12 iyul 2025-ci il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində Tovuz döyüşlərinin ildönümü münasibətilə “Böyük zəfərə gedən yolun son addımları” başlığı altında Qarabağ müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirildi. Dövlət himninin səsləndirilməsi və şəhidlərimizi bir dəqiqəlik sükutla anma ilə başlayan tədbirdə QHT-dən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi,Cavanşir İsmayılov, Əsgər Ailəsi İctimai Birliyinin Balakən rayon filialı, Nəfisət Vahid, Xocalı Soyqrımını dünyaya tanıtma cəmiyyəti, Şaban Daşdəmirov, II Qarabağ müharibəsinin qaziləri Məhəmməd İsayev, Pərviz Urkayev, şəhid ailələri, yazıçı Sədulla Şirin,mədəniyyət müəssisələrinin nümayəndələri və vətənpərvər ziyalılar iştirak edirdi.
Tədbiri giriş sözü ilə Balakən rayon Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaxverdiyev açaraq, Tovuz döyüşlərinin Azərbaycan tarixində oynadığı roldan, xalqımızın Vətən sevgisindən və bu döyüşlərin milli birliyin daha da möhkəmlənməsindəki əhəmiyyətindən danışıb.
Tədbir iştirakçıları qəhrəman şəhidlərimizi anaraq, Tovuz döyüşlərinin Vətən müharibəsinə gedən yolda xalqın birliyini və qətiyyətini necə gücləndirdiyini vurğuladılar.
Tədbirin məqsədi – 2020-ci il iyul ayında baş verən Tovuz döyüşlərinin tarixi əhəmiyyətini bir daha xatırlatmaq, həmin döyüşlərdə nümayiş olunan milli ruhun, xalq-dövlət birliyinin sonrakı zəfərə – 44 günlük Vətən müharibəsində qazanılan qələbəyə necə yol açdığını vurğulamaq idi.






























Yeni Balakən