakən

“Sağlam nəsil-parlaq gələcək” layihəsi çərçivəsində  Yunan-Roma güləşçisi, Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının üzvü   Rasul Çunayevlə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrinin V-Xl sinif şagirdlərinin iştirakı ilə “Sağlam nəsil-parlaq gələcək” layihəsinə start verilib. Layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə yarış və turnirlərin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların, zərərli vərdişlərlə mübarizəyə və idmana həsr olunmuş rəsm sərgilərinin, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda “Dəyirmi masa” və diskussiyaların, ixtisaslı mütəxəssislərlə şagird və valideynlərin görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Tədbirlər Planına uyğun olaraq 08 may 2025-ci il tarixində Avropa Oyunlarının qalibi , Dünya Çempionu , 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Olimpiya oyunlarının üçüncüsu , “Şöhrət” ordenli , Yunan-Roma güləşçisi, Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının üzvü Rasul Çunayevlə Bakı şəhəri 270 saylı məktəbin şagirdlərinin görüşü keçirilib.