2025-il iyun ayının 30-da Şəki Heydər Əliyev Mərkəzində, Azərbaycan Teatr Xadimləri İttifaqının xadimləri Şəki Zaqatala regional Mədəniyyət İdarəsinin tabeliyində olan əməkdaşlarla görüş keçirdi. Görüşdə Azərbaycan Respublikası Teatr Xadimləri İttifaqının sədri, Azərbaycanın Xalq Artisti, Teatr və Kino aktyoru Hacı İsmayılov, Xalq artisti, “İlham” miniatür teatrının direktoru, ADMİU-nin “Musiqili Teatr aktyoru” kafedrasının müdiri İlham Namiq Kamal,
ADMİU-nin “Teatr/Kino aktyoru” kafedrasının müdiri, Əməkdar artist, 3-cü dərəcəli “Əmək” ordenli professor, “Sənətkar” medalı laureatı, tanınmış aktyor və bədii qiraətçi Azad Şükürov,
Xalq artisti, Akademik Milli Dram Teatrının baş rejissoru işləmiş hal-hazırda Bakı Bələdiyyə Teatrının Baş rejissoru Mərasim Fərzəlibəyov,Əməkdar Mədəniyyət xadimi, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov,Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov və bir sıra tanınmış teatr və kino xadimləri iştirak ediblər. Bu sahədə xidməti olan bəzi Mədəniyyət işçiləri Teatr Xadimləri İttifaqının Fəxri Fərmanları ilə təltif edilib.Xoş haldır ki,təltif olunanların arasında məşhur “Qara Volqa” filminin baş rolların ifaçılarında biri, Balakənlimiz olan tanınmış aktyor,bədii qiraətçi,Balakən Mədəniyyət Mərkəzinin direktoru Arzu Ocaqverdiyev də var.
Arzu Ocaqverdiyev tear sahəsindəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının “Fəxri Fərman”ları ilə təltif olunub.Balakən mədəniyyəti, ölkə mədəniyyətinin bir çox sahələrində özünəməxsus yeri ilə seçilir,fərqlənir.Təbii ki,bu uğurların arxasında mədəniyyət sahəsindən anlayan Arzu müəllim kimi və digər peşəkar əməkdaşların zəhməti,əziyyəti,sənəti,fəaliyyəti durur..
Arzu Ocaqverdiyevi rayonumuz adından təbrik edir,işində,fəaliyyətində uğurlar diləyirik.Səsi,sorağı həmişə yüksəklərdən,təltiflərdən gəlsin.





