“PÖHRƏ” Təlim və İnkişaf Mərkəzinin açılışı

Bu gün Balakən şəhər Zərifə Əliyeva küçəsi ünvanında “PÖHRƏ” Təlim və İnkişaf Mərkəzinin açılış mərasimi oldu.Tədbirdə hörmətli qonaqlar,valideynlər və digər qonaqlar iştirak etdilər.
“PÖHRƏ” Təlim və İnkişaf Mərkəzinin ideya müəllifi,təsisçisi,təşkilatçısı,dərin düşünən,uzaq görən,hörmətli nəslin nümayəndəsi,əzizimiz,gənc ziyalımız Züleyxa xanım Dibirovadır.O,bu sahəyə tam bələd olan,işi dərindən bilən,rayonda ən nümunəvi müəssisənin idarəetməsində çalışan,təcrübəli kadrdır.Züleyxa xanımla söhbət zamanı, belə bir mərkəzi təsis etməsi fikrini açıqlayarkən onun nə qədər incə düşündüyünü,bir çox zərurəti nəzərə alaraq diqətlə yanaşdığını,gələcəkdə “Pöhrəçilər” olaraq tanınacaq,dəsti xətti görünəcək bir yol açdığını görmək olur.İşləyən anaların yükünü azaltmaq,Balakəndə fəaliyyət göstərən bağçalarda körpələr qrupunun hardasa olmaması,körpə qruplarına uşaq qəbulu müraciətlərinin həddindən çox olması,bu tələbin yetərincə qarşılana bilməməsi,məktəbdə məktəbəqədər qruplarda günlük dərs müddətinin qısa olduğunu nəzərə alaraq gün ərzində uşaqların məşğul ola biləcəyi,onlarla məşğul olacaq mütəxəsislərin olduğu yer olaraqdan,yay aylarında hər cəhətdən boş qalmamaları,onlaraın faydalı və maraqlı fəaliyyətlə məşğul olmaları üçün yaradılması,”Pöhrənin” yaranma səbəblərinin az bir qismini ifadə edir.”PÖHRƏ” bir yenilikdir,rayonda və digər bir çox bölgələrdə bir ilkdir.Aşağıdakı qısa və kiçicik fəaliyyət təqdimatında çox böyük işlər var.
Həftənin 5 iş günü işləyəcək mərkəzdə tədris Azərbaycan dilində 3 gün,Rus dilində 2 gün olacaq və ingilis dili məşğələləri keçiriləcək.1-3 yaş arası və 3-5 yaş arası olmaqlala iki bağça qrupu yaradılıb.İki mərtəbəli mərkəzin 1-ci mərtəbəsində yay aylarında yay məktəbi fəaliyyət göstərəcək.Yay məktəbində ingilis və rus dili dərsləri,cürbəcür maraqlı oyunlar,təcrübələr keçiriləcək və ekskursuyalar təşkil olunacaq.Gimnastika dərsləri də keçiriləcək,loqoped fəaliyyət göstərəcək.Sentyabr ayından etibarən məktəbəqədər hazırlıq qrupundan məktəbə gedən uşaqlar dərsdən sonra gəlib istirahət edəcək,əyinlərini dəyişib rahat geyimdə yemək yeyib,ev tapşırıqlarını həll edəcəklər,axşam saat 18:00-da valideyinləri gəlib uşaqlarını təhvil alacaqlar.
Mərkəzdə ali təhsilli rus və ingilis dili,təcrübəli ibtidai sinif müəllimləri,həmçinin uzun illərin təcrübəsinə malik məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər də fəaliyyət göstərir.Uşaqlar gündə üç dəfə qida ilə təmin olunacaq,bütün qida və ərzaqlar kənd məhsulları olub orqanikdir...
“PÖHRƏ” fəaliyyətinin əhatə dairəsi olaraq Balakənə,ideya olaraq Azərbaycana xeyirli,uğurlu olsun!
















Balakəndə sərnişin kanat yolu tikiləcək – Beş milyon manat ayrıldı.

Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
YeniBalaken.az President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beş milyon manat vəsait ayrılıb.