3 Dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı Balakən Gənclər Evi SXM-də tədbir keçirildi.
03 dekabr 2025-ci il tarixində Balakən Gənclər Evi Sosial Xidmət Müəssisəsinin, rayon Gənclər və İdman Sektorunun, Balakən rayon Təhsil Sektorunun və “Uşaq Reabilitasiya Mərkəzi”nin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və sosial fəaliyyətlərdə iştirakını təşviq etmək olmuşdur.
Tədbir çərçivəsində əlilliyi olan gənclərin hazırladıqları əl işlərinin sərgisi, satışı təşkil olunmuşdur. Sərgi iştirakçıları tərəfindən əl işləri haqqında məlumat verilmiş,onların yaradıcılıq fəaliyyəti barədə ətraflı müzakirələr və maarifləndirici söhbətlər aparılmışdır.
Daha sonra iştirakçı gənclər və onların valideynləri üçün “Uşaq Reabilitasiya Mərkəzi”nin loqopedi Rəna Qasayeva və psixoloqu Alvina Kazımova tərəfindən motivasiya və dəstək yönümlü konsultasiyalar təşkil edilmişdir.
Çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, inklüziv təhsil imkanlarının genişləndirilməsi, onların cəmiyyətə tam inteqrasiyası istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat vermiş, bu kateqoriyadan olan uşaqlara, gənclərə göstərilən diqqət və qayğının daim prioritet istiqamət olduğunu vurğulamışlar.
Balakən Gənclər Evi SXM tərəfindən həyata keçirilən illik fəaliyyət planına uyğun olaraq 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü, Gənclər günü, Könüllülər günü, Beynəlxalq əlillər günü vs bu kimi tədbirlər gənclərin vətənpərvər ruhda yetişməsi, onlara milli mənəvi dəyərlərin aşılanması, bilik və bacarıqlarının artırılması istiqamətində bu kimi tədbirlər mütamadi olaraq təşkil olunur.
Tale Şahverdiyev
Direktor
Balakən Gənclər Evi SXM
Daha çox foto üçün üstdəki Facebook nişanına tıkla







