Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi
Bu gün Balakən rayon Gömrük İdarəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi ilə əlaqədar tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə iştirakçılar Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Andiçməyə cəlb olunan əməkdaşlar boy sırası və qruplar halında düzüldükdən sonra andiçməyə təyin ounmuş məsul şəxs Balakən Gömrük İdarəsinin rəisi polkovnik-leytenant Kamran Yusifova məruzə etdi,məruzəni qəbul edən BGİ rəisi iştirakçıları salamladı.
Aparıcılar müstəqil,müasir Azərbaycanın qurucusu,öz zənqin və mənalı ömrünü bütövlükdə milətinə,xalqına,vətəninə və dövlətinə həsr etmiş ulu öndər Heydər Əliyevin siyasi portretini təqdim edərkən-Azərbaycan xalqının dövlətçilik təfəkkürünün,tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin,müasir ictimai-siyasi,fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür-deyə bildirdilər.Onu da qeyd etdilər ki,dahi şəxsiyyət Heydər Əliyev tarixdə Azərbaycan xalqının Ümummillli lideri,dünya miqyaslı ictimai-siyasi xadim,böyük mütəfəkkir,müstəqil Azərbaycan dövlətinin qurucusu,dövlətin inkişaf strategiyasının əsasını qoyan,azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi hər bir azərbaycanlının qəlbində daima yaşayacaqdır..
Çıxşlardan sonra andiçmə mərasimi başladı.Gömrük sıralarında vətənə,dövlətə sədaqətlə xidmət edəcəklərinə,vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə and içərək gömrük orqanlarında xidmətə yeni qəbul olunan əməkdaşlar, tribuna önündən təntənəli sıra düzülüşü ilə keçdilər.
Sonda söz alan Balakən Gömrük İdarəsinin rəisi,gömrük xidməti polkovnik-leytenant Kamran Yusifov and içən bütün gömrük əməkdaşlarını səmimi qəlbdən təbrik edərək,məsuliyyətli və şərəfli peşə fəaliyyətlərində uğurlar arzuladı.Çıxışına Heydər Əliyevin “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir” sözüylə başlayan Kamran müəllim,Heydər Əliyevin Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında gördüyünü bildirdi,-Məhz dahi rəhbərin uzaqgörən siyasəti,gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da inkişafına yönələn iqtisadi siyasətin nəticəsində Azərbaycanda gömrük xidməti modern,dünya standartlarına uyğun bir təsisat kimi formalaşdı-deyə qeyd etdi.Natiq onu da vurğuladı ki,Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütöv Azərbaycan sərhədlərində mövcud olan,milli və iqtisadi təhlükəsizliyimizin keşiyində dayanan gömrük xidməti, ölkəmizin davamlı inkişafı naminə qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir..
Ən sonda tədbir iştirakçıları ilə birgə xatirə foto şəkil çəkildi.
Yeni Balakən




















