Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Balakəndə vətəndaş qəbulu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin dağüstü parkdakı abidəsi ziyarət olunaraq, xatirəsi ehtiramla yad edilib.
11 iyul 2025-ci il tarixində keçirilən qəbul zamanı Balakən və Zaqatala rayon sakinlərinin müraciətləri dinlənilib.
Müraciətlər arasında uşaqla ünsiyyət, sosial dəstəyin göstərilməsi, işlə təmin olunma, ailələr arasında yaranan problemin həllinə köməklik göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, uşaqların müalicəsi, əlillik statusunun təyin olunması, ailədaxili münasibətlər və digər məsələlər yer alıb.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.

Yeni Balakən

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir