8-ci sinif şagirdləri həkim və müəllimlərin iştirakı ilə “Qanın tərkibi və funksiyaları” mövzusunda biologiyadan laboratoriya praktikasında.
Bir çox nəzəri bilikləri tam şəkildə almaq,qavramaq üçün praktikaya ehtiyac vardır.Bu həm həyatda belədir,həm də məktəbdə tədris olunan dərs fənlərində.
Aprelin 24-ü oxuduğum Nizami Gəncəvi adına şəhər 1 saylı tam orta məktəbin 8b və 8v rus sinfinin şagirləri rayonumuzda fəaliyyət göstərən “UĞUR” klinikasında olduq.Biologiya müəlliməmiz Gülnarə müəllimə bizə praktik dərs üçün gətirdiyi “Uğur”-un laboratoriyasında “Qanın tərkibi və funksiyaları” mövzusunda klinikanın təsisçisi Xanım doktor və laborant-həkim Aksana xanımla birgə geniş,maraqlı,praktik dərs keçdi.Dərsdə ilk öncə laboratoriya və laborator şərait haqda məlumatdırılaraq laboratoriya ilə tanış olduq.Sonra Aksana xanım qan nümunələrinin alınmasından,alınan nümunələrin sahiblərinin adına barkodlanmasından,necə analiz edilərək nəticələrin qeyd olunmasınadək gedən prosesləri anlatdı.Laboratoriyanın olmazsa-olmazı olan mikroskop hamımızın ortaq marağı idi.Hər birimiz mikroskop altında qan nümunəsini incələmək üçün səbirsizliklə bu sehirli cihaza baxırdıq.Xanım doktor bizə qanın tərkibi barədə geniş,ətraflı məlumat verdikdən sonra bayaqdan səbirsizliklə gözlədiyimiz anı başlatdı.Bizi bir-bir mikroskopa,qan nümunəsinə mikroskopdan baxmağa dəvət edərək mikroskop altında gördüklərimizi izah etdi..
Mikroskopik görüntülər məni sehirləmişdi,ilk dəfə idi qan hüceyrələrini,tərkibini canlı görürdüm,baxmayaraq ki,bu haqda çox oxumuşdum..
Bu praktik,canlı dərs sayəsində qanın tərkibi və funksiyaları mövzusunu tam qavramaqla bərabər mövzuyla əlaqəli amma əhatəsini aşan biliklərə də yiyələndik.Laboratoriyanın necə işlədiyini,laborator şəraitin necə olduğunu,qan nümunələrinin necə alındığını,çeşitləndiyini,laborator xidmətin önəmini və sairəni buna misal göstərmək olar.Əminəm ki,bu praktik dərsi heç bir zaman unutmayacağıq.Bizə bu şəraiti,imkanı yaratdıqlarına,qiymətli vaxtlarını ayırdıqlarına görə “UĞUR” klinikasına,onun rəhbəri Xanım doktora,həkim-laborant Aksana xanıma və sevimli biologiya müəlliməmiz Gülnarə müəlliməyə təşəkkür edirk.
A.Nürəddin
8b-rus sinfinin şagirdi,sinif əlaçısı.

