Author: Ramazan Abal

Yolumuz Qarabağa..

0

Bir çox kollektivlərlə,dəfələrlə Qarabağa səyahət etmişəm.Bu gün səfərini media olaraq müşayət etdiyim kollektiv, Balakən Uşaq İncəsənət Məktəbidir.Balakən UİM-in kollektivi gözəl kollektivdi və bu gözəllik məktəbin direktoru idarəetmədə müasir düşüncəli,klassik ruhlu,mərd,geniş anlayış sahibi,insan sevən Arifə Tağıyevanın rəhbərliyi sayəsindədir.Mən də qatılıram bu gözəl kollektivə,yolumuz Qarabağadır. Balakən UİM-nin Qarabağ səfəri Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsindədir.


Uzun illər işğalda olmuş,10.11.2020-ci il tarixdə isə cəmi 44 günlük müharibəylə ərənlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad olmuş Qarabağımızı görmək,gəzmək hər kəsin istəyi,arzudur.Qarabağ həm də musiqimizin,mədəniyyətimizin beşiyidir,bir çox dahi sənətkarlarımızın,ustadlarımızın məmləkətidir.İncəsənət,musiqi kollektivinin Qarabağı görmək ikiqat arzusudur.

Səhər saat 07:00-da Balakən UİM-in qarşısından bu arzunu reallığa çevirəcək səfərə,gerçəyə aparan yola düşürük.Günortaya yaxın Ağdama çatırıq.Ağdamın bir tərəfi erməni vandallığının ən son həddi yəni bu günün Xirosiması bir tərəfi isə dövlətimiz tərəfindən inşa edilməkdə olan dünyanın ən gözəl şəhəri olacaq Ağdam.Keçmişindəki bütün tarixi abidələr bərpa olunur, həmçinin Ağdam Cümə Məscidi.Səfərimizin ilk durağı Ağdam Cümə Məscididir.Məscidə daxil olub iki rəkəat namaz qıldıqdan sonra məscidin imamı,Ağdamın axundu Mehmanla söhbət edirik.Mehman savadlı,dostcanlı insandır.Bizə Ağdamın,məscidin,yaxınlıqdakı xaraba görünüşündə olan binaların tarixindən danışdı.Mehmanla söhbətimizin ən maraqlısı Ağdam Cümə Məscidinə dövlətimizin Başçısı İlham Əliyev tərəfindən gətirilib qoyulan o kiçicik daş(şəkildə var) parçasını barədə idi.Belə ki,Ağdam işğal altında olduğu zaman ATƏT-in Minsk qrupunun üzvlərindən biri Heydər Əliyevə görüşlərinin birində kiçik bir daş parçası verir və deyir ki: Bu daşı Ağdam Cümə Məscidindən götürmüşəm,sizə xatirə olaraq verirəm.Heydər Əliyev də daşı götürür və cavabında deyir ki: Bu daş aid olduğu yerə,yerinə qayıdacaq.Və elə də olur.30 ildən sonra həmən daşı Heydər Əliyevin oğlu İlham Əliyev Ağdamı işğaldan azad edərək,orda bərpa etdiyi Ağdam Cümə Məscidində yerinə qoyur.. Daş məsciddə şüşə vitrində xatirə olaraq saxlanılır.
Ağdamda ikinci durağımız Şəhidlər Xiyabanıdır.1-ci Qarabağ müharibəsinin əfsanəvi batalyonu “Balakən Qartalları”nın komandiri Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edərək Şəhidlərimizin ruhundan fatihə oxuduq. Ağdamdan çıxırıq Əsgərana tərəf.Gəlib çatdıq Əsgəran qalasına.Tarixi qalada xatirə şəkillər çəkərək yolumuza davam edirik üzü Xocalıya.Xocalı adı hər nə qədər kürəsəlçilərin erməni-rus icrasında Türkə qarşı ən böyük soyqırımın ünvanı olaraq qalsada,Şərqi Zəngəzur bölgəsinin ən müasir inkişafına sahib rayonun adı kimi,özü də fərqlənəcək. Bu istiqamətdə böyük işlər görülür orda dövlətimiz tərəfindən. Xocalı kiçik bir rayondur,o başında “Xankəndi” tabelası görünür. Və Xankəndinə daxil oluruq.Elə girişdən başlayan mənzərəylə insanda o qədər hisslər, duyğular oyanır ki..Uzun illərin həsrəti,özləmi, yanında vüsalı.Vüqarı,qüruru.Qalib dövlətin qalib vətəndaşı olduğunun duyğusu orda bir ayrı cürə gəlir sənə,dolğun,olğun hiss edirsən. Ayağını Xankəndi torpağına basdığında şər üzərində qələbənin fəxarətini yaşayırsan..
Xankəndində otelimizə yerləşdikdən sonra gec də olsa naharımızı edib biraz dincəlirik.Xankəndinə dəfələrlə səfər etsəm də heç vaxt gecə qalmamışdım.Xankəndinin gecələri bir başqa olurmuş.Gec nahar etdiyimizdən,biraz da dincəldikdən sonra şəhər gəzintimiz axşam çağına təsadüf edir.Otellər,restoranlarla dolu Xankəndində ən müasir tikinti,quruculuq,bərpa işləri gedir.Xankəndinin hal hazırkı görüntüsü işçilər,sahibkarlar,tələbələr və turislərdir.Böyük marketlər şəbəkələri Xankəndini də sarmış,hər küçədə bir şəbəkə marketinə rast gəlinir.Bir çox görməli,gəzməli yerləri dolaşdıqdan sonra yoruluruq. Şəhərin mərkəzində böyük samovarın qaynadığı bir çay ocağında yorğunluğumuzu çıxartmaq,samovar çayı içmək üçün əyləşirik.Gözəl samovar çayını qurtumlaya-qurtumlaya şəhərin mənzərəsindən həzz alır,şirin söhbət edirik.Necə deyərlər çaylar bahənə,söhbət şahanə..
Gecə düşür.Xankəndinin bir yay gecəsində otelimizə doğru addımlayırıq.Bu gecənin sabahı,Qarabağın tacı Şuşaya qalxacağıq. Sakit,sərin gecəli,təmiz və quru havası olan Xankəndində şirin,rahat yuxu yatırıq.Səhər tezdən başlayan inşaat işlərinin,texnikanın səsinə oyanırıq.Buralarda hələ xoruz banlamır.Səhər yeməyimizi yedikdən sonra Xankəndində dünən çata bilmədiyimiz bir yer qalmışdı: Qarabağ Universiteti.
Bu Universitet Qarabağdakı siyasi qələbəmizin təzahürüdür.İstədiyin yeri hərb gücüylə ala bilərsən,bu hərbi qələbədir. Orada məskunlaşdığın zaman isə bu siyasi qələbədir.”Qarabağ Universiteti” Xankəndində məskunlaşma yaradacaq.Universitetin həyətinə daxil oluruq,xatirə şəkillər çəkirik.Mühafizəyə təşəkkür edirik.Onların müşayəti ilə Universitetin içərisi ilə tanış oluruq,yaradılmış şəraiti əyani görürük.Universitet daha da böyüyür.Bu il 1400 tələbə ilə ilk dərs ilini başa vuran təhsil ocağına gələn il daha çox tələbə gələcək.Universitetin yanında əlavə korpusların tikilməkdə olduğunu da gördük.
Burdan ayrılıb gedirik Şuşaya.Şuşaya qalxdıqca aşağıda biraz əvvəl ayrıldığımız Xankəndi görünür,sanki ovcumuzun içindəymiş kimi.
Şuşaya daxil oluruq.İlk dayanacağımız şəhərin girişindəki Şuşa qalasıdır.Səfər iştirakçıları Şuşa qalası ilə tanış olub burda da xatirə şəkillər çəkdirdikdən sonra şəhərə daxil oluruq.”8 Noyabr” küçəsində Şuşa şəhəri Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi binasının qarşısında qoyulmuş, cənab Prezidentin səyi nəticəsində ölkəyə qaytarılmış üzərində erməni düşmənçiliyinin,vəhşiliyinin izləri olan Xurşidbanu Natəvanın,Bülbülün,Üzeyir Hacıbəyovun ermənilər tərəfindən güllələnmiş büstlərinin olduğu parkı ziyarət edirik.Yaxınlıqda yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinə baş çəkirik.İncəsənət məktəbinin müəllimi, Nəbi müəllimin sevinci yerə göyə sığmır,”Aşağı Gövhər Ağa” məscidinin yanında 15 yaşındaykən,40 il əvvəl gəldiyi sanotoriyanı görür(təbii ki,xarabalıqlarını),xatirələri canlanır gözündə.Xəyalı onu 40 il geriyə aparır və bizə xatırladıqlarını, yerlərini əli ilə göstərərək danışır..

Yuxarı Gövhər ağa məscidinin arxasından dolaşaraq M.P.Vaqifin məqbərəsinə,ordan 30 metr yuxarı Cıdır düzünə qalxırıq.Cıdır düzündə ad günü bu günə təsədüf edən,Balakən UİM-nin bu ilki məzunu Diana balamızı məktəbin direktoru,dərin düşüncəyə malik Arifə müəllimə hədiyyə ilə təbrik etdi.Təbii ki,Diana da Cıdır düzündə qeyd olunan bu doğum gününü unutmayacaq. İlk olaraq hərbi,sonra isə bir çox siyasi,mədəni tədbirlərin məkanı olan Cıdır düzü səfər iştirakçılarının ən yadda qalan xatirələrindən olacaq.Səfərin son dayanaca İsa bulağıdır.Şuşadan Laçın yoluna,ordan da İsa bulağına enirik.İsa bulağının sərin suyu,oranın sakit,yaşıl təbiəti, dadlı hazırlanmış,ləziz nahar yeməyi -hələlik, bu qədər-deyərək həm səfərimizə,həm də yazımıza bir fasilədir.

İnşallah,gələn görüşlərdə görüşmək diləyilə..

Balakən şəhəri M.F.Axundov küçəsinin sakinlərinin görülən işlər kimi yarımçıq qalan “sevinci”.

0

Bir neçə il əvvəl Axundov küçəsinin sakinləri küçələrinin asfalt örtüyünün xarab olmasından,çala-çuxurların çoxluğundan,gecə işıqlanmasının yoxluğundan şikayətlənmişdilər.Mətbuat olaraq bu məsələni işıqlandırmışdıq.Sonra məsələyə baxıldı,küçə öncə qazılaraq su xətləri yeniləndi.Yenilənən su xətlərinin üzəri bir xeyli müddət örtülməsə də sonradan örtülərək küçənin tamamı asfaltlandı.Çox da qəşənq görünür,indi də.Sakinlər sevindilər hətta mətbuat vasitəsilə əməyi keçənlərə təşəkkür də etdilər.Və gözlədilər gecə işıqlanmasına başlanılsın,tamamlansın,gecələri də “ağ günə” çıxsınlar.Gecə işıqlanmasının quraşdırılması başladı küçənin o başından,H.Əliyev prospekti tərəfdən.Ta gəldilər, Axundov küçəsinin C.Məmmədquluzadə küçəsiylə kəsişməsində sanki qarşılarından “qara pişik” keçdi.O gün,bu gündü,aradan ildən çox vaxt keçir iş dayanıb.Küçənin 40%-i gecə işıqlanması ilə təmin olub şəhərsayağı,qalan 60%-i,küçənin sonuna, S.Vurğun küçəsinə qədər ərazidə yaşayan sakinlər qalıb gecənin əsarətində.Küçənin qalanının sakinləri deyir ki:-Bəs biz adam deyilik?..Küçəmizin qalanı nə vaxt aydınlanacaq?

Vəzifədə işləyən məmur mətbuatla işləyə bilməlidir.

İstənilən icra edilən vəzifə,fəaliyyət qanunlar əsasında təsis edildiyindən, vəzifənin icrasında və fəaliyyətin gerçəkləşdirilməsində qanunlar pozularsa dövlətin 3-cü təməli yəni məhkəmələr devrəyə girər,nəticədə zədələnən haqq-hüquq varsa onu bərpa etdirər,təqsirkarın cəzalanmasına hökm edər.Bütün icra edilən vəzifə və fəaliyyətlər xalq adına,Heydər Əliyevin məşhur kəlamında -“Xalq dövlət üçün yox,dövlət xalq üçün olmalıdır”-deyildiyi kimi xalqın rifahına olmalıdır.Məhz bu nöqtədə dövlətin 4-cü təməli olan mətbuat devrəyə girər,xalq adına görülən işləri bütün xalqın görməsini,bilməsini sağlar,xalqı tam məlumatlandırmaq üçün araşdırar və xalqın da bir istəyi,tələbi,fikri,sözü varsa onu qarşı tərəfə çatdırar.Mətbuatın rolunu dəqiq anlamaq üçün yenə Heydər Əliyevin mətbuat haqda “Mətbuat xalqla dövlət arasında canlı sinirdir” kəlamını və Azərbaycan Respublikasının Prezidendi İlham Əliyevin Şuşa şəhərində keçirilən II Beynəlxalq Media Forumundakı çıxışında dediyi “Mətbuat bizlərə yön verməli,istiqamətləndirməlidir” cümləsini azacıq dərindən düşünmək yetər ki,özəlliklə müasir Azərbaycan dövlətinin banisinin və onun davamçısının fikri,istəyi üst-üstə düşür,eyni istiqamətdədir.

Bir çox mətbuatı anlamayan,dövlətin 4-cü təməlini bilməzdən gələn vəzifə,fəaliyyət sahibi,xüsusilə məmuriyyət “-Bizim səhifəmiz var”- deyərək özəl sosial şəbəkə səhifəsini KİV ilə bir tuturlar.Onlar unudurlar ki,sənə aid olanla hamıy aid olan eyni şey deyil və KİV-in,mətbuatın bir prinsipi var:Tərəfsiz,qərəzsiz,vicdanlı,obyektiv olmaq.Söhbət özəl səhifələrdən gedəndə bu prinsiplərdən ikisi orda olmur və heç kəs də “öz ayranına tuş” demez.

Artıq gəlinən nöqtə,görünən odur ki,mətbuatla işləyə bilməyən işləyə bilməyəcək,çətin olacaq.

17 İyun tibb işçilərinin peşə bayramı günüdür.

2

17 İyun ölkəmizin hər yerində səhiyyə işçilərinin peşə bayramı günü olaraq qeyd edilir.Bu gün münasibətilə Balakəndə də səhiyyə kollektivi tədbir keçirərək öz peşə bayramlarını qeyd etdilər.Belə ki,ulu Öndərin dağüstü parkda yerləşən abidəsini çiçəklərlə ziyarət edərək xatirəsini andılar.Sonra Şəhidlər Xiyabanına gələrək vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə çiçək dəstələri qoyaraq,məzarlarını ziyarət etdilər.Şəhidlərimizin ruhundan fatihə oxudular.Daha sonra Balakən RMX-ın böyük akt zalında toplaşaraq tədbirin rəsmi hissəsinə dövlət himnini səsləndirərək başladılar,şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla andılar.Səhiyyə işçilərini təbrik etmək üçün Balakən RİH-in başçısı İslam Rzayev,Balakən Polis Şöbəsinin rəisi Çingiz Aslanov da tədbirdə iştirak edirdilər.Rayon rəhbəri İslam Rzayev səhiyyə işçilərini təbrik edərək bir qrup tibb işçilərini Balakən Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif etdi.Polis rəisi Çingiz Aslanov səhiyyə koillektivini təbrik edərək,bu çətin,məsuliyyətli işdə onlara uğurlar dilədi.Natiqlərdən İlahə Orucova çıxış edərək səhiyyə gününün yaranmasından,ölkə və rayon səhiyyəsinin inkişafından,Balakən səhiyyəsində görülmüş işlərdən danışdı.Tanınmış,görkəmli həkim olmuş Əsgər Axundovun nəvəsi cərrah-həkim,elə babasının adını daşıyan , onun yolunu davam etdirən Əsgər doktor babası haqda danışaraq,onun o çətin dövrlərdə Balakən səhiyyəsindəki xidmətlərindən bəhs etdi.İştirakçılar Əsgər Axundov haqda qısa filmə baxdılar,bu gün artıq işləməyən, səhiyyədən təqaüdə çıxmış tanınmış həkimlərimizin video təbriklərini izlədilər.Balakən MRX Publik Hüquqi şəxs Dilbər xanım Quliyeva Balakən səhiyyəsində əməyi keçən bir neçə qocaman həkimlərimizi qiymətli hədiyyələrlə təbrik etdi.Həmən həkimlərdən daha əvvəl Balakən MRX-ın baş həkimi işləmiş doktor Nuriyev çıxış edərək tibb işçilərini təbrik etdi,bu gün Balakən səhiyyəsinin ölkədəki digər səhiyyə təşkilatlarıından fərqləndiyini,seçildiyini bildirdi,korona pandemiyası zamanı əvəzsiz xidmətlərindən danışdı..

Sonda xatirə şəkil çəkildi.

MED X DENT Klinikası: Balakənin Yeni Diş-Damaq Sağlamlıq Ünvanı

2

Balakən şəhəri bu gün mühüm bir hadisəyə şahidlik etdi – müasir diş klinikası MED X DENT rəsmi olaraq fəaliyyətə başladı. Bu yeni tibb müəssisəsi, bölgə sakinlərinə yüksək keyfiyyətli stomatoloji xidmətlər təqdim edərək, diş sağlamlığı sahəsində yeni bir dövr açacaq.

Açılış Mərasimi: Təntənəli Başlanğıc

Açılış tədbirində yerli və mərkəzi mətbuat nümayəndələri, tibb mütəxəssisləri,həkimlər, klinikanın rəhbərliyi və digər qonaqlar iştirak etdi. Klinikada tətbiq olunan müasir texnologiyalar, innovativ müalicə üsulları və pasiyent rahatlığını təmin edən şərait tədbir iştirakçılarının diqqətini çəkdi.

Klinikanın təsisçisi, baş həkimi dok. Xəqani Məmmədov çıxışı zamanı MED X DENT-in əsas məqsədinin “pasiyentlərə sağlam, gözəl və rahat təbəssüm qazandırmaq” olduğunu vurğuladı. O, ən son tibbi avadanlıqlardan və peşəkar mütəxəssis komandasının xidmətlərindən bəhs edərək, pasiyent məmnuniyyətinin ön planda olduğunu bildirdi.

MED X DENT: Yüksək Keyfiyyət və Müasir Standartlar

Bu yeni tibb müəssisəsi aşağıdakı üstünlükləri ilə seçilir:

  • Son texnologiyaya əsaslanan müayinə və müalicə metodları
  • Təcrübəli həkim heyəti
  • Pasiyentlər üçün komfortlu mühit
  • Əlçatan və yüksək keyfiyyətli xidmətlər

Balakən sakinləri üçün MED X DENT, sadəcə bir diş klinikası deyil, həm də sağlam və parlaq təbəssümün ünvanıdır!

Son zəng

2

Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində son zəng çalınır.Məktəbi bitirən məzunlar yeni,müstəqil həyata qədəm qoyurlar.Kimisi təhsilini ali məktəblərdə davam etdirəcək,kimisi hərbi xidmətə yollanacaq..

Balakən rayonunun 46 məktəbində də bugün son zəng çalındı.Rayon üzrə təhsil alan 12647 şagirddən 1087-si 9-cu,713-ü isə 11-ci sinifi bitirdilər.

İştirak etdiyim son zəng tədbirlərindən,Nizami adına şəhər 1 saylı tam orta məktəbin məzunlarının hazırlağı çıxışlar izlənməyə dəyərdi..Xüsusilə iki çıxış,biri 11-cilərin bayraqlarıyla hazırladığı Türk Dövlətləri Birliyinə,digəri 8b rus sinfinin vətənpərvərlik mövzusunda,istənilən şəraitdə mütləq qalibiyyəti,qələbəni əldən edərək Azərbaycan bayrağını zirvədə dalğalanmasımı göstərən çıxışları,onların toxunduğu mövzu məndə çox xoş təəssürat yaratdı və əmin oldum ki,belə məzunlar buraxan məktəb,onları yetişdirən o dəyərli müəllimlər olduqca,Nizami məktəbi bu ənənəsini,rayon təhsilindəki öncülüyünü qoruduqca Balakənimin gələcəyi etibarlı əllərdədir.

Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin məzunlarının rəngarəng çıxışları da maraqlı idi.Məktəb illərinə əlvida deyirdilər.Doluxsunmuş gözlərlə son kərə seyr edirdilər 11 illik şagird ömrünü yaşadıqları məktəbi,onlara dərs keçən müəllimləri..

Balakənimin və ölkəmizin bütün məzunlarına uğurlar diləyirik.Yeni,müstəqil həyata qədəmləri mübarək olsun.

15.06.2025-tarixdə Balakən şəhəri, S.Gözəlov küçəsi 105 ünvanında “MED X DENT” diş klinakısının açılışıdır.

0

“MED X DENT” diş klinakısının təsisçisi və rəhbəri,Balakənin baş stomatoloqu Xəqani Fərman oğlu Məmmədovun dəvətlisisiniz.Sizləri açılışda görməkdən məmnuqluq duyar,sizinlə bu gözəl xəbəri paylaşmaqdan çox sevinirik!

Əziz dostlar!“MED X DENT” diş klinikası yeni qapılarını açır və bu unudulmaz günü birlikdə qeyd etmək istəyirik. Rahat atmosfer, gülərüz kollektiv və yeni imkanlarla tanış olmaq üçün sizi 15.06.2025 tarixində Balakən şəhəri S. Gözəlov 105(“Qubek” otelin qarşısı) ünvanına gözləyirik!

Sizin iştirakınız bizim üçün dəyərlidir!

Balakəndə Milli Qurtuluş Günü silsilə tədbirlərlə qeyd olunub

0

15 İyun – Milli Qurtuluş Günü Balakəndə təntənəli şəkildə qeyd edilib. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib. Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərimizin və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı giriş nitqi ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev 1993-cü ilin iyun hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin ölkəni siyasi böhrandan xilas etdiyini və sabitlik, inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın təməlləri məhz həmin dövrdə qoyulub, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.

Daha sonra çıxış edən Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, rayon ağsaqqalı Rəşid Musayev Ümummilli Liderin xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildiriblər.

Ardınca Nizami adına şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında Milli Qurtuluş Gününə həsr olunan kompozisiya nümayiş etdirilib.

Tədbirin sonunda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Çerçiyeva Səadət Rövşən qızına Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı, Yeni Azərbaycan Partiyası veteranlarına mükafatlar və partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı təşkil olunub. Konsert proqramında rayonun tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər. Təşkil olunan möhtəşəm bayram konserti böyük coşqu ilə qarşılanıb.

Konsertin sonunda rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Balakən şəhərinin səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.

Balakən Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

1

İyunun 12-də Balakən Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında keçirilən konfransda Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev konfransı açaraq, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan icra başçısı bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. Konfransda Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev hesabat məruzəsi dinlənilib.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Qurumun rəsmisi tədbirin əhəmiyyətinə toxunaraq, ölkəmizdə ağsaqqal institutuna verilən yüksək dəyərin cəmiyyətin mənəvi inkişafında mühüm rol oynadığını qeyd edib.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.

Balakəndə 2025-in ilk son zəngi.

1

Bu gün Balakən Uşaq İncəsənət Məktəbində,məktəbin məzunları “Məzun günü”nə həsr olunmuş “Musiqi dünyasına gedən yol” adlı konsert proqramı ilə çıxış etdilər.Dövlət himni ilə açılan tədbirdə vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anıldı…

Balakən Uşaq İncəsənət Məktəbində 10 ixtisas-fortepiano,tar,kamança,qarmon,nağara,sintezator,vokal,skripka,xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə tədris keçirilir.Məktəbin bu ilkisi 56-cı buraxılışı olan məzunlar-fortepiano,tar,kamança,qarmon,skripka,xoreoqrafiya və rəssamlıq ixtisasları üzrə məktəbi bitirdilər.Müəllimlər biliklərini,bildiklərini lazımınca şagirdlərə ötürə bilmiş, tədrisi keyfiyyət baxımından yüksək səviyyədə keçmişlər.Bunu konsert proqramında məzunların biri birindən maraqlı,qabiliyyətli ifalarında,çıxışlarında açıq görmək olurdu.Şagirdlər hər nə qədər müəllimləri qarşısında imtahanlarını verib məzun olsalar da,əsl imtahanlarını tamaşaçılar qarşısında verdilər,qiymətini alqışlarla aldılar.Müəllimlərinin onların üzərindəki əməyini,bu əməyin bəhrəsini iştirakçılara göstərdilər..

Məzunların içərisində bir çox tanıdıqlarım,elə tədris illəri boyunca müxtəlif müsabiqələrdə iştirak edib yer tutan qabiliyyətli şagirdlər var,onlarla söhbət edirəm.İlk soruşduğum o olur ki,buranı bitirdiniz bəs indi haradır yolunuz?-Cavab:Yola davam.Bu yolu axıra qədər getmək istəyirik,konservatoriyalara,ali musiqi,incəsənət məktəblərinə…

Balakən Uşaq İncəsənət Məktəbinə bir vaxtı bəlkə də valideyinlərinin istəyi ilə gəlmişdilər amma bu gün heç ayrılmaq istəmirdilər,gözləri dolmuş,yaş damlaları isti yanaqlarından süzülürdü..

Sevərək ayrılırdılar.Sevərək ayrılmaq-bitməyən aşkdır.Vüsalı vardır əlbət.Gedirdilər-məktəbə,müəlimlərinə yox,şagird həyatına-əlvida deyərək.Gedirdilər,geri dönmək üçün.Məzun olaraq getdilər,müəllim olaraq qayıdacaqlar..