1 noyabr 2025-ci il tarixində Balakən şəhərində “AyMed” klinikasında “Erkən müayinə can qurtarır!” adlı səyyar tibbi müayinə və maarifləndirici aksiya keçirilib. Aksiya PAŞA Holding və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə baş tutub.Lokal dəstək isə “AyMed” klinikası və onun rəhbəri doktor Elşən Kərimov tərəfindən göstərilib.
Bu təşəbbüsün əsas məqsədi bölgədə ictimai sağlamlıq biliklərini artırmaq, erkən diaqnozun vacibliyinə diqqət çəkmək və yerli əhaliyə daha əlçatan tibbi xidmətlər təqdim etməkdir.
Tam ödənişsiz tibbi xidmətlər aşağıdakı sahələri əhatə edib:
- Qanda şəkər səviyyəsinin və arterial təzyiqin yoxlanılması;
- İlkin laborator analizlər;
- Terapevt və endokrinoloq müayinələri;
- Qalxanvari vəzin USM müayinəsi;
- Ginekoloji müayinələr;
- Travmatoloji müayinələr;
- Oftalmoloji xidmətlər.
Saat 10:00-dan 17:00-dək davam edən tədbirdə Balakən rayonunun sakinləri böyük maraq göstəriblər. 1023 nəfər müayinədən keçib.Aksiyaya qatılan insanlara sağlamlıqla bağlı fərdi məsləhətlər verilib və sağlamlıqları ilə bağlı müvafiq sahələrə yönləndirmələr edilib.
Aksiya zamanı səyyar həkim heyəti risk qrupunda olan şəxsləri müəyyən edərək, onlara fərdi sağlamlıq planları təqdim edib. Qanda şəkər səviyyəsi normal olmayan 263 nəfərə qlükometr cihazları hədiyyə edilib. Bu, onların gündəlik qlikemik nəzarət aparmasına və uzunmüddətli fəsadların qarşısının alınmasına kömək edəcək.
Yeni Balakən


Daha çox foto üçün Facebook ikonuna toxun









