28 aprel 2026-cı il tarixində Balakən Mərkəzi Kitabxanasında Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, tanınmış şair Ramazan Xutra ilə görüş keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Mərkəzinin nümayəndələri, Balakən yazarları, Zaqataladan şairin sənət dostları, rayon ziyalıları, şəhid anaları, mədəniyyət işçiləri, kitabxana əməkdaşları, qiraət ustaları və gənclər iştirak etdilər.
Görüşdə şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi, onun şeirləri və hekayələri səsləndirildi. İştirakçılar Ramazan Xutranın sənət yolunu əks etdirən videoçarxa da baxdılar. Tədbirin ən yaddaqalan məqamlarından biri isə şairin yeni çapdan çıxmış kitabının ilk dəfə oxuculara təqdim olunması oldu.
Bu görüş Balakənin ədəbi-mədəni həyatında əlamətdar hadisəyə çevrildi. Şairin yaradıcılığına göstərilən maraq, onun söz dünyasının gənclərə və oxuculara çatdırılması, həmçinin şəhid analarının və ziyalıların iştirakı tədbirə xüsusi mənəvi dəyər qatdı.
Yeni Balakən








