Hörmətli İş Adamlarına Çağırış: Balakən Yeni Dövrə Qədəm Qoyur

Natiq Ağayev

Balakən uzun illərin ətalətindən xilas olur. Köhnə komandanın yola salınması ilə rayonda yeni nəfəs, yeni simalar görünür. İllərlə iş adamlarının sərmayəsini şübhə altında qoyan, bir nəfərin bitib-tükənməyən tamahı və ona xidmət edən məmurların yaratdığı düzən artıq aradan qaldırılıb. Dövlət Təhlükəsizlik Xidmətinin müdaxiləsi ilə bu maneələr tarixə qovuşdu.

Bir çox iş adamı illər boyu təzyiqlərə tab gətirməyərək rayonu, hətta ölkəni tərk etmiş, qərib diyarlarda vətən həsrəti ilə çalışaraq ailəsinə ruzi qazanmağa məcbur olmuşdu. İndi isə Balakəndə tamamilə başqa ab-hava var.

Yeni Rəhbərlik – Yeni Güvən

Rayonun yeni rəhbəri Natiq Ağayev ilk günlərdən iş adamlarını böyük iclasa dəvət edərək onlara güvəncə verdi. O, açıq şəkildə bildirdi ki, Balakənin inkişafı,iş adamlarının fəaliyyəti üçün hər cür dəstək göstəriləcək. Əsas məqsəd – həm iş adamlarının, həm də rayon əhalisinin qazanmasıdır.

Natiq müəllim hər kənddə, hər görüşdə insanlara səslənir: iş qurmaq, iş yerləri açmaq istəyənlərə dəvət ünvanlayır. Bu çağırış yalnız yerli iş adamlarına deyil, rayondan və ölkədən kənarda yaşayan həmvətənlərimizə də yönəlib. Hətta başqa bölgələrin iş adamları da Balakəndə sərmayə qoya, iş qura bilərlər.

Balakən – İnvestisiya Üçün Münbit Məkan

Balakən yalnız bir rayon deyil, həm də sərmayə üçün açıq meydandır. Burada qoyulan hər bir sərmayə həm iş adamına qazanc gətirəcək, həm də bölgənin sosial rifahını yüksəldəcək. Yeni rəhbərliyin şəffaf və dəstəkçi siyasəti iş adamları üçün güvənli mühit yaradır.

İmkanlar və Perspektivlər

Balakən üçün geniş və cəlbedici planlar mövcuddur:

  • Yaşayış və tikinti sektoru – çoxmərtəbəli yaşayış binaları, müasir yaşayış kompleksləri, yeni məhəllələrin salınması.
  • Sənaye və istehsal – zavod və fabriklərin qurulması, emal müəssisələrinin yaradılması, yerli məhsulların ixrac potensialının artırılması.
  • Kənd təsərrüfatı – fındıqçılıq, tütünçülük, arıçılıq, meyvəçilik və tərəvəzçilik sahələrində yeni layihələr; müasir istixanaların qurulması.
  • Turizm – Katexçay şəlaləsi, dağ kəndləri, Zaqatala Dövlət qoruğu istiqamətində turizm marşrutlarının açılması; kənd turizminin inkişafı.
  • Təhsil və elm – yeni məktəblərin tikintisi, peşə məktəblərinin yaradılması, gənclərin müasir biliklərlə təmin olunması,özəl məktəblərin,universitetlərin açılması
  • İdman və sağlamlıq – idman-sağlamlıq komplekslərinin əsaslı təmiri, yeni idman mərkəzlərinin açılması.
  • Ticarət və xidmət sektoru – müasir ticarət mərkəzləri, xidmət obyektləri, kiçik və orta biznes üçün geniş imkanlar.
  • İnnovasiya və texnologiya – rəqəmsal xidmətlərin inkişafı, startap layihələrinin dəstəklənməsi, gənc sahibkarların təşviqi və sairə…

Sakinlərin Səsi

Balakənlilər bu yeni ab-havanı ümidlə qarşılayırlar:

  • Müəllimə Aynur xanım: “İllərdir gözləyirdik ki, bölgəmizdə iş yerləri açılsın. Yeni rəhbərliyin çağırışı bizə ümid verdi. Biz istəyirik ki, gənclərimiz doğma yurdunda işləsin, oxusun.”
  • Fermer Əli kişi: “Torpaqlarımız münbitdir, amma illərdir sərmayə qoyulmurdu. İndi iş adamları gəlsə, həm məhsuldarlıq artar, həm də kəndlərimiz canlanar.”
  • Gənc sahibkar Rəşad: “Balakən turizm üçün cənnət məkandır. Katexçay şəlaləsi, dağ kəndlərimiz, təbiətimiz – bunlar hamısı sərmayə üçün açıq sahələrdir. Biz gənclər də bu işlərdə iştirak etmək istəyirik.”

Hörmətli iş adamları, Balakən sizdən güvən və dəstək gözləyir. Bu torpağa qoyulan hər bir sərmayə həm sizin, həm də xalqımızın gələcəyinə işıq tutacaq. Balakən artıq yeni dövrə qədəm qoyub – bu dövrün adı inkişaf, birlik və tərəqqidir.

                                     Ramazan Abal

Ramazan Abal
Ramazan Abal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir