Xəbərlər

İslam dini, Allahın yaratdığı insan üçün düzənlədiyi və önərdiyi bir həyat tərzi,yaşam biçimıdir.

İslam dini, Allahın yaratdığı insan üçün düzənlədiyi və önərdiyi bir həyat tərzi,yaşam biçimıdir.Əcdadlarımızdan bu yana yaşayaraq mənimsədiyimiz İslam dini həm mənəvi dəyərimiz həm də mədəniyyətimizdir.Bir çox davranışların,məsələn sağ əllə yemək,nemətlərinə görə Allaha təşəkkür etmək,uşaq doğulanda qulağına əzan oxumaq,ailə quranda rəsmi nigahla bərabər dini kəbin kəsdirmək kimi bəziləri gündəlik həyat tərzimizdə var olan dəyərlərdir.Dünyada gerçək İslamın yaşandığı artıq çox az yer var və bölgəmiz olan Balakən-Şəki zonası da bu azlıqdadır..

Ateist sovet işğalından qurtulduqdan sonra sovetin anbarlara çevirdiyi ibadət yerləri əvvəlki statusuna qayıtmasıyla yanaşı imana gələnlərin,ibadətə başlayanların sayı da artmışdır.Artıq bu gün Balakəndə bəzi məscidlər bu tələbatı ödəyə bilmir.Balakən şəhər Mərkəzi Cümə məscidi bunlardan biridir.Artıq neçə illərdir məscid,əsasən də cuma namazında içərisi dolur,insanlar ayaqqabı soyunan yerdə və eşikdə həyətin yarısına qədərki məsafədə, torpağın üstündə cuma namazını əda edirlər.Yay fəslində günəş yandırsa da çöldə birtəhər dözə bilirsən amma qış və digər iki fəsildə yağmurlu,palçıqlı,küləkli,soyuq havalarda bu həm mənəvi olaraq yaraşıq almır həm də sağlıq yönündən təhlükəlidir.Ruhun qidasını təmin edim deyərkən cismimizi təhlükəyə atırıq.Bu cür ibadəti heç Rəbbim də qəbul etmir.

Balakən şəhər Mərkəzi Cümə məscidinə rayonun hər yerindən cuma namazını qılmaq üçün möminlər gəlir və bu insanların bir istəyi,tələbi var.Aidiyyatı qurumlardan məscidin tutumunun çoxaldılması istiqamətində işlər görməsini istəyirlər.Məsələn, belə bir təklifimin reallaşmasına imkan olduğunu gördüyüm üçün icra edəcək quruma bildirmək istəyirəm ki,məscidin tavanı yetərincə hündür,dayaq sütunları sağlamdır.Məscidin içərisində,ortadan arxaya doğru yüngül inşaat materialdan ikinci mərtəbə yaratmaq olar.Elə çöldə qalanlar məscidin yarısını dolduracaq qədərdirlər.Əgər bunu etmək üçün vəsait yoxdur və sairə bahanələr olacaqsa bunu insanımız ianələr hesabına da edə biləcəklər,yetərki siz əl-ayağa dolaşmayın.Yaradanla yaradılan,insanla-Allah arasına girməyin..

Balakəndə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda konfrans keçirdi.

Mayın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Balakən Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzi və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Akademik Yaqub Mahmudovun elmi fəaliyyətində Şimal-Qərbi Azərbaycan tarixi məsələləri” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfrans iştirakçıları əvvəlcə Balakən Rayon Mədəniyyət Mərkəzinin foyesində akademik Yaqub Mahmudovun əsərlərindən və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun nəşr etdiyi, tariximizin müxtəlif dövrlərini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.
Konfransın əvvəlində Yaqub Mahmudova həsr olunan sənədli filmdən kadrlar nümayiş etdirilib.
Konfransı Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq, görkəmli alimin Azərbaycan elminə verdiyi töhfələrdən bəhs etdi.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü çıxışında qeyd edib ki, Yaqub Mahmudov Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair 1000-dən çox elmi əsərin müəllifidir. Akademikin rəhbərliyi və həmmüəllifliyi ilə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər əsərlər işıq üzü görüb.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov Yaqub Mahmudovun Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərdiyini bildirdi.
Konfransda Yaqub Mahmudovun yetirmələrinin “Azərbaycan Albaniya dövlətinin qərb sərhədləri”, “Azərbaycana qarşı ərazi iddialarında ingiloy problemi”, “Şimal-Qərbi Azərbaycanda çarizmin müstəmləkəçilik rejiminə qarşı müqavimət hərəkatı”, “Çarizmin Şimal-Qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti” və digər mövzularda məruzələri dinlənilib, müzakirələr aparılıb.
Akademik Yaqub Mahmudov elmi fəaliyyətinə verilən dəyərə görə konfransın təşkilatçılarına təşəkkürünü bildirib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.
Konfransın sonunda ədəbi-bədii kompozisiya nümayiş olundu.
Yeni Balakən