Yeni Balakən qəzeti

İctimai siyasi qəzet,sizin tribunanız.

Balakəndə İdman Festivalına səhər idmanı ilə start verildi

Balakəndə İdman Festivalına səhər idmanı ilə start verildi

24 iyul 2026-cı il tarixində Balakən H.Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə həsr olunmuş Balakən İdman Festivalına böyük coşqu ilə start verildi. Tədbir Balakən Rayon İcra Hakimiyyətinin, Balakən rayonu üzrə gənclər və idman sektorunun, Balakən Olimpiya İdman Kompleksinin, Balakən Gənclər evinin, Balakən Uşaq-Gənclər İdman və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Festival səhər idmanı ilə açıldı. Parkda toplaşan 500-dən artıq iştirakçı günə sağlam həyat tərzini təbliğ edən kütləvi idman hərəkətləri ilə başladı. Daha sonra müxtəlif idman bölmələrində isinmə hərəkətləri keçirildi, peşəkar məşqçilərin rəhbərliyi ilə ustad dərsləri və masterklaslar təşkil olundu.

İki gün davam edəcək festival çərçivəsində iştirakçılar maraqlı idman yarışlarında güclərini sınayacaq, əyləncəli proqramlarda iştirak edəcək, həmçinin peşəkar idmançıların nümunəvi çıxışlarını izləyəcəklər. Tədbir həm gənclərin sağlam həyat tərzinə marağını artırmaq, həm də idmanın kütləviliyini genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

                                                 Yeni Balakən

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir